14.
Dissertasiyaların təqdim olunması və müdafiəsi
Dissertasiya iĢinin yerinə yetirildiyi müəssisədə ilkin ekspertiza
Dissertasiya işinin yerinə yetirildiyi və ya iddiaçının təhkim olunduğu müəssisə
(birlik, təşkilat) dissertasiyanın ilkin ekspertizasını keçirir və dissertasiya haqqında
rəy verir. Rəydə dissertasiyada şərh olunan elmi nəticələrin alınmasında müəllifin
konkret şəxsi iştirakı; tədqiqat nəticələrinin dürüstlük dərəcəsi, onların yeniliyi və
elmi-praktiki əhəmiyyəti; dissertasiyanın müvafiq ixtisasa uyğun gəlməsi; müəllif
tərəfindən dərc olunmuş işlərdə dissertasiya materiallarının əks etdirilməsi dərəcəsi
göstərilməlidir.
Rəy iddiaçıya namizədlik dissertasiyası ilkin ekspertizaya təqdim olunduğu gündən
iki ay müddətinədək verilməlidir.
Müəssisənin (birliyin, təşkilatın) rəhbəri rəyin keyfiyyəti, obyektivliyi və
hazırlanma müddəti üçün cavabdehdir.
Dostları ilə paylaş: |