О. Щ. Мирзяйев нефт-газ мядян аваданлыгларынын техники диагностикасы нын ясаслары bakı 2012 4 Rəycilər



Yüklə 2.8 Kb.
PDF просмотр
səhifə1/10
tarix25.12.2016
ölçüsü2.8 Kb.
  1   2   3   4   5   6   7   8   9   10

 

О.Щ.МИРЗЯЙЕВ 
 
 
 
 
 
   НЕФТ-ГАЗ МЯДЯН 
АВАДАНЛЫГЛАРЫНЫН 
 ТЕХНИКИ ДИАГНОСТИКАСЫ-
НЫН  
ЯСАСЛАРЫ 
 
 
 
 
 
 
 
 
Bakı - 2012 

 

Rəycilər:  Professor Ġ.Ə.Həbibov (ADNA-nın     
                “Mühəndis qrafikası” kafedrasının müdiri) 
 
     Professor X.S.Səmidov (AzMĠ-nin   
                 “MaterialĢünaslıq və maĢın mexanizmlər”  
                 kafedrasının müdiri) 
                 Professor C.H.Babayev (ADNA-nın  
                 “MaĢınqayırma və material emalı”   
                 kafedrasının professoru) 
 
Redaktor:  Z.Ə.Əliyeva 
Korrektor: G.H.Mirzəyeva 
                 N.A.Bağırzadə   
 
Kompüter dizaynı: T.O.Həsənzadə 
             
О.Щ.Мирзяйев.  НЕФТ-ГАЗ  МЯДЯН  АВАДАНЛЫГЛА-
РЫНЫН  ТЕХНИКИ  ДИАГНОСТИКАСЫНЫН  ЯСАСЛАРЫ.                                  
Bakı. 2012. 159s. 
                            
 
Kitab  texniki  diaqnostikanın  nəzəri  əsaslarına  həsr 
olunmuşdur. Burada statistik tanınma metodları və əlamətlərin 
fəzada bölünməsi məsələləri, diaqnostikanın metrik və məntiqi 
metodları şərh olunmuşdur. İnformasiya nəzəriyyəsinə və onun 
diaqnostika məsələlərinin tətbiqinə xüsusi yer ayrılmışdır. 
Kitab etibarlılıq və texniki diaqnostikanın problemləri ilə 
məşğul  olan  mühəndislər  üçün  nəzərdə  tutulmuş  və  bu 
məsələlərlə  maraqlanan  aspirantlar,  yuxarı  kurs  tələbələri  və 
magistrlər üçün də faydalı ola bilər. 
 
 
 
© O.H.Mirzəyev 
 

 

 
 
 
 
I. TEXNĠKĠ DĠAQNOSTĠKANIN MƏSƏLƏLƏRĠ, 
SĠSTEMĠ VƏ TĠPĠK PROQRAMI 
 
1.1. Texniki diaqnostikanın məqsədi və məsələləri 
 
Texniki  diaqnostika  -  yeni  elm  sahəsi  olub,  son 
onilliklərdə  müasir  texnikanın  tələblərinə  uyğun  olaraq 
yaranmıĢdır. Neft və qaz məhsullarının istehsalı, nəqli və 
emalı prosesində tətbiq olunan  mürəkkəb və bahalı texni-
ki sistemin təhlükəsizliyinə, arasıkəsilməz iĢ qabiliyyətinə, 
davamlılığına olan tələblər bu sistemin etibarlılığının əsas 
meyarıdır. 
Təhlükəsizlik  səviyyəsi  emal  olunan  maddələrin 
xüsusiyyətləri, avadanlığın istismar rejimi və Ģəraiti, onun 
texniki vəziyyəti ilə bağlıdır. 
Texniki  diaqnostika  sənaye  təhlükəsizliyinin  idarə 
olunmasının  əsas  elementlərindəndir.  Təhlükəli  istehsal 
obyektlərini iĢlədən müəssisələr (bu sıraya neftqaz sənaye-
sinin  bütün  obyektləri  daxildir)  texniki  qurğuların,  ava-
danlıqların və tikintilərin qoyulan müddətdə və ardıcıllıqla 
diaqnostikasının keçirilməsinə məsuliyyət daĢıyır. 
Dağıtmadan  nəzarət  metodundan  istifadə  edilən 
müəssisədə  diaqnostika  həm  müəssisənin  özü,  həm  də 
sənaye  təhlükəsizliyinə  məsul  olan  xüsusi  ixtisaslaĢdı-
rılmıĢ müəssisə tərəfindən aparılır. 
Potensial  təhlükəli  istehsal  obyektlərinin  təhlükəsiz-
liyinə  nəzarət  müəyyən nəzarət  orqanları: ekoloji, texniki 

 

və  atom  nəzarəti,  FHN,  Enerji  Nazirliyi  və  s.  tərəfindən 
aparılır. 
Texniki  diaqnostika  -  texniki  sistemin  vəziyyətini 
müəyyən  edən  elm  olub,  diaqnostik  informasiyanın 
alınması  və  qiymətləndirilməsi  kimi  geniĢ  həcmli 
problemlərlə  bağlıdır.  Diaqnostika  termini  yunanca 
tanınma,  müəyyən  olunma  deməkdir.  Diaqnostika  prose-
sində  diaqnoz  qoyulur,  yəni  xəstənin  (tibbi    diaqnostika) 
və  ya  texniki  sistemin  (texniki  diaqnostika)  vəziyyəti 
müəyyən  olunur.  Texniki  diaqnostika  obyektlərin  texniki 
vəziyyətini  müəyyən  edən  nəzəriyyəni,  metod  və 
vasitələrini əhatə edən bilik sahəsidir. 
Burada  və  sonra  bizi  maraqlandıran  obyekt  dedikdə 
qazma  və  neftqaz  sənayesində  iĢlənən  avadanlıq,  boru 
kəmərləri və neft anbarı nəzərdə tutulur. 
Texniki  diaqnostikanın  məqsədi  diaqnoz  olunan 
avadanlığın  sonrakı  istismar  imkanlarının  və  Ģərtlərinin 
müəyyənləĢməsi, nəticədə sənaye və ekoloji təhlükəsizlik 
artımının  təmin  olunmasıdır.  Qoyulan  məqsədə  çatmaq 
üçün texniki diaqnostikanın məsələləri aĢağıdakılardır: 
-
 
qüsur və uyğunsuzluqların aĢkarı, onların səbəbləri 
və buna əsasən avadanlığın texniki vəziyyətinin müəyyən 
olunması; 
-
 
texniki  vəziyyətin  proqnozlaĢdırılması  və  qalıq 
resursunun  təyini  (avadanlığın  iĢ  qabiliyyətinin  qoruyub 
saxlanılması müddətinin verilən ehtimalla təyini). 
Beləliklə,  texniki  diaqnostika  geniĢ  spektrli 
məsələləri  həll edir  ki,  bunların çoxu  digər  elmi fənlərlə 
sıx əlaqədədir. 
Texniki  diaqnostikanın  əsas  problemi  məhdud 
informasiya  şəraitində  texniki  nasazlığın  (sistemin) 
müəyyən  olunmasıdır

 

Xüsusən  mürəkkəb  sistemlər  və  avadanlıqlar  üçün 
sadalanan  məsələlərin  həlli  böyük  iqtisadi  effektin 
alınmasına  və  təhlükəli  istehsal  obyektlərinin  istifadəsi 
zamanı  sənaye  təhlükəsizliyinin  artırılmasına  imkan 
yaradır.  Texniki  diaqnostika  qüsurların  ilkin  aĢkarlanma-
sında  avadanlığın  qəflətən  sıradan  çıxmasının  qarĢısını 
alır,  sənaye  istehsalının  etibarlığını,  effektivliyini  və 
təhlükəsizliyini  artırır,  həmçinin  faktiki  texniki  vəziyyətə 
görə  mürəkkəb  texniki  sistemlərin  istismarını  mümkün 
edir.  Texniki  vəziyyətə  görə  istismar  zamanı  əldə  olunan 
iqtisadi  gəlir  ümumi  maĢın  parkının    30%-ə  ekvivalent 
olur. 
 
1.2. Qüsurların (zədələrin) növü, maşınların keyfiyyəti 
və möhkəmliyi (etibarlılığı) 
 
Avadanlığın texniki vəziyyəti - qüsurların miqdarı və 
onların  təhlükə  dərəcəsi  ilə  müəyyən  olunur.  Ayrı-ayrı 
detalların  yaxud  ümumilikdə  texniki  sistemin,  texniki 
sənədlərlə  müəyyən  olunmuĢ  tələblərə  uyğun  gəlməməsi 
qüsur adlanır.  
YerləĢməsindən asılı olaraq qüsurlar daxili (gizli) və 
xarici qüsurlara bölünür.  
Xarici qüsurlar vizual olaraq aĢkar olunur.  
Gizli  qüsurlar  isə  avadanlığı  dağıtmadan  nəzarət 
üsulları ilə aĢkar edilir.  
QuruluĢuna görə qüsurlar həcmi və səthi olurlar.  
Həcmi qüsurlar obyektin ilkin quruluĢunun və yaxud 
ölçülərinin  dəyiĢməsi  ilə  (pozulması),  səthi  qüsurlar  isə 
çatlar və sürüĢmə zolaqlar Ģəklində biruzə olunurlar.  
Əmələ  gəlməyə  görə  qüsurlar  istehsalat  və  istismar 
qüsurlarına bölünür.   

 

Ġstehsalat  qüsurları  həm  metallurji  dəyiĢmə  prose-
sində,  həm  də  texnoloji  olaraq  hazırlanma  zamanı  əmələ 
gələ  bilər.  Belə  qüsurlar  adətən  avadanlığın  iĢləməsinin 
ilkin mərhələsində özünü büruzə verir. 
Ġstismar qüsurları avadanlıq bir qədər iĢlədikdən so-
nra,  onun  iĢlənib  yeyilməsi,  yorğunluğun  yığılması  və 
digər  zədələrdən  və  həmçinin  təmir  və  texniki  qulluğun 
düzgün aparılmaması nəticəsində əmələ gəlir.  
Təcrübə göstərir ki, zədələrin və qüsurların aĢağıdakı 
əsas səbəblərini  göstərmək olar: 
-
 
yol  verilən  gərginlikdən  kənara  çıxma  zamanı 
avadanlığın  elementlərində  əmələ  gələn  iki  tərəfli  çatlar, 
dağılmalar və deformasiyalar; 
-
 
səthlərin  bir-birinə  sürtünməsi  nəticəsində  əmələ 
gələn mexaniki köhnəlmə; 
-
 
maye  və  yaxud  qaz  axınının  təsiri  ilə  nəticələnən 
erozion-kavitasion zədələr; 
-
 
materialların xassələrinin müəyyən müddət keçdik-
dən  sonra  və  istismar  faktorlarının  təsiri  nəticəsində 
deqradasiyası; 
-
 
metalların  və  ərintilərin  korroziyası,  korroziya, 
gərginlik və sürtünmənin təsiri ilə əmələ gələn korrozion-
mexaniki zədələr. 
Təhlükə  dərəcəsinə  görə  qüsurlar  kiçik,  əhəmiyyətli 
və az əhəmiyyətli qüsurlara bölünür.  
Kiçik  qüsurlar  mövcud  olduqda  aqreqatı  istifadə 
etmək mümkün olmur və yaxud təhlükəsizlik tələbləri bu-
na yol vermir.  
Aqreqatın  məqsədəuyğun  iĢlədilməsinə  və  uzun-
ömürlüyünə təsir edən qüsurlar əhəmiyyətli qüsurlardır.  
Az əhəmiyyətli qüsurlar nə aqreqatın məqsədəuyğun 
istifadəsinə,  nə  də  onun  uzunömürlüyünə  bir  o  qədər  də 

 

təsir  etmir.  Qüsurun  təhlükə  dərəcəsini  təyin  etdikdə, 
nəzarət  olunan  məhsulun  gərginlik  vəziyyəti,  qüsurun 
növü,  ölçüləri  və  sənədləĢməsi  nəzərə  alınır.  Qüsurun 
təhlükə  dərəcəsini  müəyyən  edən  əsas  amillər  -  germetik 
arakəsmələrin  nazikləĢmə  göstəricisi  və  mexaniki 
gərginliklərin  konsentrasiya  əmsalıdır  (çatlarda  -  gərgin-
liklərin intensivlik əmsalı) ki, bu da qüsur zonasında yerli 
gərginliyin  qüsursuz  zonaya  nisbətən  neçə  dəfə  artıq 
olduğunu  göstərir.  Yol  verilən  qüsurların  növü  və  onların 
göstəriciləri  müvafiq  məmulatın  nəzarətə  görə  normativ 
sənədlərdə göstərilir. Çatların təpəsində gərginlik konsen-
trasiyasının  səviyyəsini  xarakterizə  edən  əsas  parametr 
gərginlik intensivliyinin kritik əmsalıdır.   
MaĢının məqsədəuyğun istifadəsində yararlığını mü-
əyyən edən xassələrinin cəmi keyfiyyət adlanır. Bu xassə-
lərin  istismar  göstəriciləri  (qüvvə,  yanacağın  sərfi,  sürət, 
məhsuldarlıq və s.) iqtisadi effektlik, texnoloji, estetik və 
erqonomik göstəricilər və etibarlılıqla xarakterizə olunur. 
Ġstismar  edilən  maĢının  etibarlığı  ilk  növbədə  onun 
texniki vəziyyəti ilə müəyyən olunur. QOST 27.002.-83-ə 
görə  etibarlılıq  -  obyektin
 
verilən  rejim  və  tətbiq  Ģərt-
lərində  tələb  olunan  funksiyaları  xarakterizə  edən  para-
metrlərini  qoruyub  saxlamaq  qabiliyyətidir.  Etibarlılıq  - 
müntəzəmlik,  uzunömürlülük  (davamlılıq),  təmirə  yarar-
lılıq və bu xassələrin cəmi ilə qiymətləndirilir. 
Müntəzəmlik  –  avadanlığın  zaman  keçdikcə  və 
yaxud  bir  qədər  iĢlədikdən  sonra  iĢ  qabiliyyətini 
saxlamasıdır.  
Uzunömürlülük  –  avadanlığın  verilən  Ģəraitdə  son 
həddə qədər iĢ qabiliyyətini saxlamasıdır.  
Ehtiyat  –  avadanlığın  istismar  baĢlanğıcından  və 
yaxud əsaslı təmirdən sonra son həddə qədər  iĢləməsidir.  

 
10 
Təmirə  yararlılıq  –  texniki  xidmət  və  təmir 
aparılarkən,    avadanlıqda  zədə  və  nasazlıqları  aradan 
götürmək imkanıdır.  
Etibarlılığa  təsir  edən  konstruktiv,  texnoloji  və 
istismar  amilləri  çox  olduğu  üçün  onu  dəqiq  hesablamaq 
və qabaqcadan müəyyən etmək mümkün deyil. Etibarlılığı 
yalnız  riyazi  statistika  və  ehtimal  nəzəriyyəsini  və 
həmçinin  nasazlıqlar  haqqında  istismar  göstəricilərini 
istifadə etməklə təxmini hesablamaq olar.  
Avadanlığın  (onun  əsas  hissələrinin)  etibarlılığına 
nəzarəti  və  faktiki  texniki  vəziyyətini    qiymətləndirmək 
məqsədilə  onun  etibarlılıq  göstəriciləri  -  ehtiyat,  istismar 
vaxtı (yekun göstəricilər - istismara baĢlayandan son əsaslı 
təmirə  qədər)  müəyyən  zamanda  təhlil  olunur.  QOST 
27.002-83-ə  uyğun  olaraq,  iki  ildən  az  olmayaraq,  illərə 
görə müəyyən olunan etibarlılıq göstəriciləri cədvəl 1.1-də 
göstərilən düsturlarla hesablanır. 
Etibarlılığın kəmiyyət göstəricilərinin təhlili əsasında 
avadanlığın diaqnostikası, təmiri və əvəzlənməsi haqqında 
qərar  qəbul  olunur.  Kəmiyyət  qiymətlərinin  səviyyəsi 
avadanlığın  növündən  asılıdır.  Belə  ki,  çəkib-vuran 
maqistral  nasos  stansiyaları  üçün  orta  iĢlənmə  göstəri-
cisinin  nasazlığa  doğru  10%,  müntəzəm  iĢləməsinin  3% 
enməsi zamanı  avadanlıq texniki yoxlamadan keçməlidir. 
Avadanlığın  texniki  istifadə  əmsalının  3…5%  enməsi  
gələcəkdə  istismarın  iqtisadi  cəhətdən  məqsəduyğun-
luğunu qiymətləndirməyi göstərir. 
Göstərilənlərdən  belə  görünür  ki,  avadanlığın  eti-
barlılığı  yalnız  onun  emal  keyfiyyətindən  yox,  həmçinin 
texniki  diaqnozun  vaxtında  aparılmasından  və  qüsurların 
keyfiyyətli və dolğun təyinindən asılıdır. 

 
11 
Avadanlığın  etibarlığının  artma  tələbi  maksimal 
iqtisadi effekti əldə etmək tələbinə ziddir.  Etibarlığın  art-
ması maĢının emalı üçün xərclərin artması monitorinqinin 
müasir  sistemlərlə  təchiz  edilməsi  və  onların  texniki 
diaqnostikası hesabına nail olunur. 
 
Cədvəl 1.1 
 
QOST 27.002.-ə görə göstəricinin adı 
və Ģərti iĢarəsi 
Etibarlılıq göstəricisinin 
statistik qiymətləndiril-
məsi üçün düstur 
Nasazlığa görə orta iĢlənmə 

 



r
i
i
t
r
1
1

 
Orta ehtiyat (iĢin orta qulluq müddəti) 
D
 



n
j
j
t
n
D
1
eht
1
 
Bərpanın  plandan  kənar  orta  təmir 
vaxtı 


 



r
i
i
t
r
1
1



 
Bərpanın  plan  üzrə  orta  təmir  vaxtı  
ort

 



ORT
N
i
ORTi
ORT
ort
t
N
1
1

 
Aramsız  iĢ ehtimalı P(t) 
 
n
t
n
t
)
(
1



 
Texniki istifadə əmsalı K
Ti 
ort
B
Тi
К







 
Burada: 
- müĢahidə zamanı baĢ verən nasazlıqların sayı; 
t
i 
- iki ardıcıl nasazlıqlar arasında baĢ verən nasazlıqlar; 
n  -  ilkin  müĢahidə  vaxtı  iĢləyən  obyektlərin  sayı  (istismar 
müĢahidələr); 
 t
eht j 
- istismar baĢlayandan hər bir obyektin iĢləmə müddəti; 
 t
bi
  -  avadanlığın  i  nasazlığından  sonra  plandan  kənar  bərpa 
müddəti; 
 t
ORTi 
- avadanlığın i plan bərpasının müddəti; 

 
12 
N
ORT  
- müĢahidə müddəti zamanı avadanlığın plan təmirlərinin 
sayı; 
n(t)  -  0t  vaxt  ərzində  xarab  olmuĢ  obyektlərin 
(avadanlıqların) sayı. 
Eyni  zamanda  maĢının  P  etibarlılığını  artırmaq 
məqsədilə  onun  emalı  üçün  xərcləri  artdıqda  Q  maĢının 
bütün  iĢləmə  müddətində  onun  saxlanması  və  təmiri  Q
P
 
xərcləri azalır. Yekun istismar xərcləri Q
i
=Q
n
+Q
P
 optimal 
etibarlılığa uyğun olan minimal qiymətə malikdir.  
 
Şək. 1.1. Avadanlığın emalı, təmiri və istismarına  
çəkilən  xərclər 
 
Ġstismar  xərclərinin  azaldılması,  qəza  və  iĢsiz 
dayanmadan  zərərlər,  istehsalat  münasibətlərinin  səmərə-
lilıyinin artmasının əsas mənbələrindən biridir.  
Etibarlılığın ən əsas göstəricisi – avadanlığın dayan-
madan (müntəzəm) iĢləməsidir.  
Nasazlıq  –  texniki  sistemin  yaxud  onun  hissəsinin 
iĢinin  pozulmasıdır.  Avadanlığın  nasazlığını  xarakterizə 
edən  meyarları  -  iĢinin  dayanması,  istismar  parametr-
lərinin  ehtimal  olunmuĢ  səviyyədən  aĢağı  enməsidir.  Ən 
təhlükəli  nasazlıqlar  fəlakət  vəziyyətinə  gətirən  nasaz-
lıqlardır.  Onlar  insanların  həyatı  və  sağlamlığına  təhlükə 
yaradır,  ağır  iqtisadi  itkilərə  gətirir,  yaxud  ətraf  mühitə 
böyük ziyan vurur.  

 
13 
Əgər nasazlıq  nəticəsində qəza vəziyyəti  yaranarsa, 
etibarlılıq səviyyəsi maksimal yüksək olmalıdır. Belə olan 
halda iqtisadi məsələlər öz əhəmiyyətini itirir.  
Nasazlıqları  iki  yerə  ayırmaq  olar:  qəflətən  və 
tədricən əmələ gələn nasazlıqlar. 
Qəflətən  əmələ  gələn  nasazlıqlar  gözlənilməyən 
müxtəlif  səbəblərdən  hər  bir  zaman  baĢ  verə  bilər. 
Yüklənmənin qəflətən artması, mexaniki zədələnmə, təbii 
fəlakət və s. tədricən əmələ gələn nasazlıqlar zədələrin və 
qüsurların  toplanması  nəticəsində  baĢ  verir.  Nasazlıqların 
intensivliyinin 
zamana 
görə  bölünməsinin  ümumi 
planauyğunluğu Ģəkil 1.2-də göstərilmiĢdir.  
 
