6.
Qəbul imtahanları və müsabiqə
Doktoranturaya qəbul olmaq istəyənlər ixtisas fənnindən, xarici dildən (rus dili istisna
olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) və fəlsəfədən ali təhsil pilləsinin
magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları
verirlər.
Qəbul imtahanlarını keçirmək məqsədi ilə ali təhsil müəssisələrində və elmi təşkilatlarda
müvafiq fənlər üzrə imtahan komissiyaları yaradılır.
İxtisas fənnindən qəbul imtahanını doktoranturanın fəaliyyət göstərdiyi ali təhsil
müəssisəsinin və elmi təşkilatın rəhbəri tərəfindən yaradılan komissiya həyata keçirir.
Komissiyanın tərkibində müvafiq ixtisas üzrə ən azı iki elmlər doktoru və ya professor
olmalıdır. Nəzərdə tutulan rəhbərlər də komissiyanın üzvü ola bilərlər. Komissiyanın
sədri ali təhsil müəssisəsinin və elmi təşkilatın rəhbəri, yaxud elmi işlər üzrə müavini
təyin edilir. Müstəsna hallarda, bəzi ixtisaslar üzrə elmlər doktorları və professorlar
olmadıqda, komissiyanın tərkibinə fəlsəfə doktorları (elmlər namizədləri), dosentlər,
xarici dil üzrə isə elmi (alimlik) dərəcəsi olmayan təcrübəli mütəxəssislər daxil edilə
bilər.
Bərabər ballar toplandığı halda, müsabiqədə ixtisas fənnindən daha yüksək qiymət alan və
çap edilmiş elmi əsərləri olan şəxslərə üstünlük verilir.
Ali təhsil müəssisələrində və ya elmi təşkilatlarda yaradılmış qəbul komissiyaları
imtahanların nəticələri əsasında müvafiq qərar qəbul edirlər.
Ali təhsil müəssisələri və elmi təşkilatların elmi şuraları doktorantların dissertasiya
mövzularını və elmi rəhbərlərini onların qəbul komissiyaları tərəfindən doktoranturaya
qəbul olunmaları haqqında qərar qəbul etdikləri gündən 1 aydan gec olmamaq şərtilə
təsdiq edir.
Ali təhsil müəssisəsinin və elmi təşkilatın elmi şurası müvafiq şöbə, bölmə, kafedra və ya
laboratoriyanın təqdimatı əsasında iddiaçının dissertant təhkim olunması, onun
dissertasiya mövzusu, fərdi iş planı və elmi rəhbəri (məsləhətçisi) haqqında qərar qəbul
edir. Elmi şuranın qərarı əsasında ali təhsil müəssisəsi və ya elmi təşkilatın rəhbəri
iddiaçının təhkim olunması haqqında əmr verir.
Dostları ilə paylaş: |