Maqnit lentləri. Maqnitoqrafik defektoskopiyada
maqnit lentlərindən istifadə olunur. Lentlər bir və çoxqatlı
olurlar. Ən çox ikiqatlı lentlərdən istifadə edilir. Maqnit
lentləri eni 50 və 75 mm halında buraxılır və uc-uca
qaynaq birləĢmələrinin nəzarət edilməsində istifadə
olunur. Maqnit lentlərində yazılmıĢ maqnit sahəsinin
səpələnməsi
maqnitoqrafik
defektoskop
vasitəsilə
öyrənilir.
3.4. Maqnit defektoskopiyası, maqnit tozu metodu
Maqnit defektoskopiyası - dağıtmadan maqnit
nəzarətinin xüsusi bir halı olub, ferromaqnit materiallarda
zədənin təyin edilməsi üsuludur. Üsulun mahiyyəti zədə
ətrafında maqnit sahəsinin qeydə alınmasıdır. Zədəsi
olmayan və forması birdən dəyiĢən nəzarət edilən obyekti
bircinsli maqnit sahəsində yerləĢdirdikdə
m
maqnit seli
praktiki olaraq obyektdən kənara çıxmadan (Ģəkil 3.4, a)
ən az müqavimətli yoldan keçəcəkdir.
Maqnit seli
0
-nin az bir hissəsi havadan keçə bilər.
Bu onunla əlaqədardır ki, materialın maqnit müqaviməti
havanın müqavimətindən çox azdır (
dəfə). Maqnit
selinə perpendikulyar istiqamətdə çat (yarıq) olduqda hava
boĢluğunda yaranan maneyədən bu hissədə maqnit
müqaviməti birdən çoxalır. Ona görə də
m
maqnit seli
çatı aĢağıdan əyilərək keçəcəkdir. Bununla yanaĢı selin
müəyyən hissəsi çatın üstündən, havada qapanaraq
a
(Ģəkil 3.4, b) səpələnmə selini əmələ gətirəcəkdir.
66
a) b)
Şək.3.4. Maqnit defektoskopun iş prinsipi
Çox böyük maqnit nüfuzluluğu və az maqnit
müqaviməti olan materiallarda bütün maqnit seli çatın
altından keçən
d
seli praktik olaraq olmayacaqdır. Bu
maqnit defektoskopiyası ilə nəzarət etmənin həssaslığlnın
çox aĢağı olduğunu bildirir.
kəmiyyəti nəinki ferromaqnitin formasından və
həmçinin maqnitləndirici sahənin gərginliyindən asılıdır.
Ona görə də maqnitləndirmənin optimal rejiminin düzgün
seçilməsi
d
səpələnmə selini zədə üzərində gücləndirir
və metodun həssaslığını artırır.
Zədələr o halda optimal təyin edilir ki, nəzarət edilən
detalın maqnitləndirilməsi zədənin istiqamətinə perpen-
dikulyar olsun. Nəzarətin optimal Ģəraitini yaratmaq üçün
maqnitləndirmənin üç üsulundan istifadə olunur: dövrü;
uzununa (qütblər üzrə) və kombinə olunmuĢ.
Dövrü maqnitlənmədən silindrik formalı cisimlərdə
(detallarda) istifadə olunur. Uzununa maqnitlənmədən
elektromaqnitlərdə, sabit maqnitlərdə və yaxud solenoid-
lərdə istifadə olunur. KombinəolunmuĢ üsulda detalı eyni
vaxtda iki və bir neçə üsulla maqnitləndirirlər.
Dağıtmadan maqnit nəzarətinin növləri, üsulları və
maqnitləndirmə sxemləri cədvəl 3.1-də verilmiĢdir.
67
Cədvəl 3.1.
Maqnitləndirmə
növləri
(maqnit selinin
formasına görə)
Maqnitləndirmə üsulları
Maqnitləndirmə sxemi
1
2
3
Uzununa
(qütblər üzrə)
Sabit maqnitlə
Elektromaqnitlə
Solenoidlə
Dövrü
Detaldan cərəyanın
keçirilməsi ilə
Detalın ( fırlanan)
dəliyinə keçirilən
cərəyanlı məftilin
köməyi ilə
Detalın (fırlanan)
üzərində quraĢdırılan
əlaqələrlə
Detalda cərəyanın
induksiyası (əmələ
gəlməsi) ilə
68
1
2
3
Kombinə
olunmuĢ
Detaldan cərəyanın
keçirilməsi və
elektromaqnit vasitəsilə
Kombinə
olunmuĢ
QarĢılıqlı perpendikulyar
istiqamətlərdə fazaya
görə sürüĢdürülmüĢ iki
(yaxud daha çox)
cərəyanın detaldan
keçirilməsi yolu ilə
Detalda induksiya
olunan cərəyan vasitəsilə
əmələ gələn və detalın
dəliyindəki məftildən
keçən cərəyan vasitəsilə
Ferromaqnit materiallar maqnitə görə yumĢaq və sərt
olaraq iki qrupa ayrılırlar. Maqnitə görə yumĢaq
materiallar sahəni götürdükdən sonra maqnitsizləĢirlər
(polad C
T
3, C
T
10). Maqnitə görə sərt materiallar isə
sahəni götürdükdən sonra da maqnitlənmiĢ halda qalırlar.
Maqnitə görə sərt materiallar nəzarət olunduqdan sonra
maqnitsizləĢdirilməlidir. Maqnitləndirmə zamanı onlara
yapıĢmıĢ metal qırıntıları yastıqlar və diĢli ötürmələri
sıradan çıxara bilər. MaqnitsizləĢməni maqnitometr,
maqnit əqrəbi və yaxud sapa bağlanmıĢ üzqırxan ülgüclə
yoxlamaq lazımdır. MaqnitləĢdirmənin üç üsulu mövcud-
dur: statik, dinamik və termiki.
Statiki maqnitsizləĢdirmə xarici sahənin vasitəsilə
aparılır. Bu zaman maqnitləndirilən materialdan sahəni
götürdükdə onun qiyməti sıfra bərabər olmalıdır. Dinamik
maqnitsizləĢdirmədə detal dəyiĢən amplitudlu maqnit
69
sahəsində yerləĢdirilir və onun qiyməti tədricən sıfra qədər
azaldılır (Ģəkil 3.5).
Şək. 3.5. Dinamiki maqnitsizləşmə sxemi
Digər hallarda maqnitsizləĢdirmək üçün detalı Küri
nöqtəsi adlandırılan temperatura qədər qızdırmaq lazımdır.
Bu üsul çox məhdud hallarda istifadə olunur, çünki bu
zaman materialın mexaniki xüsusiyyəti dəyiĢə bilər.
Maqnit defektoskopları aĢağıdakı əsas hissələrdən
ibarətdir: cərəyan mənbəyi, detala cərəyanı vermək üçün
tərtibat, maqnit çeviricisi, iĢıqlandırma quruluĢu, cərəyanı
və yaxud maqnit sahə gərginliyini ölçən cihaz.
Defekteskopun vəzifəsindən asılı olaraq göstərilən
hissələrdə dəyiĢikliklər və əlavələr ola bilər.
Defektlərdə maqnit səpələnmə sahəsini qeyd etmək
üçün ən çox istifadə ediləni maqnit tozudur ki, bu zaman
həssaslıq daha çox olur. Maqnit tozu defektoskoplarında
nəzarət aĢağıdakı əsas mərhələrdən ibarətdir:
-
detalın üz səthinin hazırlığı;
-
detalın maqnitləndirilməsi;
-
quru toz ilə və yaxud suspenziya ilə təmizləmə;
-
detala baxıĢ, zədəni qiymətləndirmə və lazım
gələrsə, onu maqnitsizləĢdirmə.
70
Maqnit tozu metodu ilə detalın səthindəki və çox da
dərində olmayan zədələr təyin olunur. Nəzarətin həssaslığı
bir sıra faktorlarla təyin olunur: materialın maqnit
xarakteristikası, tətbiq olunan tozun xüsusiyyətləri və s.
Nəzarət zamanı detalın üst səthi tamamilə təmizlən-
məlidir. Qaynaq tikiĢlərinin nəzarət edilməsi zamanı isə
mexaniki cilalama aparilmalıdır.
Maqinit tozu metodu ilə defektoskopiyada nəzarət
təbii və yaxud süni zədə nümunəsində təyin edilir. Maqnit
tozu ilə nəzarət zamanı əsas üç tip defektoskopdan istifadə
edilir:
-
stasionar universal;
-
hərəkət edən və gəzdirilən unversal;
-
xüsusiləĢdirilmiĢ (stasionar, hərəkətedən, gəzdi-
rilən).
Neftqaz avadanlıqlarının texniki diaqnostikasının
məsələlərinin həlli zamanı əsasən gəzdirilən defektos-
koplardan istifadə olunur. Buna misal olaraq gəzdirilən
PMD-70 maqnit tozu deffektoskopunu göstərmək olar.
Dostları ilə paylaş: |