Şək.1.2.  n sayda nasazlıqların intensivliyinin 
bölünməsi 
 
Ġstismarın  baĢlanğıc  və  tamamlanma  dövrləri  
normal  istismar  dövrünə  nisbətən  zədə  və  nasazlıqların 
miqdarının artması ilə  xarakterizə olunur. Ġstismarın ilkin 
dövründə  nasazlıqların  artmasının  statistik  qanunauyğun-
luğu  detalların  iĢlənməsi,  konstruktiv  və  istismar  qüsur-
larının  aĢkar  olunması  ilə  izah  olunur.  Normal  istismar 
 
 

 
14 
dövrü  ən  uzun  sürən  dövrdür  və  nasazlıqların  intensiv-
liyinin praktiki olaraq sabit qiyməti ilə xarakterizə olunur. 
Üçüncü  tamamlama  dövründə,  deqradasiya  deyilən 
nasazlıqlar  aĢkar  olunur  ki,  onların  da  intensivliyi  mate-
rialların  köhnəlməsi  artdıqca,  mikrozədələrin  toplanması 
və  xassələrin  deqradasiyası  nəticəsində  artır.  Bununla 
bərabər,  birləĢmələrdə  aralar  böyüdükcə  mexanizmlərin 
kinematikası pozulur, sürtkü yağının keyfiyyəti pisləĢir və 
əlavə  dinamik  yüklənmə  əmələ  gəlir.  Avadanlığın  tələb 
olunan  qaydada  fasiləsiz  iĢləməsini  təmin  etmək  üçün 
zədə  və  qüsurların  monoton  yığılması  Ģəraitində,  istismar 
xərclərini minimallaĢdırmaq və qəza vəziyyətlərini aradan 
götürmək,  yalnız  vaxtında  diaqnostika  aparmaqla  müm-
kündür.    
 
1.3. Avadanlığın iş qabiliyyətinin bərpası 
 
Avadanlığın  istismar  zamanı  köhnəlməsi  və 
dağılması  ilə  əlaqədar  təmirə  ehtiyacı  olur.  Neft  və  qaz 
sənayesində  texnoloji  avadanlıq  icbari  Ģəkildə  pasportla 
təchiz olunur. Təmir, texniki qulluq, sınaqdan keçirilmə və 
s.  haqqında  verilənlər  həmçinin  diaqnostik    məlumatlar 
avadanlığın  bütün  istismar  dövrü  ərzində  pasporta  daxil 
olunur.  Belə  qeydlər  yığılmıĢ  defektlərin  və  zədələrin 
perspektiv  analizinə  və  sistemləĢmənin  həyata  keçirilmə-
sinə  imkan  verir.  AparılmıĢ  təmirlərin  effektivliyinin 
qiymətləndirilməsinə  Ģərait  yaradır.  Bunlar  həmçinin 
növbəti texniki diaqnostikada nəzərə alınır. 
Hər bir avadanlığın istismarı və təmiri dövründə elə 
bir  dövr  olur  ki,  fiziki  və  mənəvi    köhnəlmə  nəticəsində 
onların  istismarı  və  təmiri  qeyri-mümkün  və  ya  iqtisadi 

 
15 
cəhətdən  əlveriĢsiz  olur.  Bu  halda  avadanlıq  yenisi  ilə 
əvəz olunur. 
Mənəvi  köhnəlmə  dedikdə  -  texniki  inkiĢafın    təsiri 
altında  texnikanın  maya  dəyərinin  azalması  nəzərdə 
tutulur. Mənəvi köhnəlmənin iki forması mövcuddur: 
-
 
ucuz  baĢa  gələn  eyni  cür  konstruksiyalı  maĢınların 
istehsalı  ilə  əlaqədar  olaraq  köhnə  maĢınların  dəyərinin 
aĢağı düĢməsi; 
-
 
mükəmməl konstruksiyalı maĢınların yaranması ilə 
əlaqədar istismarda olan texnikanın ucuzlaĢması. 
MaĢının  optimal  ehtiyatı  və  ya  onun  tərkib  hissəsi 
aĢağıdakı düsturlarla təyin oluna bilər: 
min,
)
(
1
0









t
eq
o
dt
t
X
D
t
 
harda  ki,  D

-  obyektin  dəyəri,  X
eq
  -  istehsal  intervalında 
obyektin  etibarlılığının  qorunub  saxlanılmasına  sərf 
olunan xərclər, İ
d
 - istehsal dövrü. 
Obyektin    etibarlılığının  saxlanılmasına  sərf  olunan 
xərcləri,  adətən,  aĢağıdakı  funksiya  ilə  aproksimasiya 
etmək olar: 
n
eq
wt
t
X

)
(
 
harda  ki,  w  -  əmsal;  n  -  maĢının  etibarlılıq    səviyyəsinin 
göstəricisidir. 
Obyektin  istismar  dövrü  ərzində  etibarlılığının 
saxlanılmasına  sərf  olunan  orta  xüsusi  xərcləri  aĢağıdakı 
ifadədən təyin etmək olar: 
.
1
1
0
.
n
t
n
orta
eq
t
n
w
dt
wt
t
X




 
Optimal ehtiyat aĢağıdakı tənlikdən təyin olunur. 

