О. Щ. Мирзяйев нефт-газ мядян аваданлыгларынын техники диагностикасы нын ясаслары bakı 012 Rəycilər



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə8/51
tarix25.12.2016
ölçüsü2,61 Mb.
#3052
1   ...   4   5   6   7   8   9   10   11   ...   51
1.4. Avadanlıqların vəziyyəti  və texniki diaqnostika 
sistemlərinin növləri 
 
QOST  20911-89  iki  növ  terminlərdən:  «texniki 
diaqnostika»  və  «texniki  vəziyyətə  nəzarət»  terminlə-
rindən  istifadəni  nəzərdə  tutur.  «Texniki  diaqnostika» 
terminlərindən  baĢ  verən  qəzanın  yeri  və  səbəbi 
araĢdırılan  halda  istifadə  olunur.  «Texniki  vəziyyətə 
nəzarət»  termini  isə  texniki  diaqnostikanın  əsas  məsələsi 
kimi texniki halın növünün təyinində iĢlədilir. 
Verilən zaman müddətində obyektin parametrlərinin 
qiyməti  ilə  xarakterizə  olunan  texniki  halların  növləri 
aĢağıdakılardır: 
-  saz  halda  obyekt  normativ-texniki  və  ya 
konstruktiv sənədləĢdirmənin bütün tələblərinə uyğundur
-  saz  olmayan  obyekt  normativ-texniki  və  ya 
konstruktiv  sənədləĢdirmənin  heç  bir  tələbatına  uyğun 
gəlmir; 
-  iĢlək  obyektin  verilən  funksiyalarını  yerinə  yetir-
mək qabiliyyətini xarakterizə edən bütün  parametrlərinin 
qiymətləri  normativ  texniki  və  ya  konstruktiv  sənədləĢ-
dirilmənin tələbatına uyğundur; 


 
20 
- iĢlək olmayan obyektin heç bir parametri normativ-
texniki  və  ya  konstruktiv  sənədləĢdirilmənin  tələbatına 
uyğun gəlmir; 
-  məhdudlaĢmıĢ  növü  -  obyektin  gələcək  istismarı 
texniki  cəhətdən  mümkün  deyildir  və  ya    təhlükəsizlik 
normalarına uyğun olmadığından məqsədəuyğun sayılmır.  
“Saz  hal”  məfhumu  “iĢlək”  məfhumundan  daha 
geniĢdir. Əgər obyekt sazdırsa, o, mütləq iĢ qabiliyyətlidir, 
lakin iĢlək obyekt saz vəziyyətdə olmaya da bilər, belə ki, 
obyektin  normal funksiyasını yerinə yetirmək halı hələ də 
davam edir. 
Mürəkkəb  obyektlərlərdə,  məsələn,  magistral  boru 
kəmərlərində  iĢ  qabiliyyətinə  malik  halın  daha  dərin 
klassifikasiyası  mövcuddur  ki,  bu  halda  obyektin  verilən 
funksiyaları  yerinə  yetirmək  kimi  qismən  iĢlək  olduğu 
müəyyənləĢdirilir. 
Magistral  boru  kəmərlərinin  xətti  hissəsində  elə 
vəziyyət  olur  ki,  ötürücülük  qabiliyyəti  daha  aĢağı 
səviyyəyə  düĢür  ki,  bu  da  buraxıla  bilən  təzyiqin  daha 
aĢağı olması ilə əlaqədardır. 
Texniki  diaqnostika  sistemi  (texniki  vəziyyətə 
nəzarət)  kimi  texniki  sənədləĢdirilmədə  nəzərdə  tutulan 
vasitə  dedikdə,  obyekt  və  icraçıların  toplusu  tərəfindən 
diaqnostikanın aparılması sistemi nəzərdə tutulur. Texniki 
diaqnostika  obyekti  kimi  isə  texniki  avadanlıq  və  ya 
konkret istehsal prosesləri nəzərdə tutulur. 
Nəzarət  vasitələri  -  nəzarəti  aparmaq  üçün  texniki 
qurğu, maddələr və ya materiallardan istifadə olunur. Əgər 
nəzarət  vasitəsi  nəzarət  olunan  kəmiyyəti  ölçə  bilirsə, 
onda nəzarət ölçü nəzarəti adlanır. 
Nəzarət  vasitələri  obyektin  tərkib  hissəsini  təĢkil 
edən  daxili  nəzarət  və  obyektdən  konstruktiv  olaraq 


