● Ayə 9:
﴿ثُمَّ صَدَقْنَاهُمُ الْوَعْدَ فَأَنجَيْنَاهُمْ وَمَن نَّشَاء وَأَهْلَكْنَا الْمُسْرِفِينَ﴾
“Sonra Biz onlara verdiyimiz vədə vəfa qıldıq. Onlara və istədiyimiz hər kəsə nicat verib, israfçıları həlak etdik.”
Nöqtələr
Bu ayə ilə Peyğəmbərə (s) təsəlli verilir. Bildirilir ki, Biz möminlərə verdiyimiz vədə vəfa qılırıq.
Bildirişlər
1. Allahın peyğəmbərlərə verdiyi qələbə vədi qətidir.
2. Allah peyğəmbərlərə nicat verəcəyini və müxalifləri məhv edəcəyini onlara vəd etmişdir.
3. İlahi cəzalar öz əməllərimizin nəticəsidir.
4. İsraf məhvə zəmin yaradır. Bütün israfçıların sonu puçdur.
Dostları ilə paylaş: |