487) Əhalinin ümumi ölüm göstəricisi hansı düsturla hesablanır?
A) (1 il ərzində ölənlərin sayı x 1000) / (əhalinin orta illik sayı)
B) (1 il ərzində ölənlərin sayı x 1000) / ( əhalinin sayı)
C) (1 il ərzində ölənlərin sayı x 1000) / həyatın orta müddəti
D) (1 il ərzində ölənlərin sayı x 1000) / 1000 nəfərə görə doğulanların sayı
E) (1 il ərzində ölənlərin sayı x 1000) / ölü doğulmuş uşaqların sayı
Ədəbiyyat: Tibbi statistika kursu. M.S.Cabbarov. Bakı, 2000
488) Variasiya sırasının tərifi hansıdır?
A) Keyfiyyət cəhətdən yekcins statistik cəmdir, onun ayrı-ayrı vahidləri öyrənilən əlamətin və ya hadisənin kəmiyyət fərqlərini xarakterizə edir
B) Keyfiyyətcə müxtəlif tərkibli cəmi xarakterizə edən rəqəmlər sırasıdır
C) Müxtəlif əlamətlərin kəmiyyət ifadəsidir
D) Kişi və qadınların say sırasıdır
E) Əhalinin rayonlar üzrə sayıdır
Ədəbiyyat: Tibbi statistika kursu. M.S.Cabbarov. Bakı, 2000
Dostları ilə paylaş: |