"Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları" nın təsdiq edilməsi haqqında


Dissertasiya Ģurasında ilkin ekspertiza



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə17/44
tarix26.12.2016
ölçüsü0,61 Mb.
#3543
1   ...   13   14   15   16   17   18   19   20   ...   44
 

Dissertasiya Ģurasında ilkin ekspertiza 

 

Dissertasiya  şurası  Komissiyanın  müəyyən  etdiyi  siyahı  üzrə  sənədlər  təqdim 



edildikdə  dissertasiyanı  ilkin  müzakirə  və  sonrakı  müdafiə  üçün  qəbul  edir. 

Dissertasiya  şurasında  dissertasiyaların  ilkin  müzakirəsi  "Dissertasiya  şuraları 

haqqında"  Əsasnaməyə  uyğun  aparılır.  İlkin  ekspertiza  zamanı  dissertasiyaların 

Komissiya  tərəfindən  müəyyən  edilmiş  tərtib  edilmə  qaydalarına  riayət  olunması 

nəzərdən  keçirilir.  İlkin  ekspertiza  zamanı  müəyyən  edilmiş  nöqsanlar 

əsaslandırılmalı  və  dissertasiya  nöqsanların  aradan  qaldırılması  üçün  vəsadət 

qaldıran müəssisəyə (birliyə, təşkilata) qaytarılmalıdır.  İlkin ekspertizanın  müddəti 

bir ay təşkil edir. 

 

Dissertasiyanın  mövzusu  iki  ixtisası  əhatə  etdikdə  və  dissertasiya  şurasının  ikinci 



ixtisas üzrə müdafiə keçirmək hüququ, habelə həmin ixtisas üzrə fəaliyyət göstərən 

şura  olmadıqda,  müdafiənin  keçirilməsi  üçün  dissertasiya  şurasının  tərkibinə  tələb 

olunan ixtisas üzrə Komissiya tərəfindən uyğun mütəxəssislər daxil edilir. 

 

Dissertasiya  şurada  ilkin  müzakirə  üçün  qəbul  edildikdə,  ixtisası  dissertasiyanın 



ixtisasına uyğun şura üzvlərindən yaradılmış komissiya dissertasiya ilə tanış olaraq 

onun  şuraya  müdafiə  keçirmək  hüququ  verilmiş  ixtisasa  və  elm  sahəsinə 

uyğunluğuna, müəllifin dərc edilmiş əsərlərinin dissertasiyanın məzmumnunu əhatə 

edib-etməməsinə  dair  rəy  verir,  həmçinin  baxılan  dissertasiya  işi  üzrə  aparıcı 

təşkilatın,  rəsmi  opponentlərin  təyin  rdilməsi,  lazım  gəldikdə  isə  şuranın  tərkibinə 

əlavə üzvlərid daxil edilməsi haqqında təkliflər hazırlayır. 

 

İlkin  müzakirədən  keçirilərək  dissertasiya  şurasına  təqdim  edilmiş  dissertasiyalar 



şura rəhbərliyinin tövsiyəsi ilə şuranın fəaliyyət göstərdiyi təşkilatda yaradılan elmi 

seminara göndərilir. 

 

Müzakirə zamanı fəlsəfə doktoru dissertyasiyaları üzrə iki (bir elmlər doktoru və bir 



fəlsəfə doktoru, müstəsna hallarda, iki fəlsəfə doktoru) resenzentin olması zəruridir. 

Resenziyalar yazılı şəkildə təqdim edilir. Müzakirənin nəticəsi olaraq dissertasiyaya 

dair  ümiumi  rəy  verilməlidir.  Rəydə  dissertasiyada  şərh  olunan  elmi  nəticələrin 

alınmasında  müəllifin  konkret  şəxsi  iştirakıı,  tədqiqatın  nəticələrinin  dürüstlük 

dərəcəsi,  onların  yeniliyi  və  elmi-praktik  əhəmiyyəti,  dissertasiyanın  müvafiq 

ixtisasa uyğun gəlməsi, müəllifin dərc olunmuş işlərində dissertasiya materiallarının 

əks  etdirilməsi  dərəcəsi  göstərilməlidir.  Rəy  şuraya  protokolla  birlikdə  təqdim 

olunur. 


 

Dissertasiya şurası sənədlərin təqdim olunduğu gündən etibarən fəlsəfə doktoru elmi 

dərəcəsi üzrə dissertasiyaların iki ay müddətində müdafiəsinin təşkili haqqında qərar 

qəbul edir. 

 


Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin