● Ayə 113:
﴿وَكَذَلِكَ أَنزَلْنَاهُ قُرْآنًا عَرَبِيًّا وَصَرَّفْنَا فِيهِ مِنَ الْوَعِيدِ لَعَلَّهُمْ يَتَّقُونَ أَوْ يُحْدِثُ لَهُمْ ذِكْرًا﴾
“Beləcə, Biz onu ərəbcə Quran olaraq nazil etdik. Onda müxtəlif bəyanlarla xəbərdarlıq etdik. Bəlkə çəkinələr və ya öyüd götürələr.”
Nöqtələr
“Kəzalikə ənzəlnahu”, yəni Biz Qiyamət səhnələrini açıqlamaqla, həmin mükafat və əzabları bəyan etməklə Quranı bu sayaq xəbərdarlıq edən göndərdik.
“Ərəbi” sözü lüğət baxımından aydın mənasını bildirir. Ola bilsin ki, ərəb dilinə məxsusluq mənası nəzərdə tutulmuşdur. “Sərrəfna”, yəni bir həqiqətin müxtəlif şəkildə bəyanı. Bu bəyan həm işarə, həm də dil, həm misal, həm də tarixin nəqli ilə gerçəkləşə bilər.
Dostları ilə paylaş: |