kimyəvi nəzarət və s. məhz xidmət dəstələri sayılır.
Yüksək təhlükəli obyektlərdə (AES, kimyəvi maddələrdən
istifadə edən və s.) ixtisaslaşdırılmış dəstələr yaradılır.
Hazırlıq dərəcəsinə görə hərbiləşməmiş dəstələrin bir hissəsi
yüksək hazırlıqla saxlanılır (6-8 saat), qalan dəstələr isə gündəlik
hazırlıqda olurlar (24 saat).
MM rabitə və xəbərdarlıq sisteminin vəzifələri,
təşkili prinsipləri və rabitə xəbərdarlıq vasitələri.
Mühafizə tədbirləri həyata keçirilərkən mülki müdafiə qüvvələrinə rəhbərlik
üçün MM-i idarəetmə sistemi yaradılır. Bu sistemin məqsədi hər cür şəraitdə
tabelikdəki qüvvə və vasitələrin fəaliyyətə hazırlanmasına və əməli işlərinə daimi
rəhbərliyi və nəzarəti təmin etməkdir.
Rabitə - idarəetmə sisteminin tərkib hissəsidir və onun əsas vasitələrindən
biridir. Rabitə olmadan fasiləsiz və çevik idarəetmə mümkün deyil. Xüsusən
fövqəladə hallar yaranan dövrdə, müharibə vaxtı, habelə təbii fəlakətlər və güclü
istehsalat qəzaları baş verən şəraitdə çox böyük əhəmiyyət kəsb edir. Buna görə
də MM-in bütün vasitələrində - obyektlərdə, rayon və şəhərlərdə, respublikada
onun rəhbərlərinin qərarları ilə müvafiq rabitə və xəbərdarlıq sistemləri təşkil
edilir.
Dostları ilə paylaş: