Bildirişlər
1. Böyük insanların yada salınması və onlar haqqında xoş söz deyilməsi başqalarının inkişaf və hidayət vasitəsidir.
2. İlahi insanlar davamlı şəkildə xatırlanmalıdır.
3. Fərdlərin yada salınma meyarı onların mənəvi səciyyələri olmalıdır.
4. Sədaqət təbliğin təsirlilik şərtidir. “Siddiq” sözünün “nəbiyy” sözündən öncə gəlməsi sədaqətin nübuvvət üçün zəmin olduğunu göstərir.
● Ayə 58:
﴿أُوْلَئِكَ الَّذِينَ أَنْعَمَ اللَّهُ عَلَيْهِم مِّنَ النَّبِيِّينَ مِن ذُرِّيَّةِ آدَمَ وَمِمَّنْ حَمَلْنَا مَعَ نُوحٍ وَمِن ذُرِّيَّةِ إِبْرَاهِيمَ وَإِسْرَائِيلَ وَمِمَّنْ هَدَيْنَا وَاجْتَبَيْنَا إِذَا تُتْلَى عَلَيْهِمْ آيَاتُ الرَّحْمَن خَرُّوا سُجَّدًا وَبُكِيًّا﴾
“Onlar Allah tərəfindən (xüsusi) nemət əta olunmuş peyğəmbərlər idilər. Onlar Adəm nəslindən, Nuhla (gəmiyə) süvar etdiklərimizdən, İbrahim və İsrail nəslindən, hidayət etdiklərimizdən və seçdiklərimizdən olan peyğəmbərlər idi. Onlara Rəhman Allahın ayələri oxunan zaman səcdə qılar, ağlar halda üzü üstə torpağa düşərdilər.”
Dostları ilə paylaş: |