FƏLSƏFƏ DOKTORU HAZIRLIĞI ÜZRƏ YADDAġ
1.
Ümumi müddəalar
Azərbaycan Respublikasında yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların
hazırlanması ali təhsilin ən yüksək səviyyəsi olan doktorantura yolu ilə həyata
keçirilir və müvafiq elmi dərəcələrin (elm sahələri göstərilməklə, fəlsəfə doktoru və
elmlər doktoru) verilməsi ilə başa çatır.
Doktoranturada təhsil fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə həyata
keçirilir.
Doktoranturada təhsilalma əyani (istehsalatdan ayrılmaqla) və qiyabi (istehsalatdan
ayrılmamaqla) formalar üzrə həyata keçirilir.
Doktorantura təhsilini həyata keçirən ali təhsil müəssisələri və elmi təşkilatlar elmi
və elmi-pedaqoji kadr hazırlığını dissertantlıq (dissertantura) yolu ilə də reallaşdırır.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 3 il, dissertantlıq
yolu ilə 4 ildir.
Müstəsna hallarda bütün təhsil formaları üzrə təhsil müddəti uzadıla bilər.
Doktoranturada və dissertantlıq yolu ilə təhsilini başa çatdırmış məzunlara təhsil
aldıqları müəssisənin müvafiq arayışı və imtahanların verilməsi haqqında vəsiqə
verilir.
Dostları ilə paylaş: |