Ölkəmizin turizm imkanları



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə9/32
tarix01.01.2022
ölçüsü0,94 Mb.
#50275
1   ...   5   6   7   8   9   10   11   12   ...   32
Naxçıvan xan Sarayı - Naxçıvan xan Sarayı XVIII əsrə aid 

tarixi-memarlıq  abidəsidir.  Naxçı-

van-Marağa 

memarlıq  məktəbi 

üslubunda  tikilmiş  abidə  XX  əsrin 

əvvəllərinə  qədər  Naxçıvan  xan-

larının  yaşayış  evi  olub.  Sarayı 

XVIII 


əsrin  sonunda  axırıncı 

Naxçıvan  xanı  Ehsan  xanın  atası 

Kəlbəli  xan  Kəngərli  tikdirmişdir. 

Xan Sarayı 1998-ci ilin aprelindən Naxçıvan Xalça Muzeyi kimi 

fəaliyyət göstərir.  

Şəki 

xan 

Sarayı 

Bakıdan  305  km  məsafədə 



yerləşən  Şəki  şəhəri  təbiəti, 

tarixi memarlıq abidələri, eləcə 

də ləziz mətbəxi ilə qonaqlarda 

unudulmaz təəssüratlar yaradır. 

XVIII əsrə aid Şəki xan Sarayı 

Məhəmmədhəsən 

xan 

tərəfindən 



inşa 

etdirilib. 

Binanın memarı Zeynal  Abdulladır. Sarayın  memarlıq ansamblı, 



14 

 

şəbəkələri göz oxşayır. Şəbəkələrin hər bir kvadrat metrində orta 



hesabla  5000,  mürəkkəb  yerlərdə  isə  14000  ağac  və  şüşə 

şəbəkələrdən  istifadə  edilib.  Şəkidə  hələ  də  nəsildən-nəslə 

ötürülərək  yaşadılan  şəbəkə  sənətinin  əsas  xüsusiyyəti  burada 

özünü  bütün  mükəmməlliyi  ilə  büruzə  verir.  Belə  ki,  binada 

mismar və yapışqandan istifadə edilməyib, ağac və şüşə parçaları 

bir-birinə  keçirilərək  bərkidilib.  Buradakı  ornamentlər,  müxtəlif 

naxışlar,  oymalar,  rənglərin  ahəngi  binanın  gözəlliyinə  xüsusi 

rəng  qatır.  Otaqların  divarları  ilə  yanaşı  tavanı  da  yaraşıqlı 

naxışlara qərq edilib. 


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin