● Ayə 45:
﴿قَالَا رَبَّنَا إِنَّنَا نَخَافُ أَن يَفْرُطَ عَلَيْنَا أَوْ أَن يَطْغَى﴾
“(Musa və Harun) dedilər: «Pərvərdigara! Həqiqətən, onun bizə əziyyət verəcəyindən və ya tüğyanını davam etdirəcəyindən qorxuruq.»”
● Ayə 46:
﴿قَالَ لَا تَخَافَا إِنَّنِي مَعَكُمَا أَسْمَعُ وَأَرَى﴾
“(Allah) buyurdu: «Qorxmayın, həqiqətən, Mən sizinləyəm, eşidirəm və görürəm.»”
Nöqtələr
“Fərt” dedikdə sürət götürmək, önə keçmək mənaları anlaşılır. “Ən yəfrutə ələyna”, yəni qorxuruq ki, biz dəlil və möcüzələrimizi göstərməmiş, Firon bizi qabaqlayıb, Bəni-İsrailə münasibətdə tüğyanını artıra.1
İnsan həyatında qorxu təbii bir hadisədir. Bütün insanlar təhlükə ilə üzləşdikdə qorxurlar. Amma peyğəmbərlərin Allahdan qeyrisindən qorxması bəyənilməmiş və məzəmmət olunmuşdur.
Dostları ilə paylaş: |