Siqnal adamlar işdə olarkən verilərsə, müəssisədəki (sexdəki)
xüsusi təlimatda göstərilən tədbirlər dəqiq yerinə yetirilməlidir.
İşlədilən dəzgahı, aqreqatı dayandırmaq, cərəyanı kəsmək,
buxarın, oksigenin, qazın, suyun və s. təzyiqini azaltmaq üçün
tədbir görmək lazımdır. Mexaniki sexlərdə, laboratoriyalarda,
anbarlarda,
yükvurma-boşaltma
meydançalarında
iş
dayandırılmalı, avadanlıq işdən açılmalıdır. Bundan sonra
müəyyən olunmuş qaydaya riayət etməklə, sex, briqada, şöbə
üçün nəzərdə tutulan sığınacağa (daldalanacağa) getmək lazımdır.
Əgər istehsalat şəraitinə görə aqreqatı, peçi, turbini, texnoloji
xətti və s. dayandırmaq qeyri mümkündürsə, onları təhlükəsiz iş
rejiminə keçirir, onlara xidmət edən məsul növbətçilər iş yerinin
yaxınlığında əvvəlcədən (düşmən hücumu qorxusu elan edilən
dövrdə) hazırlanmış fərdi daldalanacaqda gizlənirlər.