 
21 
kənarda  yerləĢərsə,  onda  xarici  nəzarət  vasitəsi  olur. 
Nəzarətin aparat və proqram nəzarət vasitələri vardır. 
Aparat nəzarət vasitələrinə cihazlar, pultlar, stendlər 
və  s.  aiddir.  Proqram  vasitələrinə  fərdi  kompüterlər  üçün 
tətbiqi proqramlar aid edilir. 
İcraçılar  -  nəzarətə  qulluq  və  texniki  diaqnostika  
mütəxəssisləridir.  Bunlar  da  müəyyən  qayda  ilə  təhsil 
almıĢ  attestasiya olmuĢ Ģəxslərdir ki, bu Ģəxslər nəzarət və 
onun  nəticələrinə  görə  hesabat  vermə  hüququna 
malikdirlər. 
Nəzarət  metodikası  -  müəyyən  prinsip  və  nəzarət 
vasitələrinin  tətbiqi  qaydalarının  toplusudur.  Metodika 
parametrlərin  ölçülməsi,    iĢlənməsi,  nəticələrin  analizini 
və interpretasiyanın özündə birləĢdirir. 
Hər  bir  obyekt  üçün  onun  texniki  vəziyyətini 
xarakterizə  edən  bir  çox  parametrlər  mövcuddur  (TVP  - 
texniki  vəziyyət  parametrləri).  Bunları  tətbiq  olunan 
diaqnostika  (nəzarət)  metodundan  asılı  olaraq  seçirlər. 
TVP-nin  qiymətlərinin  istismar  zamanı  dəyiĢməsi  ya 
obyektə  edilən  xarici  təsirlərdən  və  ya  zərərverən 
(deqradasiya  edən)  proseslərdən  (metalın  qocalması, 
korroziyası, eroziyası, iĢ qabiliyyətinin azalması) asılıdır. 
Diaqnostika (nəzarət) vaxtı obyektin iĢini xarakterizə 
edən  parametrlər  diaqnostik  (nəzarət  olunan)  parametrlər 
adlandırılır. Düz və dolayı (vasitəli) diaqnostika parametr-
lərini  fərqləndirmək  lazımdır.  Düz  struktur  parametr 
(məsələn,  sürtünən  elementlərin  dağılması,  uzlaĢmada 
aralıqlar  və  s.)  obyektin    texniki  vəziyyətini  bilavasitə 
xarakterizə  edir.  Dolayı  parametr  (məsələn,  yağın 
temperaturu,  iĢlənmiĢ  qazlarda  temperatur  və  CO
2
-nin 
miqdarı  və  s.)  texniki  vəziyyəti  dolayı  yolla  xarakterizə 
edir. 


 
22 
Obyektin  texniki  vəziyyətinin  dəyiĢməsini  obyekti 
hissələrə  ayırmadan  onun  diaqnostik  parametrlərinin 
qiymətinə  əsasən  müəyyən  etmək  olar.  Diaqnostik 
parametrlərin  toplusu  normativ  sənədlərdə  obyektin 
texniki  diaqnostikasına  əsasən  və  ya  təcrübi  olaraq 
müəyyən edilir. 
Diaqnostik  parametrlərin  kəmiyyət  və  keyfiyyət 
xarakteristikaları  bu  və  ya  digər  qüsurun  əlamətidir.  Hər 
bir  qüsurun  bir  neçə  əlaməti  ola  bilər.  O  cümlədən, 
bunlardan bəziləri təbiətinə görə fərqli olan qüsurlar üçün 
ümumi ola bilər. 
Texniki  diaqnostikanın  nəzəri  fundamenti  kimi 
obrazların  ümumi  tanınma  (müəyyən  edilmə)  nəzəriyyəsi 
hesab  edilir  ki,  bu  da  texniki  kibernetikanın  bölməsidir. 
Tanınma  məsələlərinin  həllinə  iki  yanaĢma  mövcuddur: 
ehtimal və determinist yanaĢmalar. 
Ehtimal yanaĢmada obyektin vəziyyəti ilə diaqnostik 
parametrləri arasında  statistik əlaqədən  istifadə  olunur və 
diaqnostik  parametrlərin  texniki  vəziyyət  növlərilə 
uyğunlaĢmasının  statistikası toplanılır.  Bu halda obyektin 
vəziyyəti müəyyən dürüstlüklə həyata keçirilir. 
Daha  çox  tətbiq  olunan  determinist  yanaĢmada  isə 
obyektin  vəziyyətini  müəyyən  edən  diaqnostik  parametr-
lərin dəyiĢmə qanunauyğunluqlarından istifadə edilir. 
Tanınma  nəzəriyyəsi  ilə  yanaĢı,  texniki  diaqnos-
tikada  nəzarətqabiliyyətlilik  nəzəriyyəsindən  də  istifadə 
edilir.  Nəzarət  qabiliyyətlilik  obyektin  konstruksiyası  ilə 
müəyyən  edilir,  onun  layihələndirilməsində  təklif  olunur 
və  diaqnostik  parametrlərin  düzgün  qiymətləndirilməsini 
təmin  edir.  Texniki  vəziyyətin  kifayət  qədər  düzgün 
qiymətləndirilməsi  avadanlığın  vəziyyətinin  az  tanınma-


 
23 
sına  və  onun  qalıqın  ehtiyatın  kifayət  qədər  aĢağı 
olduğunu göstərir. 
Beləliklə, ilkin tədqiqatlar nəticəsində obyektin diaq-
nostik parametrlərinin xarakteristikaları ilə vəziyyəti (halı) 
arasında  əlaqə  yaradılaraq,  diaqnostik  alqoritm  (tanınma 
alqoritmi)  iĢlənib  hazırlanır  ki,  bu  alqoritm  diaqnozun 
qoyulması  üçün  müəyyən  ardıcıllıqla  yerinə  yetirilir. 
Diaqnostik  alqoritmlərə,  həmçinin  diaqnostik  parametrlər 
sistemi,  onların  etalon  səviyyələri  və  obyektin  bu  və  ya 
digər  texniki  vəziyyətə  aid  olduğunu  bildirən  qərarların 
qəbuledilmə qaydaları da daxildir. 
Avadanlığın  texniki  vəziyyətinin  təyini  onun  həm 
bütöv  halda,  həm  də  tam  sökülmüĢ  halda  müəyyən  edilə 
bilər. Normal istismar  müddətində  sökülmədən  (dağılma-
dan)  diaqnostika  metodlarından  daha  çox  istifadə  olunur. 
Sökülməni  tələb  edən  texniki  diaqnostika    metodları 
adətən  avadanlığın  əsaslı  təmiri  müddətində  onun 
elementlərinin  imtinası  vaxtı  tətbiq  olunur.  Dağılmadan 
texniki diaqnostikanın əsas problemi məhdud informasiya 
Ģəraitində  avadanlığın  vəziyyətinin  qiymətləndirilmə-
sindən ibarətdir. 
Diaqnostik  informasiyanın  alınma  üsullarına  görə 
texniki  diaqnostika  testli  və  funksional  diaqnostikaya 
ayrılır.  Testli  diaqnostikada  texniki  vəziyyət  haqqında 
informasiyanı uyğun testin obyektə təsiri nəticəsində əldə 
edirlər. 
Testli  diaqnostika  dağıdıcı  olmayan  nəzarətdən 
istifadəyə  əsaslanır.  Bu  halda  nəzarət  iĢlək  olmayan 
avadanlıqda  həyata  keçirilir.  Testli  diaqnostika  həm 
yığılmıĢ, həm də sökülmüĢ halda aparıla bilər. Funksional 
diaqnostikanı  isə  yalnız  iĢlək  və  yığılmıĢ  avadanlıqda 
aparırlar. 


 
24 
Funksional diaqnostikanı, öz növbəsində, vibrasiyalı 
və parametrik diaqnostikaya ayırırlar. 
Funksional  parametrik  diaqnostikadan  istifadə  vaxtı 
texniki  vəziyyətin  qiymətləndirilməsi  iĢlək  avadanlığın 
funksional    parametrlərinin  qiymətinə  əsasən  həyata 
keçirilir.  Bu halda  məqsədyönlü test təsiri tələb olunmur. 
Bu  parametrlərin  nominal  qiymətlərdən  (temperatur, 
təzyiq, güc, ötürülən məhsulun miqdarı, f.i.ə. və s.) kənara 
çıxması  göstərir  ki,  avadanlığın    elementlərinin  texniki 
vəziyyəti  dəyiĢmiĢdir.  Funksional  parametrlərə  nəzarət 
operativ  xidmətdə  olan  iĢçilər  tərəfindən  sabit  rejimdə 
texniki avadanlığın cihaz-ölçü komplekslərinin köməyi ilə 
həyata keçirilir. 
Bununla əlaqədar funksional parametrik diaqnostika-
nı çox vaxt operativ diaqnostika adlandırırlar. Funksional 
parametrik  diaqnostika  üsulları  adətən  təlimatlarda  və 
rəhbər  sənədlərin  tələbinə  uyğun  avadanlıqlar  üçün  
aparılır. 
Vibrasiyalı  diaqnostika  iki  növ  olur:  testli  və 
funksional  diaqnostika  (bax  Ģəkil  1.2).  Funksional  vibra-
siyalı  diaqnostikanın  mahiyyəti  avadanlığın  sökülmədən 
texniki  vəziyyətini  qiymətləndirmək  üçün  vibrasiya 
parametrlərindən istifadə etməkdir. Funksional vibrasiyalı 
diaqnostikanın  əsas  cəhəti  diaqnostika  üçün  statik 
parametrlər  olan  temperatur  və  təzyiq  deyil,  dinamik 
parametrlər  kimi  vibroyerdəyiĢmə,  vibrosürət  və  vibro-
təcildən istifadə olunmasıdır. 
Yuxarıda  göstərilən    diaqnostik  növlərdən  baĢqa, 
avadanlığın  vəziyyətinin  qiymətləndirilməsində  dağıdıcı 
nəzarət metodları tətbiq olunur ki, bu metodlar da obyek-
tin  qismən  dağılmasını  (məsələn,  materialların  xassələ-
rinin  mexaniki  sınaqdan  keçirilməsi  üçün),  həmçinin 


 
25 
avadanlığın  tədqiqatı  və  təmiri  zamanı  onun  hissələrə 
ayrılsması  halında  elementləri  üzərində  alətli  ölçü 
nəzarətinin  aparılmasını  nəzərdə  tutur.  Texniki  diaqnos-
tika növlərinin klassifikasiyası Ģəkil 1.3-də verilmiĢdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin