1.5. Texniki diaqnostikanın tipik proqramı Texniki diaqnostikanın tipik proqramı (tipik
alqoritmi) müxtəlif növ diaqnostik obyektlərə məxsus
daha geniĢ mərhələli iĢlərdən ibarətdir. Bu mərhələlərin
həllinin siyahısı və ardıcıllığı Ģəkil 1.4-də göstərilir.
Texniki diaqnostikanın birinci mərhələsi istismar-
texniki sənədləĢmənin analizini və operativ diaqnostikanın
verilənlərini özündə birləĢdirir.
Bu mərhələ ilkin olub, diaqnostikaya uğrayan obyekt
haqqında perspektiv məlumat almağa, istifadə olunan
materialların layihədə uyğunluğunu, istismarın faktiki
Ģəraitinin (yükləri, temperaturu, iĢçi Ģəraiti və s.) layihəyə
uyğun texniki hal parametrlərinin təyini, gözlənilən deqra-
dasiya proseslərinin ilkin qoyuluĢunu, obyektin qüsurları
(zədələri) olan element və hissələrinin siyahısının tərtibini
həyata keçirir.