Ümumi “Haminin Diqqətinə” siqnalının verilməsində məqsəd
əhalinin diqqətini cəlb etmək və bu siqnalın ardınca elan ediləcək
şifahi xəbər, məlumat və göstərişlərin hamıya çatdırılmasına nail
olmaqdır.
Müharibə dövründə “Hamının diqqətinə” siqnalından sonra
yaranmış vəziyyətə görə mülki müdafiənin bu siqnalları (xəbərləri)
verilə bilər: “Hava həyəcanı”, “Hava həyəcanı qurtardı”,
“Radiasiya təhlükəsi”, “kKmya həyəcanı”. Bütün əhalinin bu
siqnalları bilməsi mühafizə tədbirlərini tez və dəqiq yerinə
yetirməyə, tələfatın miqdarını xeyli azaltmağa imkan yaradır.
MM siqnalları üzrə bütün əhali üçün davranışın ümumi
qaydaları əvvəlcədən, hələ əmin-amanlıq dövründə müəyyən edilir
və bütün əhaliyə öyrədilir.