● Ayə 36:
﴿وَإِنَّ اللَّهَ رَبِّي وَرَبُّكُمْ فَاعْبُدُوهُ هَذَا صِرَاطٌ مُّسْتَقِيمٌ﴾
“Həqiqətən, Allah mənim və sizin Rəbbinizdir. Beləsə, Ona pərəstiş edin, doğru yol budur.”
Nöqtələr
Həzrət İsa özünü belə tanıtdırır: ”Mən Allahın bəndəsiyəm.” Ona ilkin olaraq namaz və ibadət haqqında göstəriş gəldi. Onun ilkin olaraq elan etdiyi proqram da Allaha pərəstiş və ibadət idi.
Həzrət Məsihin tövhid məsələsində israrı və tövhidi doğru yol sayması onu Allahın oğlu sayanlara, üç üqnumçulara yetərli cavabdır. (Uyğun nöqtəyə “Ali-İmran” surəsinin 51-ci, “Zuxruf” surəsinin 64-cü ayələrində də toxunulmuşdur.)
Dostları ilə paylaş: |