● Ayə 18:
﴿قَالَتْ إِنِّي أَعُوذُ بِالرَّحْمَن مِنكَ إِن كُنتَ تَقِيًّا﴾
“(Məryəm həmin mələyə dedi:) Həqiqətən, mən rəhman olan Allaha səndən pənah aparıram, əgər pəhrizkarsansa (Allahdan qorxursansa, məndən uzaq ol).”
● Ayə 19:
﴿قَالَ إِنَّمَا أَنَا رَسُولُ رَبِّكِ لِأَهَبَ لَكِ غُلَامًا زَكِيًّا﴾
“(Mələk) dedi: «Həqiqətən, mən sənin Rəbbinin elçisiyəm. Sənə pak bir oğlan vermək üçün gəlmişəm.»”
● Ayə 20:
﴿قَالَتْ أَنَّى يَكُونُ لِي غُلَامٌ وَلَمْ يَمْسَسْنِي بَشَرٌ وَلَمْ أَكُ بَغِيًّا﴾
“(Məryəm) dedi: «Mümkündürmü ki, mənim övladım olsun? Axı nə bir bəşər mənimlə təmasda olub, nə də mən zinakar olmuşam.»”
Nöqtələr
● “Zəkiyy” sözü təharət və bərəkət, “bəğiyya” sözü isə burada zinakar mənasını bildirir.
● Bu surədə Allahın övlad hədiyyə verməsi məsələsinə dəfələrlə toxunulmuşdur: 19-cu ayədə İsanın Məryəmə hədiyyə verilməsi, 49-cu ayədə İshaq və Yəqubun İbrahimə hədiyyə verilməsi, 53-cü ayədə Harunun Musaya hədiyyə verilməsi, 7-ci ayədə Zəkəriyyanın övladla müjdələnməsi məsələlərinə toxunulur.
Dostları ilə paylaş: |