● Ayə 52:
﴿وَنَادَيْنَاهُ مِن جَانِبِ الطُّورِ الْأَيْمَنِ وَقَرَّبْنَاهُ نَجِيًّا﴾
“Turun sağ tərəfindən ona nida etdik və (özümüzə yaxın məqama) gizli danışığa yaxınlaşdırdıq.”
Bildirişlər
1.”Əymən” sözü ya “yomn” sözündən olub mübarək mənasını bildirir, ya da “yəmin” sözündən olub sağ tərəf mənasını ifadə edir.
Ayənin əvvəlində nida, sonunda münacatdan danışılması Allahın mehribanlıq göstərməsi nişanəsidir. Elə bil ki, mehriban ağa öz qulunu səsləyib deyir: gəl yanımda otur, xüsusi bir söhbət edək.1
Quranda Musanın Allahla danışıq və rabitəsi həm “təkəllüm”, həm “nida”, həm də “nəcva” sözləri ilə bəyan olunur.2
Ayədə yaxınlıq deyilərkən məkan yaxınlığı yox, məqam yaxınlığı nəzərdə tutulur.
Tur dağı Misirlə Mədyən arasında yerləşir.3
Dostları ilə paylaş: |