● Ayə 65:
﴿قَالُوا يَا مُوسَى إِمَّا أَن تُلْقِيَ وَإِمَّا أَن نَّكُونَ أَوَّلَ مَنْ أَلْقَى﴾
“(Sehrbazlar) dedilər: “Ey Musa! Sən (əsanı) atırsan, yoxsa əvvəlcə biz ataq?”
● Ayə 66:
﴿قَالَ بَلْ أَلْقُوا فَإِذَا حِبَالُهُمْ وَعِصِيُّهُمْ يُخَيَّلُ إِلَيْهِ مِن سِحْرِهِمْ أَنَّهَا تَسْعَى﴾
“(Musa) dedi: «Bəlkə siz atasınız. (Onlar öz qurğularını ortaya atdıqda) sehrləri nəticəsində Musaya elə göründü ki, onların kəndirləri və əsaları hərəkət edir.»”
● Ayə 67:
﴿فَأَوْجَسَ فِي نَفْسِهِ خِيفَةً مُّوسَى﴾
“Musa qorxduğunu hiss etdi. (Məbada, xalq bu sehrə aldana!)”
Nöqtələr
“Həbl” sözünün cəm forması olan “hibal” sözü kəndir mənasını bildirir. “İsiyy” sözü isə əsa sözünün cəm formasıdır.
“Əvcəs” dedikdə gizli səs mənası anlaşılır.
Həzrət Əli (ə) “Nəhcül-bəlağə”nin 6-cı xütbəsində “fəəvcəsə fi nəfsihi” təbiri ilə bağlı buyurur: “Musa qorxurdu ki, sehr cahil xalqa təsir etsin.”
Dostları ilə paylaş: |