Təqdim edilən sənədlər
İddiaçının ərizəsi.
İş yerində təsdiq olunmuş, üzərində fotoşəkil olan kadrların şəxsi uçot vərəqi – 2
nüsxə.
Dissertasiya mövzusunun AR Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi
Şurasında təsdiq olunması haqqında protokoldan çıxarış - 2 nüsxə.
Dissertasiyanın mövzusunun və elmi rəhbərin (məsləhətçinin) təsdiq olunması
haqqında protokoldan çıxarış – 2 nüsxə.
Doktorluq imtahanlarının verilməsi haqqında vəsiqə (Fəlsəfə doktoru proqramı üzrə
elmi dərəcəsinin iddiaçıları üçün) - 2 nüsxə.
Dissertasiyanın cildlənmiş nüsxələri – zəruri sayda və avtoreferatın əlyazması
(dissertasiyanın bütün nüsxələrinin titul vərəqini və avtoreferatın əlyazmasının üz
qabığını iddiaçı imzalayır).
Fəlsəfə doktoru proqramı üzrə elmi dərəcə iddiaçıları üçün ali təhsil haqqında
diplomun (xaricdə, o cümlədən MDB ölkələrində təhsil almış şəxslər üçün əlavə
olaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyindən verilmiş ekvivalentlik
haqqında şəhadətnamənin) təsdiq edilmiş surəti - 2 nüsxə.
Dissertasiya işinin yerinə yetirildiyi və ya iddiaçının təhkim olunduğu təşkilatın rəyi
(1 nüsxə), rəyin müzakirə olunduğu iclasın protokolu (1 nüsxə), resenzentlərin
yazılı rəyləri (hər birindən 1 nüsxə) və müzakirənin gedişinin videoçəkilişi yazılmış
kompakt disklər - 2 nüsxə.
Rəy kafedra (laboratoriya, bölmə, şöbə) iclasının və ya seminarın protokolundan
çıxarış şəklində tərtib edilir, təşkilatın rəhbəri tərəfindən təsdiq olunur və ona
təşkilatın möhürü vurulur.
Protokol iclasın sədri və katibi tərəfindən imzalanır, onların imzası təşkilatın elmi
katibi tərəfindən müvafiq qaydada təsdiq olunur.
11
İddiaçının elmi-pedaqoji və istehsalat fəaliyyəti haqqında xasiyyətnamə - 2 nüsxə.
Xasiyyətnamə əsas iş yerindən verilir, təşkilatın (müəssisənin) rəhbəri tərəfindən
imzalanır, gerbli möhürlə təsdiqlənib, tarix qoyulur.
Elmi rəhbərin (məsləhətçinin) rəyi - 2 nüsxə.
Dissertasiyanın mövzusuna dair dərc olunmuş elmi əsərlərin siyahısı - 2 nüsxə (Bax:
Əlavə 4).
Elmi əsərlər və ya onların surətləri (mündəricat daxil olmaqla), monoqrafiya və
kitablar (2 nüsxə) ayrıca qovluqda təqdim edilir.
Dostları ilə paylaş: |