О. Щ. Мирзяйев нефт-газ мядян аваданлыгларынын техники диагностикасы нын ясаслары bakı 012 Rəycilər


Avadanlıqların vəziyyəti  və texniki diaqnostika



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə2/51
tarix25.12.2016
ölçüsü2,61 Mb.
#3052
1   2   3   4   5   6   7   8   9   ...   51
 
 
 
© O.H.Mirzəyev 
 


 

 
 
 
 
I. TEXNĠKĠ DĠAQNOSTĠKANIN MƏSƏLƏLƏRĠ, 
SĠSTEMĠ VƏ TĠPĠK PROQRAMI 
 
1.1. Texniki diaqnostikanın məqsədi və məsələləri 
 
Texniki  diaqnostika  -  yeni  elm  sahəsi  olub,  son 
onilliklərdə  müasir  texnikanın  tələblərinə  uyğun  olaraq 
yaranmıĢdır. Neft və qaz məhsullarının istehsalı, nəqli və 
emalı prosesində tətbiq olunan  mürəkkəb və bahalı texni-
ki sistemin təhlükəsizliyinə, arasıkəsilməz iĢ qabiliyyətinə, 
davamlılığına olan tələblər bu sistemin etibarlılığının əsas 
meyarıdır. 
Təhlükəsizlik  səviyyəsi  emal  olunan  maddələrin 
xüsusiyyətləri, avadanlığın istismar rejimi və Ģəraiti, onun 
texniki vəziyyəti ilə bağlıdır. 
Texniki  diaqnostika  sənaye  təhlükəsizliyinin  idarə 
olunmasının  əsas  elementlərindəndir.  Təhlükəli  istehsal 
obyektlərini iĢlədən müəssisələr (bu sıraya neftqaz sənaye-
sinin  bütün  obyektləri  daxildir)  texniki  qurğuların,  ava-
danlıqların və tikintilərin qoyulan müddətdə və ardıcıllıqla 
diaqnostikasının keçirilməsinə məsuliyyət daĢıyır. 
Dağıtmadan  nəzarət  metodundan  istifadə  edilən 
müəssisədə  diaqnostika  həm  müəssisənin  özü,  həm  də 
sənaye  təhlükəsizliyinə  məsul  olan  xüsusi  ixtisaslaĢdı-
rılmıĢ müəssisə tərəfindən aparılır. 
Potensial  təhlükəli  istehsal  obyektlərinin  təhlükəsiz-
liyinə  nəzarət  müəyyən nəzarət  orqanları: ekoloji, texniki 


 

və  atom  nəzarəti,  FHN,  Enerji  Nazirliyi  və  s.  tərəfindən 
aparılır. 
Texniki  diaqnostika  -  texniki  sistemin  vəziyyətini 
müəyyən  edən  elm  olub,  diaqnostik  informasiyanın 
alınması  və  qiymətləndirilməsi  kimi  geniĢ  həcmli 
problemlərlə  bağlıdır.  Diaqnostika  termini  yunanca 
tanınma,  müəyyən  olunma  deməkdir.  Diaqnostika  prose-
sində  diaqnoz  qoyulur,  yəni  xəstənin  (tibbi    diaqnostika) 
və  ya  texniki  sistemin  (texniki  diaqnostika)  vəziyyəti 
müəyyən  olunur.  Texniki  diaqnostika  obyektlərin  texniki 
vəziyyətini  müəyyən  edən  nəzəriyyəni,  metod  və 
vasitələrini əhatə edən bilik sahəsidir. 
Burada  və  sonra  bizi  maraqlandıran  obyekt  dedikdə 
qazma  və  neftqaz  sənayesində  iĢlənən  avadanlıq,  boru 
kəmərləri və neft anbarı nəzərdə tutulur. 
Texniki  diaqnostikanın  məqsədi  diaqnoz  olunan 
avadanlığın  sonrakı  istismar  imkanlarının  və  Ģərtlərinin 
müəyyənləĢməsi, nəticədə sənaye və ekoloji təhlükəsizlik 
artımının  təmin  olunmasıdır.  Qoyulan  məqsədə  çatmaq 
üçün texniki diaqnostikanın məsələləri aĢağıdakılardır: 
-
 
qüsur və uyğunsuzluqların aĢkarı, onların səbəbləri 
və buna əsasən avadanlığın texniki vəziyyətinin müəyyən 
olunması; 
-
 
texniki  vəziyyətin  proqnozlaĢdırılması  və  qalıq 
resursunun  təyini  (avadanlığın  iĢ  qabiliyyətinin  qoruyub 
saxlanılması müddətinin verilən ehtimalla təyini). 
Beləliklə,  texniki  diaqnostika  geniĢ  spektrli 
məsələləri  həll edir  ki,  bunların çoxu  digər  elmi fənlərlə 
sıx əlaqədədir. 
Texniki  diaqnostikanın  əsas  problemi  məhdud 
informasiya  şəraitində  texniki  nasazlığın  (sistemin) 
müəyyən  olunmasıdır


 

Xüsusən  mürəkkəb  sistemlər  və  avadanlıqlar  üçün 
sadalanan  məsələlərin  həlli  böyük  iqtisadi  effektin 
alınmasına  və  təhlükəli  istehsal  obyektlərinin  istifadəsi 
zamanı  sənaye  təhlükəsizliyinin  artırılmasına  imkan 
yaradır.  Texniki  diaqnostika  qüsurların  ilkin  aĢkarlanma-
sında  avadanlığın  qəflətən  sıradan  çıxmasının  qarĢısını 
alır,  sənaye  istehsalının  etibarlığını,  effektivliyini  və 
təhlükəsizliyini  artırır,  həmçinin  faktiki  texniki  vəziyyətə 
görə  mürəkkəb  texniki  sistemlərin  istismarını  mümkün 
edir.  Texniki  vəziyyətə  görə  istismar  zamanı  əldə  olunan 
iqtisadi  gəlir  ümumi  maĢın  parkının    30%-ə  ekvivalent 
olur. 
 

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin