4.
Sənədlərin qəbulu
Sənədlərin qəbulu forması, qaydaları, qəbul planı və imtahanların keçirilmə müddəti
haqqında kütləvi informasiya vasitələrində qəbulu həyata keçirən müəssisə tərəfindən
müvafiq elan verilir.
Sənədlərin qəbulu üçün doktoranturanın fəaliyyət göstərdiyi ali təhsil müəssisəsinin və elmi
təşkilatın rəhbərinin (və ya elmi işlər üzrə müavininin) sədrliyi ilə qəbul komissiyası
yaradılır. Qəbul komissiyası fakültə, kafedra, şöbə, bölmə, laboratoriya rəhbərlərindən,
aparıcı əməkdaşlardan və bir qayda olaraq, doktorantların nəzərdə tutulan rəhbərlərindən
təşkil olunmalıdır.
Dostları ilə paylaş: |