7.
Elmi rəhbər
Doktoranturaya qəbul haqqında qərarda (əmrdə) doktorantın dissertasiyasının mövzusu,
təhsil müddəti və rəhbəri (rəhbərləri) göstərilir və onlara bu haqda məlumat verilir. Bir
qayda olaraq, doktorantın elmi rəhbəri elmlər doktoru və ya professor olur.
Müstəsna hallarda, ali təhsil müəssisələrinin və elmi təşkilatların elmi şuralarının qərarı
əsasında müvafiq ixtisasa malik fəlsəfə doktorları (elmlər namizədləri) da doktorantlara
elmi rəhbərlik işinə cəlb oluna bilərlər.
Müxtəlif ixtisasları əhatə edən mövzular üzrə elmi tədqiqatlar apararkən doktoranta iki elmi
rəhbər, yaxud rəhbər və məsləhətçi təyin oluna bilər. Onlardan biri fəlsəfə doktoru
(elmlər namizədi) ola bilər.
Elmi rəhbər doktoranta elmi iş üzrə məsləhətlər verir, doktorantın təsdiq edilmiş fərdi iş
planına (tədris proqramına) uyğun fəaliyyətinə rəhbərlik edir və dissertasiya işinin
müəyyən olunmuş vaxtda keyfiyyətlə yerinə yetirilməsinə nəzarət edir.
Dostları ilə paylaş: |