11.
Əcnəbilərin və vətəndaĢlığı olmayan Ģəxslərin doktoranturada və dissertantlıq yolu ilə
təhsil almaq hüququ
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin doktoranturada və dissertantlıq yolu ilə təhsili
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq
hüquqi və fiziki şəxslərin birbaşa bağladıqları müqavilələr əsasında həyata keçirilir.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin doktoranturada və dissertantlıq yolu ilə təhsili
ödənişli əsaslarla aparılır. İllik təhsil haqqı təhsilin xüsusiyyətlərinə uyğun olaraq ali
təhsil müəssisələrinin və elmi təşkilatların tabe olduqları qurumlar tərəfindən müəyyən
edilir. Müstəsna hallarda ali təhsil müəssisələri və elmi təşkilatlar tabe olduqları
qurumların razılığı əsasında ödənişsiz qəbul həyata keçirə bilərlər.
Xarici dövlətlərdə təhsil almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün ali təhsil
haqqında diplomun notarial qaydada təsdiq edilmiş surəti və diplomun tanınması
haqqında şəhadətnamə təqdim edilməlidir.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ali təhsil müəssisələrində və elmi təşkilatlarda
doktoranturaya qəbulu və dissertant təhkim olunması, eyni zamanda təhsili bu Qaydalara
və qüvvədə olan qanunvericiliyə uyğun olaraq həyata keçirilir.
Dostları ilə paylaş: |