 
16 
;
0
1









n
o
t
n
w
t
D
dt
d
 
Axırıncı  tənliyi  t-yə  nəzərən  həll  etsək,  obyektin 
optimal ehtiyatin təyini üçün aĢağıdakı münasibəti alarıq: 


1
0
.
.
1



n
o
r
wn
n
D
T

Ümumi  halda,  yuxarıda  ifadə  olunan  üsulla  ixtiyari 
maĢının  alıĢ  və  istismar  xərclərini  nəzərə  almaqla  sərhəd 
vəziyyətini təyin etmək olar. 
Avadanlığın  iĢ  qabiliyyətinin  bərpası  üçün  aĢağıda 
göstərilən növ təmirlər tətbiq olunur: reaktiv təmir, planlı-
nəzərdə  tutulmuĢ  təmir  (PNT)  və  taktiki-texniki  hala 
uyğun  təmir.  Reaktiv  sistem  məhdud  tətbiqə  malik  olub, 
avadanlığın  təmirini  yalnız  o  vaxt  nəzərdə  tutur  ki,  o  ya 
sıradan çıxmıĢ və ya öz resursunu tamamilə bitirmiĢ olsun. 
Bu sistemdən asanlıqla əvəz oluna bilən ucuz və  ya 
baha  avadanlığın  istifadəsi  zamanı  texnoloji  prosesin 
müəyyən  sahələrinin  təkrarlanması  halında  istifadə  edilə 
bilər. 
Təkrarlanma məqsədəuyğun olmadıqda PNT sistemi 
tətbiq  olunur  ki,  bu  da  planlı  Ģəkildə  texniki  qulluq  və 
təmirlə  əlaqədar  aparılan  təĢkilati-texniki  tədbirlərin 
toplusunu nəzərdə  tutur. 
Bu  sistemin  mahiyyəti  ondan  ibarətdir  ki,  təyin 
edilmiĢ  müddətə  qədər  iĢlədikdən  sonra  müəyyən  tipli 
planlı təmir - reqlament daxilində texniki qulluq, cari, orta 
və əsaslı təmir  aparılır. 
Texniki  qulluq  (TQ)  periodik  və  mövsüm  qulluqlara 
ayrılır. Mövsüm TQ müxtəlif növ yağların (qıĢ və ya yay)  
əvəz olunması, qızdırıcıların qoĢulması və ya çıxarılması, 

 
17 
qızdırıcı cihazların iĢə qoĢulmadan əvvəlki isinməsi və s. 
aiddir. 
Periodik  TQ  uyğun  avadanlığın  istismarı  üzrə 
təlimatlarla  qaydaya  salınır  və  filtrlərin  periodik  olaraq 
yuyulmasını, Ģinli-pnevmatik muftaların əvəz olunmasını, 
əyləclərin tənzimlənməsini, ayrı-ayrı hissələrin baxıĢını və 
tənzimlənməsini və s. əhatə edir. 
Cari  təmir  uzunmüddətli  olmayıb,  çox  vaxt  TQ  ilə 
eyni  vaxtda  aparılır.  Onun  tərkibinə  kiçik  nasazlıqların 
aradan  qaldırılması,  tez  sıradan  çıxan  kiçik  detalların, 
düyünlərin    periodik  hissələrinin,  artmıĢ  aralıqların  əvəz 
olunması və s. daxildir. 
Orta təmir cari təmirdən fərqli olaraq əsas düyün və 
detalların  (məsələn,  güc  və  transmissiya  vallarının  diĢli 
diyircəklərinin,  mərkəzdənqaçma  nasoslarının  və  s.) 
əvəzlənməsini  nəzərdə  tutur  və  adətən  aqreqatın  qismən 
və ya bütöv ayrılması ilə yerinə yetirilir. 
Əsaslı (kapital) təmir - maĢının bütövlükdə hissələrə 
ayrılması  ilə  baĢ  verir  və  əsas  məqsədi  bütün  köhnəlmiĢ 
detal  və  düyünlərin  tamamilə  əvəz  olunması  və  ya 
bərpasından ibarətdir.  
Təmirin 
sonunda 
qəbuletmə-təhvil 
sınaqları 
həmçinin  yük  altında  da  aparılır.  Çox  vaxt  kapital  təmiri 
modernizasiya  ilə  uzlaĢdırılır  ki,  bu  da  həm  maĢının  tam 
resursunun  bərpasını,  həm  də    ilkin  göstərilənlərdən  də 
yüksək nəticələr əldə edilməsini təmin edir. 
Yuxarıda  göstərilənlərdən  baĢqa  plandan  kənar 
təmirlər  də  mümkündür  ki,  bunlar  da  vaxtından    əvvəl 
dağılmaya  məruz  qalan  avadanlığın  qəza  vəziyyəti  ilə 
bağlıdır  (məsələn,  daĢqın  və  sürüĢmə  hadisələri,  boru 
kəmərinin buzla və ya hidratlarla qapanması və s.). 

 
18 
Əsaslı  təmirlər  arasındakı  dövr  təmir  dövrü  adlanır. 
Bu  dövrə    daxil  olan  təmirlərin  və  baxıĢların  sayı  və 
ardıcıllığı  təmir  dövrünün  strukturunu,  təmirlərarası  vaxt 
isə  təmirlərarası  dövrü  müəyyən  edir.  Müəyyən  növ 
avadanlıq  üçün  təmir  tsiklinin  strukturu,  planlı  təmirlərin 
hər bir növün aid edilmir. Belə ki, qazıma avadanlığı üçün 
orta təmir aparılmır, təmir tsiklinin strukturu isə aĢağıdakı 
kimi  aparılır.  Məsələn,  qazıma  bucurqadı  üçün  (ağırlıq 
qaldıran    mexanizm)  K-9T-K, qazıma rotoru üçün  isə  K-
7T-K  Ģəklində  olur.  Harda  ki.  K-kapital  (əsaslı)  təmir,  T-
cari təmir, 9 və 7 – dövr  ərzində cari təmirlərin sayıdır. 
Təcrübədə  eyni  tipli  avadanlığın  ehtiyatını  istismar 
zamanı  daha  aĢağı  göstəricilərə  malik  «zəif»  nümunələr 
əsasında  təyin  edirlər.  Bu  səbəbdən  təmir  tsiklinin 
uzunluğu  və  onun  strukturu  əvvəlcədən  elə  müəyyən 
olunur ki, insan tələfatına və iqtisadi, ekoloji zərər çəkmə 
hallarına  gətirib  çıxaran  qəzanın  baĢ  verməsi  maksimum 
aĢağı endirilsin. Bu halda  hələ kifayət qədər saz olan  və 
texniki  cəhətdən  resursa  malik  olan  avadanlıqların  böyük 
bir  qismi  təmirə  çıxarılır.  Belə  təmirlərə  məruz  qalan 
avadanlıqlar  daha  aĢağı  etibarlığa  malik  olur  ki,  bu  da 
təmirdən  əvvəlki  defektlərin  yenidən  yaranmasına  və 
sürtülən hissələrin əlavə iĢlənməsinə gətirib çıxarır. 
Beləliklə,  planlı-xəbərdarlıqlı  təmir  sisteminin  əsas 
çatıĢmayan  cəhəti  texnoloji  avadanlığın  vaxtından  əvvəl 
təmiri ilə bağlıdır ki, bu  da böyük iqtisadi itkilərə gətirib 
çıxarır. 
Bundan  baĢqa,  bu  sistem  həm  də  avadanlığın  qəfil 
sıradan  çıxma  hallarını  aradan  götürmür.  Göstərilən 
çatıĢmamazlıqların 
aradan 
qaldırılması 
məqsədilə 
avadanlığın  texniki  vəziyyətinin  diaqnostikası  və 

 
19 
monitorinq  aparılmaqla  faktiki  texniki  hallara  əsaslanan 
təmir sisteminə keçid müəyyənləĢdirilir. 
Hal-hazırda  neft  və  qaz  sənayesində  diaqnostika    və 
monitorinq  sistemləri  ilə  təchiz  olunmuĢ  böyük  gücə 
malik bir çox aqreqat  və digər növ avadanlıqlar mövcud-
dur  ki,  bunlarda  baĢ  verən  qəza  halları  ağır  nəticələrə 
gətirib  çıxarır.  Bu  halda  hər  bir  avadanlığın  planlı  təmiri 
və digəri ilə əvəz olunması onun real texniki vəziyyəti ilə 
bağlı aparılır. 
 
  1   2   3   4   5   6   7   8   9   10


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə