OğLU/qizi (VÖEN:, Şv seriya №, FİN: )



Yüklə 238,28 Kb.
Pdf görüntüsü
tarix11.04.2022
ölçüsü238,28 Kb.
#55142
Alq--satq--mueqavil-si--fiziki---xs-il--



 

5.1. 

Satıcı: 

_______  OĞLU/QIZI  (VÖEN:  ______,  ŞV  SERİYA 

№ _______, FİN: _______) 

VÖEN: 


_______ 

H/h: 


_______ 

Bank: 


_______ 

Bankın VÖEN-i: 



_______ 

M/h: 


_______ 

Kod: 


_______ 

SWIFT: 


_______ 

 

_____________________________ 



_______ 

Fiziki şəxs 



5.2.  “Alıcı”  

“_______” MMC/ASC/QSC 

VÖEN: 


_______ 

H/h: 


_______ 

Bank: 


_______ 

Bankın VÖEN-i: 



_______ 

M/h: 


_______ 

Kod: 


_______ 

SWIFT: 


_______ 

 

________________________________ 



Ad/Soyad: _______ 

Vəzifə: _______ 

 

ALQI-SATQI MÜQAVİLƏSİ №  _______ 



 

Bakı şəhəri                                                                                                                                                                                       _______ -ci il                                                                                                                                 

Bir tərəfdən Nizamnamə  əsasında  fəaliyyət göstərən



_______  şəxsində  təmsil olunan “_______”  MMC/ASC/QSC  (bundan sonra “Alıcı” 

adlanacaq) və digər tərəfdən Azərbaycan Respublikasının vətəndaşı, fiziki şəxs 



_______ (VÖEN: ______, ŞV SERİYA № _______, FİN: _______) 

(bundan sonra “Satıcı”  adlanacaq),  aşağıdakı  şərtlər  əsasında  bu  müqaviləni  (bundan  sonra  “Müqavilə”  adlanacaq)  bağladılar.  Alıcı  və  Satıcı 

sonradan ayrılıqda “Tərəf”, birlikdə isə “Tərəflər” adlanacaqlar. 

 

1. 



MÜQAVİLƏNİN PREDMETİ 

Bu Müqaviləyə əsasən,  Satıcı razılaşdırılmış malları (bundan sonra “Mallar”) Alıcının mülkiyyətinə verməyi, Alıcı isə Malları qəbul edib əvəzində 

müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) Satıcıya ödəməyi öz öhdəsinə götürür. 

 

2. 



MALLARIN ÇATDIRILMASI VƏ ÖDƏNIŞ ŞƏRTLƏRI 

2.1.  Bu Müqaviləyə əsasən Mallar və onların qiyməti Satıcı tərəfindən göndərilən elektron qaimələr əsasında təsdiq edilir. 

2.2.  Alıcının sifariş etdiyi Malların dəyəri Mallar Alıcı tərəfindən təhvil alındıqdan sonra ___ gün ərzində Satıcının bank hesabına köçürmə yolu 

ilə ödənilir. 



3. 

TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 

3.1. 


 Alıcının hüquqları: 

3.1.1.  Bu Müqavilədə müəyyən olunmuş müddətdə və qaydada Malların mülkiyyətinə verilməsini Satıcıdan tələb etmək

3.1.2.  Malların çeşidi bu Müqaviləyə və ya qarşılıqlı razılaşmaya uyğun gəlmədikdə həmin Malları Satıcıya ödəniş etmədən qaytarmaq və ya 

Malların dəyərinin mütənasib surətdə azaldılmasını Satıcıdan tələb etmək. 

3.2. 

 Alıcının vəzifələri: 

3.2.1.  Bu Müqavilənin şərtlərinə uyğun Malları elektron-qaimə əsasında Satıcıdan qəbul etmək; 

3.2.2.  Malların dəyərini Satıcıya Müqavilə şərtlərinə uyğun ödəmək. 

3.3. Satıcının hüquqları:  

3.3.1. Bu  Müqavilə  üzrə  alınması  nəzərdə  tutulan  Malların  razılaşdırılmış  qiymətinin  Alıcı  tərəfindən  Müqavilə  və  onun  ayrılmaz  tərkib 

hissələrində göstərilmiş vaxtda və məbləğdə ödənilməsini tələb etmək; 

3.3.2. Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş digər hüquqlar. 

3.4.  

Satıcının vəzifələri: 

3.4.1.  Bu Müqaviləyə uyğun olaraq, Malları Alıcıya vaxtında təhvil vermək; 

3.4.2.  Alıcıya Malların keyfiyyəti barəsində müvafiq məcburi tələblərə uyğun gələn Mallar vermək. 

 

4.  XÜSUSI ŞƏRTLƏR 

4.1.  Satıcı Malların keyfiyyətinə təchizat tarixindən etibarən istehsalçının müəyyən etdiyi müddətə zəmanət verir.

 

4.2. Bu Müqavilə Azərbaycan Respublikasının qanunvericiliyinin tələbləri çərçivəsində tərtib və icra olunur. Tərəflər mübahisə doğuran bütün 

məsələləri  qarşılıqlı  razılaşma  və  danışıqlar  yolu  ilə  həll  etməyə  çalışacaqlar.  Danışıqlar  yolu  ilə  həllini  tapmayan  mübahisələr Azərbaycan 

Respublikasının müvafiq məhkəmələri vasitəsilə həll ediləcəkdir.



 

4.3. Müqavilənin icrasına qarşısıalınmaz qüvvə təsir göstərərsə, Tərəflərin Müqavilə üzrə öhdəliklərinin icrası müddəti qarşısıalınmaz  qüvvənin 

davam etdiyi müddətə uyğun uzadılır. 

4.4. Bu Müqaviləyə əlavə və dəyişikliklər Müqavilənin ayrılmaz hissəsi hesab edilməklə tərəflərin qarşılıqlı razılığı ilə yazılı şəkildə edilir.  

4.5. Bu Müqavilə iki eyni qüvvəyə malik olan nüsxədə, Azərbaycan dilində tərtib olunmaqla üzərindəki ilk tarixdən hüquqi qüvvəyə minir və 1 

(bir) il müddətinə qüvvədə qalır. Əgər Müqavilənin müddətinin bitməsinə 30 (otuz) gün qalmış heç bir Tərəf digər Tərəfə Müqaviləyə  xitam 

verilməsinə dair yazılı bildiriş verməzsə, Müqavilə eyni müddətə və eyni şərtlərlə uzadılmış hesab edilir. 

4.6. Tərəflər bir birinə 30 (otuz) gün əvvəl yazılı şəkildə xəbərdarlıq etməklə Müqaviləyə vaxtından əvvəl xitam verə bilər. 

4.7.  Müqavilənin  müddətinin bitməsi  və  ya  Müqaviləyə  xitam  verilməsi Tərəfləri  Müqavilə  qüvvədə  olan  vaxt  yaranmış  öhdəliklərindən  və 

qarşılıqlı hesablaşmalardan azad etmir. 

4.8.  Müqavilə  imzalandıqdan  sonra  Müqavilənin  mövzusuna  aid  olan  Tərəflər  arasında  əvvəl  aparılan  danışıqlar,  tərtib  olunmuş  sənədlər, 

yazışmalar və razılaşmalar öz qüvvəsini itirmiş hesab edilir. 



 

5. 


TƏRƏFLƏRİN ÜNVANLARI VƏ REKVİZİTLƏRİ: 

Yüklə 238,28 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin