● Ayə 35:
﴿إِنَّكَ كُنتَ بِنَا بَصِيرًا﴾
“(Pərvərdigara,) həqiqətən, Sən bizim halımızdan daim agahsan və görürsən.”
● Ayə 36:
﴿قَالَ قَدْ أُوتِيتَ سُؤْلَكَ يَا مُوسَى﴾
“(Allah) buyurdu: ”Ey Musa! İstədiyin sənə verildi.”
● Ayə 37:
﴿وَلَقَدْ مَنَنَّا عَلَيْكَ مَرَّةً أُخْرَى﴾
“Həqiqətən, Biz növbəti dəfə sənə minnət qoyduq (səni Öz nemətlərimizdən bəhrələndirdik.)”
Bildirişlər
1. Peyğəmbərlər özlərini daim Allahın hüzurunda görürlər və Onun məsləhətindən razıdırlar.
2. Allah hər şeydən xəbərdar olsa da, Ona dua etmək bəyənilmişdir.
3. Əgər istək düzgün, dua xalisanə (səmimi) olsa, onların qəbulu qətidir.
4. Allahın ətası hikmət və bəsirətə əsaslanır.
5. Bir şəxsə müəyyən iş tapşırdıqda onu tələb olunan vasitələrlə təmin edək.
6. İlahi nemətlər insanların ləyaqəti yox, Allahın mərhəməti əsasında nazil olur.
7. Allahın lütflərini heç vaxt yaddan çıxarmayaq.
Dostları ilə paylaş: |