Fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim edilmiş dissertasiya iddiaçının müstəqil
9
dissertasiyada müvafiq elm sahəsi üçün böyük əhəmiyyət kəsb edən hər hansı
məsələnin yeni həlli təklif olunur;
böyük tətbiqi əhəmiyyəti olan iqtisadi, texniki və texnoloji işləmələrin
təkmilləşdirilmiş elmi şərhi verilir.
Fəlsəfə doktoru elmi dərəcəsinin iddiaçıları Komissiya tərəfindən müəyyən edilmiş qaydada
ixtisas fənnindən namizədlik imtahanları verməlidirlər.
İxtisas sahəsini dəyişmiş iddiaçılar əlavə olaraq yeni seçdiyi sahənin ümumelmi
əsaslarından namizədlik imtahanı verirlər.
Namizədlik imtahanları verildiyi tarixdən altı il ərzində etibarlı sayılır.
İxtisas fənni üzrə namizədlik imtahanı dissertasiyanın müdafiəsi keçiriləcəyi təşkilatda
verilir.
Namizədlik imtahanlarının keçirilməsi ilə bağlı xərcləri nəzdində imtahan komissiyası
yaradılan müəssisə (birlik, təşkilat) ödəyir.
Namizədlik imtahanlarının proqramı və imtahanların aparılma qaydası Komissiya
tərəfindən təsdiq edilir.
Elmi dərəcənin iddiaçıları dissertasiyanı xüsusi hazırlanmış əlyazması şəklində təqdim
edirlər.
Dissertasiya müəllifin təkbaşma yazdığı və açıq müdafiə üçün irəli sürdüyü elmi
müddəaların və nəticələrin məcmusunu əhatə edən elmi işdir. Dissertasiya daxili vəhdətə
malik olmalı, müəllifin elmə şəxsən verdiyi töhfəni əks etdirməlidir.
Müəllif tərəfindən təklif olunmuş yeni nəticələr ciddi əsaslandırılmalı, mövcud faktlarla
və elmi baxışlarla müqayisədə tənqidi qiymətləndirilməlidir. Tətbiqi əhəmiyyətə malik
dissertasiyada müəllif tərəfindən alınmış elmi nəticələrin praktikada tətbiqi barədə
məlumat, nəzəri əhəmiyyətə malik olan dissertasiyalarda isə elmi nəticələrin tətbiqi ilə
əlaqədar tövsiyələr verilməlidir.
Dissertasiya Komissiya tərəfindən müəyyən edilmiş qaydalara uyğun tərtib edilir.
Dissertasiyaların mövzuları müəssisələrin (birliklərin, təşkilatların) və ali məktəblərin
fakültələrinin elmi (elmi-texniki) şuralarında hər bir iddiaçı üçün ayrılıqda təsdiq
olunmalıdır.
Dissertasiyaların əsas elmi nəticələri elmi nəşrlərdə dərc olunmalıdır.
Azərbaycan Respublikasının müvafiq elmi nəşrlərinin siyahısı Komissiya tərəfindən
təsdiq edilir.
Dissertasiyanın əsas elmi nəticələri xarici ölkələrin elmi jurnal və nəşrlərində də dərc
edilə bilər. Xarici ölkələrin elmi jurnal və nəşrlərində xarici dildə dərc edilmiş
dissertasiyanın əsas elmi nəticələrinin Azərbaycan dilində qısa xülasəsi müdafiə zamanı
Komissiyaya təqdim edilməlidir.
Dissertasiyaların elmi nəticələrinin elmi nəşrlərdə dərc olunması ilə bağlı tələblər
Komissiya tərəfindən müəyyən edilir.
İddiaçıların fəlsəfə doktoru dissertasiyalarının nəticələrinə dair ən azı beş, o cümlədən xarici
ölkələrdə nəşr olunan nüfuzlu jurnallarda bir məqaləsi dərc edilməlidir. Dissertasiyanın
əsas elmi nəticələrini əks etdirən dərc olunmuş işlərə ixtiralar haqqında müəlliflik
şəhadətnamələri, sənaye
nümunələri və patentlər, ümumrespublika və
beynəlxalq konfrans və simpoziumların nəticələri üzrə dərc olunmuş məruzə və tezislər,
elektron elmi nəşrlər də aiddir.
Ümumrespublika konfrans və simpoziumlarının nəticələri üzrə dərc olunmuş məruzə və
tezislərə, habelə elektron nəşrlərə dair tələblər Komissiya tərəfindən müəyyən edilir.
Dissertasiyanın yazılışı zamanı iddiaçı iqtibas etdiyi materialların mənbələrinə və
müəlliflərinə istinad etməlidir.
Kollektiv müəlliflərə mənsub olan elmi ideya və işləmələrdən istifadə edilirsə, iddiaçı bu
barədə dissertasiyada qeyd etməlidir.
10
Müəllifinə və ədəbiyyatına istinad olunmayan özgənin materiallarından istifadə edildikdə,
baxılma mərhələsindən asılı olmayaraq dissertasiyanın ekspertizası dayandırılır və
iddiaçıya həmin mövzu üzrə təkrar müdafiə hüququ verilmir.
Qeyd: Məqalələr Ali Attestasiya Komissiyasının reyestrinə daxil olan nəşrlərdə dərc
olunmalıdır. Doktorant eyni zamanda beynəlxalq və respublika elmi konfranslarında
iştirak etməli, dissertasiya üzrə məqalə və tezisləri həmin konfransların materiallarında
dərc etməlidir. Yalnız yuxarıda göstərilən şərtlər yerinə yetirilirsə, doktorant müdafiəyə
buraxılır.
Dostları ilə paylaş: