Cədvəllər
Rəqəmli materiallar, adətən, cədvəl kimi tərtib olunur. Hər bir cədvəlin başlığı
olmalıdır. “Cədvəl” sözü və başlıq böyük hərflərlə başlanmalıdır. Başlığın altından
xətt çəkilməməlidir.
Cədvəl, mətndə onun ilk xatırlanmasından sonra elə yerləşdirilir ki, dissertasiyanı
döndərmədən və ya saat əqrəbi istiqamətində döndərildikdən sonra onu oxumaq
mümkün olsun. Sətirlərin və sütunların sayı çox olan cədvəlləri hissələrə bölüb bir
neçə səhifədə yerləşdirmək olar.
Fəslin içindəki cədvəllər ardıcıl olaraq ərəb rəqəmləri ilə nömrələnir (əlavədə
verilmiş cədvəllər istisna olmaqla). Cədvəlin nömrəsi bir-birindən nöqtə ilə ayrılan
fəslin nömrəsindən və cədvəlin ardıcıl nömrəsindən ibarətdir. Məsələn: cədvəl 1.2.
(birinci fəslin ikinci cədvəli). Əgər dissertasiyada cəmi bir cədvəl varsa, onu
nömrələmək və “Cədvəl” sözü yazmaq lazım deyildir.
Əgər cədvəl iki və daha çox səhifədə yerləşirsə, “Cədvəl” sözü və onun nömrəsi
cədvəlin birinci səhifəsinin sağ üst tərəfində bir dəfə göstərilir; cədvəlin qalan
hissələrinin müvafiq yerlərində “ardı” sözü yazılır. Əgər dissertasiyada bir neçə
cədvəl varsa, onda “ardı” sözünün qarşısında cədvəlin nömrəsi yazılır. Məsələn:
cədvəl 1.2-nin ardı.
Cədvəlin adı və nömrəsi cədvəlin üstündə yerləşdirilir. Nömrə sağ küncdə çap
edilir.
Cədvəllərin sütun və sətirlərin başlıqları, onların içərisindəki məlumatlar üçün
şriftin ölçüsü 12, sətirarası məsafə 1 interval olmalıdır.
Dostları ilə paylaş: |