Olqa( ? 969) Müqəddəs, əshabələrə



Yüklə 48,14 Kb.
Pdf görüntüsü
tarix18.04.2017
ölçüsü48,14 Kb.
#14374

   OLQA( ? - 969) 

     Müqəddəs, əshabələrə 

 bərabər kiyev knyaginyası. 

                                                                                      Svyatoslavın  uşaqlıq      

                                                                                      illərində hökmranlıq edib. 

 

“Bütün  rus  knyazlarının  ulu  nənəsi”,  müqəddəs  kiyev  knyaqinyası  –  Olqa 



(müxtəlif  dillərdə  Helqa,  Xalqa,  Alogiya),  xristianlıqda  Yelena.  Tarixə  o,  Kiyev 

rus dövlətinin tarix və mədəniyyətinin böyük qurucusu  kimi daxil olub.  

 

 

Knyaginyanın  mənşəyi  haqqında  müxtəlif  məlumatlar  var  və  bunların  hər 



biri  ya  yazılı  və  ya  kilsə  mənbələri  ilə  təsdiq  olunur.  Yazılı  mənbələrə  görə,  o   

Pskovdandır və o, həmin vaxt hökmranlıq etmiş Oleqin qohumudur. Tarixçi V.N. 

Tatişev  təsdiq  edir  ki,  o,  Ryurikin  vərəsəsi,  Novqorod  canişini  Qostomısılın 

nəvəsidir və evdə onu Gözəl deyib çağırırdılar. 

 

 

903-cü ildə, təxminən  10  yaşı  olanda, qızı  Kiyevə  -  Ryürikin 25  yaşlı  oğlu 



ilə  nişanlamağa  gətirirlər  və  sonradan  böyük  knyazlığı  qəbul  edir.  Qədim  rus 

ənənələrinə əsasən, rəsmi adı o, ata nəslindən mənsubiyyətinə görə alıb. Knyazın 

kiçikyaşlı  rəiyyətlə  evlənməsi  haqqında  gözəl  əfsanəyə  baxmayaraq,  Olqanın 

tanınmış  nəsildən  olması  haqqında  elmi  mülahizələr var.    Qədim  Rusuyada  nəsil 

mənsubluğu böyük əhəmiyyət daşıyırdı və knyazlardan heç kim  rəiyyət qızları ilə 

evlənmirdilər.  Oleq,  hələ  yetkin  olmayan  İqorun  gələcək  canişin  və  Rusiya 

üzərində  tamhüquqa  sahib  olması  ilə,  belə  bir  ağılsızlığına  yol  verə  bilməzdi. 

Qostomısılın nəslindən olan nişanlı qız isə tam uyğun şəkildə təmsil olunaraq iki 

nəslin  əlaqəsini  təmin  edirdi.  Rusiyaya  gəlmə  olan  Norman  kononqu  Oleqə, 

hakimiyyəti, yerli zadəganların dəstəyi ilə saxlamaq daha asan idi. Onun İqora da 

böyük təsiri var idi, hansı ki, hətta kifayət qədər ahıl vaxtlarında da “Oleqin yanına 

gəlir  və  onu  dinləyirdi.”  Bunu  xatırlamaq  kifayətdir  ki,  Oleqin  Çarqrada  ( 

mənbələrdə  Konstantinopol  adlanır)  əfsanəvi  yürüşü  və  yunanlarla  müqaviləsi  də 

elə Həmin Oleqin – “böyük rus knyazı”nın işi idi, 911-ci ilin yeni  müqaviləsi isə 

İqor  otuz  yaşını  haqladıqda  baş  tutmuşdu.  Tam  hüquqla  o,  Oleqin  ölümündən 

sonra,  yəni  912-ci  ildən  hökmranlıq  etməyə  başladı.  Lakin  gənc  knyazın 

ləyaqətindən  və  çatışmamazlıqlarından  danışmayacağıq,  onun  nigahının  böyük 

siyasət işi olması ilə razılışmalıyıq. 

 

İqorun  hökmranlıq  illəri  haqqında  az  məlumdur.O,  drevlyanları  zəbt  etdi,             



Qaradəniz  yaxınlığındakı    çöllərdə  peyda  olan  peçeneqlərə  göz  gəzdirdi  və 

xəzərlərin  təzyiqi  altında  Bizansla  uğursuz  döyüşlər  apara  bildi.  Knyaz  uzun  və 

uzaq  yürüşlər  etməli  olurdu,  ona  görə  də  daxili  işlərlə  daha  aktiv  şəkildə  Olqa 

məşğul olmağa başladı. 

 

945-ci  ilin  payızında  İqor,  əlavə  vergi  almaq  istədiyi  drevlyanların                 



əlində həlak olur. Knyaginya oğlu ilə tək qalır. 

 

Olqanın  drevlyan torpağı əhalisindən üç qat intiqam alması haqqında əfsanə 

geniş yayılıb. Baxmayaraq ki, konfliktin həllinin sülh variantı var idi və onlar öz 

knyazları  Malı  ona  ər  kimi  təklif  etmişdilər,  dul  qadın  onları  ağır  cəzalandırdı. 

Vikinqlərin ənənələri ilə tərbiyə olunmaqla o öz hökmranlığını bildirmək üçün çox 

asanlıqla yalana və qəddarlığa əl atır, qan tökməyə və ölümə soyuq yanaşırdı. İlk 

qisası,  drevlyanların  rəhbərlərinin  Kiyevə  gəldikləri  qayıqlarla  diri-diri 

basdırılması  idi.  İkincisi,  onun  əmri  ilə  səfirliyi  hamamda  yandırırlar.  Üçüncüsü, 

İqorun  şərəfinə  təşkil  olunmuş  matəm  mərasimində,  həlak  olduğu  İskorostena 

şəhərini məhv edirlər. Ən qəddarı sonuncu cəza idi: hiyləgər knyaginya vəd edir ki

bir qədər vergi aldıqdan sonra şəhərdən geri çəkiləcək, sonra, əmr edir ki, quşların 

ayağına  alovlandırılmış  talaşa  bağlayıb  buraxsınlar.  Göyərçinlər  evlərin  üstü  ilə 

uçub şəhəri yandırırlar. Bu “dərs”dən sonra nəinki drevlyanlar, xərac verənlərdən 

heç kim Olqaya qarşı üsyan etmədi. Bu əhvalatda iki dünyagörüşü, iki psixologiya 

qarşı-qarşıya  gəldi:  bir  tərəfdən,  slavyan  aşkarlığı  və  verilmiş  sözün 

pozulmayacağına  inam,  digər  tərəfdən,  varyaqların,  əsrlər  boyu  təcrübədə  əldə 

etdikləri,  məqsədə  çatmağa  mane  olan  mənəviyyat  anlayışlarına  etinasızlıq. 

Sonuncularda  qəddarlıq  və  yalan,  əgər  uğur  gətirərdisə,  qürur  vasitəsi  idi. 

Slavyanlarda isə şərəf və vicdan normaları toxunulmaz qanun idi. 

 

Bununla belə, Olqa yalnız möhkəm xarakterə deyil, həm də çevik ağla malik 



idi,  ona  görə  də,  düzgün  nəticələr  çıxarırdı.  O,  hər  torpaqdan  gələn  xəracın 

həcminin  qeyd  olunmasını  qanuniləşdirdi.  Sonra  isə,  öz  mülklərini  “dolaşdı”  ki, 

gəlir  yerlərinin  yerini  və  növünü,  onlardan  gələn  gəlirin  qədəriini  və  paylanma 

qaydalarını  şəxsən  özü  müəyyən  etsin.  Məlumdur  ki,  üçdə  iki  hissəni  o,  şəhər 

veçesinin  ixtiyarına  verirdi,  qalanını  isə  özü  götürürdü  və  əsasən,  quruculuq  və 

xeyriyyəçilik işlərinə sərf edirdi. Bu, həqiqi gəlirin dövlət tənziminin ilk cəhdi idi. 

Olqa  ticarət  və  mədəniyyətin  mərkəzi,  knyaz  hakimiyyətinin  dayağı,  yadelli 

tacirlərin  maraqlarının  cəmləşdiyi  yer  olan  karvansara  sistemini  təşkil  etdi. 

Tədricən  onlar  istehkamlarla  möhkəmləndirildi,  şəhərlərə  çevrildi,  xristianlığın 

yayılması ilə burada mədəni inkişafın əsas göstəricisi olan məbədlər tikildi. 

 

Knyaginya  Olqanın  zamanında  Kiyevdə  daş  tikintiyə  başlandı.  Yüksək 



Kiyev təpəsində ( bu yeri yüksək şəhər adlandırırdılar) daş köşkün yanında freska, 

mərmər  və  çəhrayı  şiferlə  zəngin  bəzədilmiş,  xarici  səfir  və  qonaqların  təntənəli 

qəbulu  üçün  nəzərdə  tutulan  kürsülü  zalı  olan  saray  ucaldı.  İnzibati-ticarət 

mərkəzinin  üzərində  dairəvi  qala  yüksəldi.  Artıq  bizim  dövrümüzdə  arxeoloqlar 

burada qədim binaların fundamentlərini aşkara çıxarıblar. 

 

Yerli  hakimlərin  hakimiyyətini  zəiflədərək  knyaginya,  hər  vasitə  ilə, 



mərkəzləşdirilmiş  hakimiyyət  formasını  möhkəmləndirməyə  çalışırdı.  Lakin  o, 

dövlətin  siyasi,  iqtisadi  və  hərbi  qüdrətinin  möhkəmləndirilməsindən  heç  də  az 

vacib olmayan, xalqın mənəvi dirçəlişini vacib hesab edirdi. O anladı ki, Bizans və 

sakson  Almaniyası  kimi  hakim  imperiyalarla  eyni  səviyyədə  əlaqə  saxlamaq  və 

gələcək yüksəlişə gedən yol xristianlığın qəbulundan keçir. Lakin bu iş heç də asan 

deyildi. 



 

Rusiyada bütpərəstliklə xristianlığın mübarizəsi, knyaz Bravlinin 795-ci ildə 

Suroja yürüşü və xaçlanmasından, artıq  200 il idi ki, davam edirdi. Və bu yalnız 

xalq mühitində deyil, hakimiyyətə də fərqli təsir göstərdi: Askold xristian idi, Oleq 

Veşiy  –  döyüşən  bütpərəst  idi,  İqorun  ardınca  Olqa  xristianlıq  inancını  qorudu, 

kilsə tərəfdarlarını diqqətlə izləyərək onların məqsədlərinin tərəqqipərvər olmasını 

anladı və onlarla eyni yolu getməyə qərar verdi. 

 

Elə  bu  məqsədlə  də  o,  donanmanı  və  200  nəfərdən  ibarət  nümayəndə 



heyətini  (xidmətçilərlə  1000  nəfərdən  çox)  səfərbər  edərək  Bizansın  paytaxtı 

Konstantinopol  şəhərinə  imperator  VII  Konstantinin  hüzuruna  getdi.  Konstantin 

Askoldun romlar  üçün dağıdıcı yürüşlərini, onun ardınca 907-ci ildə öz qılıncını 

“Çarqradın darvazasına” sancmış Oleqi xatırlayaraq açıq-aydın ona nifrət edirdi və 

rusdan çəkinirdi. Lakin rus donanmasının Bosforda peyda olması öz işini gördü. 

 

Səfərin  dəqiq  tarixi  məlum  deyil,  alimlər  bunun  946-957-ci  illər  arasında 



olduğunu  deyirlər.  Bizə  qədər  yalnız  zəngin  şifahi  dəlillər  və  tarixlər,  həm  də 

imperatorun özünün – o özü tarixçi və yazıçı olub –  orijinal qeydləri gəlib çatıb. 

“Bizans  sarayının  mərasimləri”  əsərində  o,  Elqinin  –  imperator  sarayında 

Rusiyanın hökmdarının rəsmi qəbulunu təsvir edib. Amma görüşdən hər iki tərəf 

narazı  qalıb.  Limanda  darıxdırıcı  qarşılanma  -  bizans  qiyafələrini  geyinmək, 

yenidən  gözləmək,  təzim  və  səcdə  ayinləri  -  mərasimini    bir  neçə  ay  gözləmək 

Olqanı  qəzəbləndirdi,  bu  özünə  qarşı  aydın  bir  etinasızlıq  idi.  Alçaldıcı 

mərasimlərdən  imtina  edən  Olqa  Konstantini  yüngül  təzim  ilə  salamladı.  Ona 

lazımi  ehtiram  göstərildi,  onunla  iqtisadi  müqavilələr  də  imzalandı,  lakin 

knyaqinya  əsas  məsələni  həll  edə  bilmədi.  O,  Kiyevdə,  Askoldun  zamanında 

olduğu kimi, kilsənin açılması haqqında danışıqları və imperator qızını öz oğlu ilə 

nişanlamağı  da  planlaşdırmışdı.  Konstantin  imperiyanın  Rusiya  üzərində 

üstünlüyünü qeyd etməklə bunu hörmətsizlik hesab etdi.  

 

Belə  əfsanə  var  ki,  guya  Konstantin  Olqaya  evlənmək  təklif  edib,  lakin 



razılıq almayıb. Əslində isə, Konstantin evli idi, Olqa isə, gözəlliyi ilə məşhur olsa 

da, artıq 60-a çatmışdı. Səfərin ilk məramı daha məqsədəuyğun hesab edilir. Onun 

xətrinə  Rus  Elqa  patriarxla  görüşmüş  və  xristianlığı  qəbul  etmişdi,  xaç  atası  isə 

Konstantinin  özü  oldu.  Lakin  xaçlanma  mərasiminin  özü  mübahisəli  qalır. 

Birincisi, imperator özü bu haqda heç bir yerdə qeyd etmir. İkincisi, məlumdur ki, 

bu  səfərdə  knyaginyanı  ruhani  müşayiət  edirdi  ki,  bu  da  Olqanın  artıq  xristian 

olmasını göstərir. Amma mümkündür ki, səfərə xüsusi əhəmiyyət vermək üçün o, 

ikinci  dəfə  Konstantinopolun  özündə  bu  ayini  icra  etməklə  bunu  göstərməyə 

çalışıb:  o  və  onun  ölkəsi  bizans  mədəniyyətinin  nailiyyətlərinin  qəbul  etməyə 

hazırdır.  O,  həmişə  qürurla  və  ləyaqətlə  dayanırdı.  “Çarqradın  knyaginya  Olqa 

tərəfindən  alınması”  adlı  bılin  əsərində  onun  təkəbbürlü  Konstantin  üzərində 

qansız qələbəsi əks olunub. (O, alçaldıcı anların hesabını o zaman aldı ki, ondan 

ordu istəyərkən səfirlərə belə cavab verdi: özü müqəssirdi, qoy gəlsin və gözləsin, 

necə  ki  mən  onun  limanında    gözləyirdim,  onda  verəcəm.)  Evə  qayıdarkən  Olqa 

(dində  Yelena  adlandırılan)  patriarx  Feofilaktın  xeyir-duasını  aldı:  “  Sən  xeyir  – 

dua almışlardansan, işığı sev, qaranlığı tərk et”... 



 

Hər  necə  olsa  da,  xristianlığı  qəbul  etmək  rus  hökmdarının  ağlından  və 

uzaqgörənliyindən xəbər verir, onun Rusiyanın müstəqilliyinin möhkəmlənməsinə 

xidmət edən xarici siyasətini müəyyən edirdi. Bu yolu 200 il ərzində onun varisləri 

də  davam  etdirdilər.  Çox  vacibdir  ki,  xristianlığın  qəbul  edilməsində  Olqa  zorakı 

metodlara əl atmırdı. O anlayırdı ki, bütpərəstliyin dərin kökləri olduğu bir ölkədə 

qanun  yolu  ilə  yeni  rəsmi  inanc  yaratmaq  mümükün  deyil.  Hətta  öz  oğlu 

Svyatoslavı  da  o,  öz  inancına  inandıra  bilməmişdi,  o,  ömrünün  sonuna  kimi 

bütpərəst olaraq qalmışdı. Knyaginya onunla təsəlli tapırdı ki, yalnız onun təbəələri 

kilsədə  ibadət  edirlər  (  Dnepr  sahilində  İlya  peyğəmbərin  ümumi  məbədi 

görünürdü),  digərləri  isə  yürüşdən  əvvəl  Perun  ibadətgahında  öz  yaraqlarına  and 

içirdilər. Olqanın nəvəsi  Vladimirin  bütxanaları  məhv  edib  bunları  bitirməsinə  və 

kiyevliləri  Dneprdə  xaçlandırmasına  qədər  uzun  illər  keçdi.  Bundan  başqa, 

Bizansın zəifləməsindən istifadə edərək o, silah gücünə, imperator sarayını çariçanı 

qurban  qismində  ona  verməyə  məcbur  etdi  və  onunla  evləndi.  Bununla  da 

nənəsinin  qohum  olmaq,  yəni  əzəmətdə  qüdrətli  dövlətə  çatmaq  arzusunu  yerinə 

yetirdi.  Olqa  tərəfindən  başlanılmış  və  Vladimirlə  tamamlanmış  dövlətin 

xristianlaşdırılması  və  Bizansla  ittifaq,  akademik  D.S.  Lixaçevin  fikrinə  görə, 

“Rusiyanı tam hüquqi əasalarla Avropa xalqları ailəsinə daxil etdi.” 

 

Tarixçi  S.M.Solovyev  isə  qeyd  edir  ki,  Rusiyada  xristianlığın  qəbulundan 



sonra həm də qadına yeni münasibət yarandı. Knyaginya Olqanın sayəsində onlar 

maariflənmək  prosesinə  qoşularaq,  “nəzəriyyədə  ”  heç  də  kişilərdən  geri  qalmır, 

həm  də  “qadın  təbiiliyində  kişi  iradəsi”  daşıyırdılar,  bir  sözlə,  dövlət  işləri  ilə  - 

təhsil, mədəniyyət, quruculuq, səhiyyə məsələləri ilə məşğul olur, döyüşür, səfirləri 

qəbul edirdilər. Belə xarakterin nümunəsi knyaginyanın özü idi. Fədakar, səbrli və 

cəsarətli  olmaqla  o,  çətin  anlarda  əyilmir,  əksinə,  bir  çoxları  üçün  mənəvi  dayaq 

olurdu. Faktiki olaraq, o, ömrünün sonuna qədər Rusiyanı idarə etdi, ona görə ki, 

Svyatoslav  çox  az  hallarda  paytaxtda  olurdu,  demək  olar  ki,  vaxtını  yürüşlərdə 

keçirirdi.  968-ci  ildə  knyaz  Balkanlarda  döyüşərkən  o,  hətta  Kiyevin  peçeneqlər 

tərəfindən mühasirəsinə dətab gətirmişdi. 

 

Rəvayətlər Olqanı hiyləgər, kilsə isə müqəddəs kimi təqdim edir. Salnaməçi 



Nestor  onu  rus  torpağı  üzərində  günəşin  çıxmasını  qabaqlayan  ulduz 

adlandırmışdır.  Knyaginyanın  xatırlanması  tədricən  pərəstişə  və  onun 

ilahiləşdirilməsinə,  sonradan  isə    müqəddəslərin  sırasına  daxil  olmasına  gətirib 

çıxartdı.  Qanuniləşmə  vaxtını  biz  bilmirik,  yalnız  o  məlumdur  ki,  bu 

monqollaraqədərki  dövrdədir,  belə  ki,  onun  xatirə  gününə  (  11  iyul)  yazılı 

mənbələrdə  XIII  əsrdən  rast  gəlinir.  Knyaginyanın  ilk  təsvirləri  xronika  və 

əlyazmalarda,  sonra  isə  ikonalarda,  Bizansın  və  Rusiyanın  kilsə  freskalarında  və 

divar  naxışlarında  peyda  oldu.  Belə  fərziyyələr  var  ki,  Yaroslav  Mudrının 

dövründə  inşa  olunmuş  Kiyevdəki  Sofiya  kilsəsinin  freskalarının  qalıqları  məhz 

Olqanın  başçılıq  etdiyi  nümayəndə  heyətinin  Konstantinopoldakı  qəbulundan 

fraqmentləri əks etdirir. 

 

Knyaginya Olqanın hakimiyyəti Kiyev Rus dövlətinin tarixində dönüş oldu. 



Ölkə nizamlı hakimiyyət əldə etdi, xristian dünyasının siyasi sisteminə daxil oldu. 

Onun  müdrikliyi  sayəsində  Pusiya  nə  Bizansdan,  nə  də  Almaniyadan  asılı 

vəziyyətə  düşmədi.  Kökləri  əsrlərin  dərinliyinə  gedib  çatan  bizans-yunan  və  rus 

əlaqələri  yeni  inkişaf  əldə  etdi.  Konstantinopoldan  Dneprə,  Kiyevdən  şimala  – 

Novqoroda  və  Baltik  (Varyaj)  dənizinə  qədər  olan  rus  torpaqlarından  “varyaqdan 

yunana  qədər”  məşhur  yol  keçirdi.  N.M.  Karamzin  yazırdı  ki,  Olqa  “dövlətin 

sükanını ələ keçirdi və müdrik idarəçiliklə sübut etdi ki, zəif qadın, bəzən, böyük 

ərlərə bərabər ola bilər”. 

 

 



 

 

 



Yüklə 48,14 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin