OLQA( ? - 969)
Müqəddəs, əshabələrə
bərabər kiyev knyaginyası.
Svyatoslavın uşaqlıq
illərində hökmranlıq edib.
“Bütün rus knyazlarının ulu nənəsi”, müqəddəs kiyev knyaqinyası – Olqa
(müxtəlif dillərdə Helqa, Xalqa, Alogiya), xristianlıqda Yelena. Tarixə o, Kiyev
rus dövlətinin tarix və mədəniyyətinin böyük qurucusu kimi daxil olub.
Knyaginyanın mənşəyi haqqında müxtəlif məlumatlar var və bunların hər
biri ya yazılı və ya kilsə mənbələri ilə təsdiq olunur. Yazılı mənbələrə görə, o
Pskovdandır və o, həmin vaxt hökmranlıq etmiş Oleqin qohumudur. Tarixçi V.N.
Tatişev təsdiq edir ki, o, Ryurikin vərəsəsi, Novqorod canişini Qostomısılın
nəvəsidir və evdə onu Gözəl deyib çağırırdılar.
903-cü ildə, təxminən 10 yaşı olanda, qızı Kiyevə - Ryürikin 25 yaşlı oğlu
ilə nişanlamağa gətirirlər və sonradan böyük knyazlığı qəbul edir. Qədim rus
ənənələrinə əsasən, rəsmi adı o, ata nəslindən mənsubiyyətinə görə alıb. Knyazın
kiçikyaşlı rəiyyətlə evlənməsi haqqında gözəl əfsanəyə baxmayaraq, Olqanın
tanınmış nəsildən olması haqqında elmi mülahizələr var. Qədim Rusuyada nəsil
mənsubluğu böyük əhəmiyyət daşıyırdı və knyazlardan heç kim rəiyyət qızları ilə
evlənmirdilər. Oleq, hələ yetkin olmayan İqorun gələcək canişin və Rusiya
üzərində tamhüquqa sahib olması ilə, belə bir ağılsızlığına yol verə bilməzdi.
Qostomısılın nəslindən olan nişanlı qız isə tam uyğun şəkildə təmsil olunaraq iki
nəslin əlaqəsini təmin edirdi. Rusiyaya gəlmə olan Norman kononqu Oleqə,
hakimiyyəti, yerli zadəganların dəstəyi ilə saxlamaq daha asan idi. Onun İqora da
böyük təsiri var idi, hansı ki, hətta kifayət qədər ahıl vaxtlarında da “Oleqin yanına
gəlir və onu dinləyirdi.” Bunu xatırlamaq kifayətdir ki, Oleqin Çarqrada (
mənbələrdə Konstantinopol adlanır) əfsanəvi yürüşü və yunanlarla müqaviləsi də
elə Həmin Oleqin – “böyük rus knyazı”nın işi idi, 911-ci ilin yeni müqaviləsi isə
İqor otuz yaşını haqladıqda baş tutmuşdu. Tam hüquqla o, Oleqin ölümündən
sonra, yəni 912-ci ildən hökmranlıq etməyə başladı. Lakin gənc knyazın
ləyaqətindən və çatışmamazlıqlarından danışmayacağıq, onun nigahının böyük
siyasət işi olması ilə razılışmalıyıq.
İqorun hökmranlıq illəri haqqında az məlumdur.O, drevlyanları zəbt etdi,
Qaradəniz yaxınlığındakı çöllərdə peyda olan peçeneqlərə göz gəzdirdi və
xəzərlərin təzyiqi altında Bizansla uğursuz döyüşlər apara bildi. Knyaz uzun və
uzaq yürüşlər etməli olurdu, ona görə də daxili işlərlə daha aktiv şəkildə Olqa
məşğul olmağa başladı.
945-ci ilin payızında İqor, əlavə vergi almaq istədiyi drevlyanların
əlində həlak olur. Knyaginya oğlu ilə tək qalır.
Olqanın drevlyan torpağı əhalisindən üç qat intiqam alması haqqında əfsanə
geniş yayılıb. Baxmayaraq ki, konfliktin həllinin sülh variantı var idi və onlar öz
knyazları Malı ona ər kimi təklif etmişdilər, dul qadın onları ağır cəzalandırdı.
Vikinqlərin ənənələri ilə tərbiyə olunmaqla o öz hökmranlığını bildirmək üçün çox
asanlıqla yalana və qəddarlığa əl atır, qan tökməyə və ölümə soyuq yanaşırdı. İlk
qisası, drevlyanların rəhbərlərinin Kiyevə gəldikləri qayıqlarla diri-diri
basdırılması idi. İkincisi, onun əmri ilə səfirliyi hamamda yandırırlar. Üçüncüsü,
İqorun şərəfinə təşkil olunmuş matəm mərasimində, həlak olduğu İskorostena
şəhərini məhv edirlər. Ən qəddarı sonuncu cəza idi: hiyləgər knyaginya vəd edir ki,
bir qədər vergi aldıqdan sonra şəhərdən geri çəkiləcək, sonra, əmr edir ki, quşların
ayağına alovlandırılmış talaşa bağlayıb buraxsınlar. Göyərçinlər evlərin üstü ilə
uçub şəhəri yandırırlar. Bu “dərs”dən sonra nəinki drevlyanlar, xərac verənlərdən
heç kim Olqaya qarşı üsyan etmədi. Bu əhvalatda iki dünyagörüşü, iki psixologiya
qarşı-qarşıya gəldi: bir tərəfdən, slavyan aşkarlığı və verilmiş sözün
pozulmayacağına inam, digər tərəfdən, varyaqların, əsrlər boyu təcrübədə əldə
etdikləri, məqsədə çatmağa mane olan mənəviyyat anlayışlarına etinasızlıq.
Sonuncularda qəddarlıq və yalan, əgər uğur gətirərdisə, qürur vasitəsi idi.
Slavyanlarda isə şərəf və vicdan normaları toxunulmaz qanun idi.
Bununla belə, Olqa yalnız möhkəm xarakterə deyil, həm də çevik ağla malik
idi, ona görə də, düzgün nəticələr çıxarırdı. O, hər torpaqdan gələn xəracın
həcminin qeyd olunmasını qanuniləşdirdi. Sonra isə, öz mülklərini “dolaşdı” ki,
gəlir yerlərinin yerini və növünü, onlardan gələn gəlirin qədəriini və paylanma
qaydalarını şəxsən özü müəyyən etsin. Məlumdur ki, üçdə iki hissəni o, şəhər
veçesinin ixtiyarına verirdi, qalanını isə özü götürürdü və əsasən, quruculuq və
xeyriyyəçilik işlərinə sərf edirdi. Bu, həqiqi gəlirin dövlət tənziminin ilk cəhdi idi.
Olqa ticarət və mədəniyyətin mərkəzi, knyaz hakimiyyətinin dayağı, yadelli
tacirlərin maraqlarının cəmləşdiyi yer olan karvansara sistemini təşkil etdi.
Tədricən onlar istehkamlarla möhkəmləndirildi, şəhərlərə çevrildi, xristianlığın
yayılması ilə burada mədəni inkişafın əsas göstəricisi olan məbədlər tikildi.
Knyaginya Olqanın zamanında Kiyevdə daş tikintiyə başlandı. Yüksək
Kiyev təpəsində ( bu yeri yüksək şəhər adlandırırdılar) daş köşkün yanında freska,
mərmər və çəhrayı şiferlə zəngin bəzədilmiş, xarici səfir və qonaqların təntənəli
qəbulu üçün nəzərdə tutulan kürsülü zalı olan saray ucaldı. İnzibati-ticarət
mərkəzinin üzərində dairəvi qala yüksəldi. Artıq bizim dövrümüzdə arxeoloqlar
burada qədim binaların fundamentlərini aşkara çıxarıblar.
Yerli hakimlərin hakimiyyətini zəiflədərək knyaginya, hər vasitə ilə,
mərkəzləşdirilmiş hakimiyyət formasını möhkəmləndirməyə çalışırdı. Lakin o,
dövlətin siyasi, iqtisadi və hərbi qüdrətinin möhkəmləndirilməsindən heç də az
vacib olmayan, xalqın mənəvi dirçəlişini vacib hesab edirdi. O anladı ki, Bizans və
sakson Almaniyası kimi hakim imperiyalarla eyni səviyyədə əlaqə saxlamaq və
gələcək yüksəlişə gedən yol xristianlığın qəbulundan keçir. Lakin bu iş heç də asan
deyildi.
Rusiyada bütpərəstliklə xristianlığın mübarizəsi, knyaz Bravlinin 795-ci ildə
Suroja yürüşü və xaçlanmasından, artıq 200 il idi ki, davam edirdi. Və bu yalnız
xalq mühitində deyil, hakimiyyətə də fərqli təsir göstərdi: Askold xristian idi, Oleq
Veşiy – döyüşən bütpərəst idi, İqorun ardınca Olqa xristianlıq inancını qorudu,
kilsə tərəfdarlarını diqqətlə izləyərək onların məqsədlərinin tərəqqipərvər olmasını
anladı və onlarla eyni yolu getməyə qərar verdi.
Elə bu məqsədlə də o, donanmanı və 200 nəfərdən ibarət nümayəndə
heyətini (xidmətçilərlə 1000 nəfərdən çox) səfərbər edərək Bizansın paytaxtı
Konstantinopol şəhərinə imperator VII Konstantinin hüzuruna getdi. Konstantin
Askoldun romlar üçün dağıdıcı yürüşlərini, onun ardınca 907-ci ildə öz qılıncını
“Çarqradın darvazasına” sancmış Oleqi xatırlayaraq açıq-aydın ona nifrət edirdi və
rusdan çəkinirdi. Lakin rus donanmasının Bosforda peyda olması öz işini gördü.
Səfərin dəqiq tarixi məlum deyil, alimlər bunun 946-957-ci illər arasında
olduğunu deyirlər. Bizə qədər yalnız zəngin şifahi dəlillər və tarixlər, həm də
imperatorun özünün – o özü tarixçi və yazıçı olub – orijinal qeydləri gəlib çatıb.
“Bizans sarayının mərasimləri” əsərində o, Elqinin – imperator sarayında
Rusiyanın hökmdarının rəsmi qəbulunu təsvir edib. Amma görüşdən hər iki tərəf
narazı qalıb. Limanda darıxdırıcı qarşılanma - bizans qiyafələrini geyinmək,
yenidən gözləmək, təzim və səcdə ayinləri - mərasimini bir neçə ay gözləmək
Olqanı qəzəbləndirdi, bu özünə qarşı aydın bir etinasızlıq idi. Alçaldıcı
mərasimlərdən imtina edən Olqa Konstantini yüngül təzim ilə salamladı. Ona
lazımi ehtiram göstərildi, onunla iqtisadi müqavilələr də imzalandı, lakin
knyaqinya əsas məsələni həll edə bilmədi. O, Kiyevdə, Askoldun zamanında
olduğu kimi, kilsənin açılması haqqında danışıqları və imperator qızını öz oğlu ilə
nişanlamağı da planlaşdırmışdı. Konstantin imperiyanın Rusiya üzərində
üstünlüyünü qeyd etməklə bunu hörmətsizlik hesab etdi.
Belə əfsanə var ki, guya Konstantin Olqaya evlənmək təklif edib, lakin
razılıq almayıb. Əslində isə, Konstantin evli idi, Olqa isə, gözəlliyi ilə məşhur olsa
da, artıq 60-a çatmışdı. Səfərin ilk məramı daha məqsədəuyğun hesab edilir. Onun
xətrinə Rus Elqa patriarxla görüşmüş və xristianlığı qəbul etmişdi, xaç atası isə
Konstantinin özü oldu. Lakin xaçlanma mərasiminin özü mübahisəli qalır.
Birincisi, imperator özü bu haqda heç bir yerdə qeyd etmir. İkincisi, məlumdur ki,
bu səfərdə knyaginyanı ruhani müşayiət edirdi ki, bu da Olqanın artıq xristian
olmasını göstərir. Amma mümkündür ki, səfərə xüsusi əhəmiyyət vermək üçün o,
ikinci dəfə Konstantinopolun özündə bu ayini icra etməklə bunu göstərməyə
çalışıb: o və onun ölkəsi bizans mədəniyyətinin nailiyyətlərinin qəbul etməyə
hazırdır. O, həmişə qürurla və ləyaqətlə dayanırdı. “Çarqradın knyaginya Olqa
tərəfindən alınması” adlı bılin əsərində onun təkəbbürlü Konstantin üzərində
qansız qələbəsi əks olunub. (O, alçaldıcı anların hesabını o zaman aldı ki, ondan
ordu istəyərkən səfirlərə belə cavab verdi: özü müqəssirdi, qoy gəlsin və gözləsin,
necə ki mən onun limanında gözləyirdim, onda verəcəm.) Evə qayıdarkən Olqa
(dində Yelena adlandırılan) patriarx Feofilaktın xeyir-duasını aldı: “ Sən xeyir –
dua almışlardansan, işığı sev, qaranlığı tərk et”...
Hər necə olsa da, xristianlığı qəbul etmək rus hökmdarının ağlından və
uzaqgörənliyindən xəbər verir, onun Rusiyanın müstəqilliyinin möhkəmlənməsinə
xidmət edən xarici siyasətini müəyyən edirdi. Bu yolu 200 il ərzində onun varisləri
də davam etdirdilər. Çox vacibdir ki, xristianlığın qəbul edilməsində Olqa zorakı
metodlara əl atmırdı. O anlayırdı ki, bütpərəstliyin dərin kökləri olduğu bir ölkədə
qanun yolu ilə yeni rəsmi inanc yaratmaq mümükün deyil. Hətta öz oğlu
Svyatoslavı da o, öz inancına inandıra bilməmişdi, o, ömrünün sonuna kimi
bütpərəst olaraq qalmışdı. Knyaginya onunla təsəlli tapırdı ki, yalnız onun təbəələri
kilsədə ibadət edirlər ( Dnepr sahilində İlya peyğəmbərin ümumi məbədi
görünürdü), digərləri isə yürüşdən əvvəl Perun ibadətgahında öz yaraqlarına and
içirdilər. Olqanın nəvəsi Vladimirin bütxanaları məhv edib bunları bitirməsinə və
kiyevliləri Dneprdə xaçlandırmasına qədər uzun illər keçdi. Bundan başqa,
Bizansın zəifləməsindən istifadə edərək o, silah gücünə, imperator sarayını çariçanı
qurban qismində ona verməyə məcbur etdi və onunla evləndi. Bununla da
nənəsinin qohum olmaq, yəni əzəmətdə qüdrətli dövlətə çatmaq arzusunu yerinə
yetirdi. Olqa tərəfindən başlanılmış və Vladimirlə tamamlanmış dövlətin
xristianlaşdırılması və Bizansla ittifaq, akademik D.S. Lixaçevin fikrinə görə,
“Rusiyanı tam hüquqi əasalarla Avropa xalqları ailəsinə daxil etdi.”
Tarixçi S.M.Solovyev isə qeyd edir ki, Rusiyada xristianlığın qəbulundan
sonra həm də qadına yeni münasibət yarandı. Knyaginya Olqanın sayəsində onlar
maariflənmək prosesinə qoşularaq, “nəzəriyyədə ” heç də kişilərdən geri qalmır,
həm də “qadın təbiiliyində kişi iradəsi” daşıyırdılar, bir sözlə, dövlət işləri ilə -
təhsil, mədəniyyət, quruculuq, səhiyyə məsələləri ilə məşğul olur, döyüşür, səfirləri
qəbul edirdilər. Belə xarakterin nümunəsi knyaginyanın özü idi. Fədakar, səbrli və
cəsarətli olmaqla o, çətin anlarda əyilmir, əksinə, bir çoxları üçün mənəvi dayaq
olurdu. Faktiki olaraq, o, ömrünün sonuna qədər Rusiyanı idarə etdi, ona görə ki,
Svyatoslav çox az hallarda paytaxtda olurdu, demək olar ki, vaxtını yürüşlərdə
keçirirdi. 968-ci ildə knyaz Balkanlarda döyüşərkən o, hətta Kiyevin peçeneqlər
tərəfindən mühasirəsinə dətab gətirmişdi.
Rəvayətlər Olqanı hiyləgər, kilsə isə müqəddəs kimi təqdim edir. Salnaməçi
Nestor onu rus torpağı üzərində günəşin çıxmasını qabaqlayan ulduz
adlandırmışdır. Knyaginyanın xatırlanması tədricən pərəstişə və onun
ilahiləşdirilməsinə, sonradan isə müqəddəslərin sırasına daxil olmasına gətirib
çıxartdı. Qanuniləşmə vaxtını biz bilmirik, yalnız o məlumdur ki, bu
monqollaraqədərki dövrdədir, belə ki, onun xatirə gününə ( 11 iyul) yazılı
mənbələrdə XIII əsrdən rast gəlinir. Knyaginyanın ilk təsvirləri xronika və
əlyazmalarda, sonra isə ikonalarda, Bizansın və Rusiyanın kilsə freskalarında və
divar naxışlarında peyda oldu. Belə fərziyyələr var ki, Yaroslav Mudrının
dövründə inşa olunmuş Kiyevdəki Sofiya kilsəsinin freskalarının qalıqları məhz
Olqanın başçılıq etdiyi nümayəndə heyətinin Konstantinopoldakı qəbulundan
fraqmentləri əks etdirir.
Knyaginya Olqanın hakimiyyəti Kiyev Rus dövlətinin tarixində dönüş oldu.
Ölkə nizamlı hakimiyyət əldə etdi, xristian dünyasının siyasi sisteminə daxil oldu.
Onun müdrikliyi sayəsində Pusiya nə Bizansdan, nə də Almaniyadan asılı
vəziyyətə düşmədi. Kökləri əsrlərin dərinliyinə gedib çatan bizans-yunan və rus
əlaqələri yeni inkişaf əldə etdi. Konstantinopoldan Dneprə, Kiyevdən şimala –
Novqoroda və Baltik (Varyaj) dənizinə qədər olan rus torpaqlarından “varyaqdan
yunana qədər” məşhur yol keçirdi. N.M. Karamzin yazırdı ki, Olqa “dövlətin
sükanını ələ keçirdi və müdrik idarəçiliklə sübut etdi ki, zəif qadın, bəzən, böyük
ərlərə bərabər ola bilər”.
Dostları ilə paylaş: |