6
“Azərbaycan Respublikasında 2011-ci ilin “Turizm ili”
elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq olunması
haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
“Azərbaycan Respublikasında 2011-ci ilin “Turizm ili” elan
edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-
ci il 15 fevral tarixli 1320 nömrəli Sərəncamına uyğun olaraq
qərara alıram:
1. “Azərbaycan Respublikasında 2011-ci ilin “Turizm ili” elan
edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).
2. Bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş Tədbirlər
Planının icrasının təşkilində əlaqələndirici orqan Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyi müəyyən
edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsini təmin
etsin;
3.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 iyul 2011-ci il
Dostları ilə paylaş: