5.1.
Satıcı:
_______ OĞLU/QIZI (VÖEN: ______, ŞV SERİYA
№ _______, FİN: _______)
VÖEN:
_______
H/h:
_______
Bank:
_______
Bankın VÖEN-i:
_______
M/h:
_______
Kod:
_______
SWIFT:
_______
_____________________________
_______
Fiziki şəxs
5.2. “Alıcı”
“_______” MMC/ASC/QSC
VÖEN:
_______
H/h:
_______
Bank:
_______
Bankın VÖEN-i:
_______
M/h:
_______
Kod:
_______
SWIFT:
_______
________________________________
Ad/Soyad: _______
Vəzifə: _______
ALQI-SATQI MÜQAVİLƏSİ № _______
Bakı şəhəri _______ -ci il
Bir tərəfdən Nizamnamə əsasında fəaliyyət göstərən,
_______ şəxsində təmsil olunan
“_______” MMC/ASC/QSC (bundan sonra “Alıcı”
adlanacaq) və digər tərəfdən Azərbaycan Respublikasının vətəndaşı, fiziki şəxs
_______ (VÖEN: ______, ŞV SERİYA № _______, FİN: _______)
(bundan sonra “Satıcı” adlanacaq), aşağıdakı şərtlər əsasında bu müqaviləni (bundan sonra “Müqavilə” adlanacaq) bağladılar. Alıcı və Satıcı
sonradan ayrılıqda “Tərəf”, birlikdə isə “Tərəflər” adlanacaqlar.
1.
MÜQAVİLƏNİN PREDMETİ
Bu Müqaviləyə əsasən, Satıcı razılaşdırılmış malları (bundan sonra “Mallar”) Alıcının mülkiyyətinə verməyi, Alıcı isə Malları qəbul edib əvəzində
müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) Satıcıya ödəməyi öz öhdəsinə götürür.
2.
MALLARIN ÇATDIRILMASI VƏ ÖDƏNIŞ ŞƏRTLƏRI
2.1. Bu Müqaviləyə əsasən Mallar və onların qiyməti Satıcı tərəfindən göndərilən elektron qaimələr əsasında təsdiq edilir.
2.2. Alıcının sifariş etdiyi Malların dəyəri Mallar Alıcı tərəfindən təhvil alındıqdan sonra ___ gün ərzində Satıcının bank hesabına köçürmə yolu
ilə ödənilir.
3.
TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
3.1.
Alıcının hüquqları:
3.1.1. Bu Müqavilədə müəyyən olunmuş müddətdə və qaydada Malların mülkiyyətinə verilməsini Satıcıdan tələb etmək;
3.1.2. Malların çeşidi bu Müqaviləyə və ya qarşılıqlı razılaşmaya uyğun gəlmədikdə həmin Malları Satıcıya ödəniş etmədən qaytarmaq və ya
Malların dəyərinin mütənasib surətdə azaldılmasını Satıcıdan tələb etmək.
3.2.
Alıcının vəzifələri:
3.2.1. Bu Müqavilənin şərtlərinə uyğun Malları elektron-qaimə əsasında Satıcıdan qəbul etmək;
3.2.2. Malların dəyərini Satıcıya Müqavilə şərtlərinə uyğun ödəmək.
3.3. Satıcının hüquqları:
3.3.1. Bu Müqavilə üzrə alınması nəzərdə tutulan Malların razılaşdırılmış qiymətinin Alıcı tərəfindən Müqavilə və onun ayrılmaz tərkib
hissələrində göstərilmiş vaxtda və məbləğdə ödənilməsini tələb etmək;
3.3.2. Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş digər hüquqlar.
3.4.
Satıcının vəzifələri:
3.4.1. Bu Müqaviləyə uyğun olaraq, Malları Alıcıya vaxtında təhvil vermək;
3.4.2. Alıcıya Malların keyfiyyəti barəsində müvafiq məcburi tələblərə uyğun gələn Mallar vermək.
4. XÜSUSI ŞƏRTLƏR
4.1. Satıcı Malların keyfiyyətinə təchizat tarixindən etibarən istehsalçının müəyyən etdiyi müddətə zəmanət verir.
4.2. Bu Müqavilə Azərbaycan Respublikasının qanunvericiliyinin tələbləri çərçivəsində tərtib və icra olunur. Tərəflər mübahisə doğuran bütün
məsələləri qarşılıqlı razılaşma və danışıqlar yolu ilə həll etməyə çalışacaqlar. Danışıqlar yolu ilə həllini tapmayan mübahisələr Azərbaycan
Respublikasının müvafiq məhkəmələri vasitəsilə həll ediləcəkdir.
4.3. Müqavilənin icrasına qarşısıalınmaz qüvvə təsir göstərərsə, Tərəflərin Müqavilə üzrə öhdəliklərinin icrası müddəti qarşısıalınmaz qüvvənin
davam etdiyi müddətə uyğun uzadılır.
4.4. Bu Müqaviləyə əlavə və dəyişikliklər Müqavilənin ayrılmaz hissəsi hesab edilməklə tərəflərin qarşılıqlı razılığı ilə yazılı şəkildə edilir.
4.5. Bu Müqavilə iki eyni qüvvəyə malik olan nüsxədə, Azərbaycan dilində tərtib olunmaqla üzərindəki ilk tarixdən hüquqi qüvvəyə minir və 1
(bir) il müddətinə qüvvədə qalır. Əgər Müqavilənin müddətinin bitməsinə 30 (otuz) gün qalmış heç bir Tərəf digər Tərəfə Müqaviləyə xitam
verilməsinə dair yazılı bildiriş verməzsə, Müqavilə eyni müddətə və eyni şərtlərlə uzadılmış hesab edilir.
4.6. Tərəflər bir birinə 30 (otuz) gün əvvəl yazılı şəkildə xəbərdarlıq etməklə Müqaviləyə vaxtından əvvəl xitam verə bilər.
4.7. Müqavilənin müddətinin bitməsi və ya Müqaviləyə xitam verilməsi Tərəfləri Müqavilə qüvvədə olan vaxt yaranmış öhdəliklərindən və
qarşılıqlı hesablaşmalardan azad etmir.
4.8. Müqavilə imzalandıqdan sonra Müqavilənin mövzusuna aid olan Tərəflər arasında əvvəl aparılan danışıqlar, tərtib olunmuş sənədlər,
yazışmalar və razılaşmalar öz qüvvəsini itirmiş hesab edilir.
5.
TƏRƏFLƏRİN ÜNVANLARI VƏ REKVİZİTLƏRİ: