Üsulun realizəsi. Uzun müddət işlənilmədə olan çoxlaylı yataqların kəsilişində ayrılmış istismar obyektlərinin oxşarlıq dərəcəsinin təyin edilməsi məsələsinə baxaq. Bundan ötrü A mədənin kəsilişindəki istismar obyektlərinin məlumatları cədvəl III.1-də verilmişdir.
Göründüyü kimi burada neft-qazlılıq doqquz istismar obyektində cəmləşmişdir (A1-A9). Bu obyektlər üzrə hər iki dərəcəli məlumatdaşıyıcı göstəricilərin cari dövrdəki orta qiymətləri verilmişdir. Onu da qeyd edək ki, mədənin kəsilişindəki obyektlər uzun müddət işlənilməsinə baxmayaraq böyük qalıq neft ehtiyatları ilə səciyyələnirlər. Obyektlərin oxşarlıq dərəcəsini Pirson meyarının 95% etibarlılıqla həllində onun böhran qiyməti 2g;m =18,3 təşkil edir. Bu qiymət cədvəlin 15-ci sütunda əks etdirilmişdir.
Müvafiq proqramın birinci dərəcəli məlumatdaşıyıcı 10 amilin qiymətləri əsasında kompüter realizəsi aşağıdakı nəticələrə gəlməyə imkan vermişdir.
A mədəninin istismar obyektlərinin geoloji-mədən məlumatları Cədvəl III.1
İstismar obyektləri
I dərəcəli məlumatdaşıyıcı amillər
II dərəcəli məlumatdaşıyıcı amillər
V(r02)x20,05;10= 18,3
Məsaməlik, %
Keçiricilik,
0,001 mkm2
İstismar obyektlərinin işlənilmə göstəricilərinin cari qiymətləri
İstismar obyektlərinin flüidlərinin cari qiymətləri
Ümumi qalınlıq, m.
effektiv qalınlıq, m.
neftlilik sahəsi, min m2
Cari neftvermə əmsalı
Quyuların orta gündəlik neft hasilatı, t/gün
Sulaşma, %
Lay təzyiqi, MPa
Qaz amili, m3/t
Neftin sıxlığı, kq/m3
Neftin özlülüyü, mPa·s
Suların ümumi minerallaşma dərəcəsi, mq·ekv
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
A1
26
406
0,63
0,6
83
7
60
914
50
186,2
43,0
11,8
39
36,9 5,0
18,9 15,9
19,3 18,2
24,3 34,4
A2
24
55
0,38
0,6
67
2
170
909
29
142,7
79,2
16,2
150
A3
24
44
0,28
0,6
67
2
214
907
29
94,2
66,4
17,3
214
a4
24
34
0,27
0,8
52
8
200
906
20,5
66,6
26,3
8,9
163
A5
25
76
0,32
0,8
69
10
190
908
20,4
59
19,2
14,8
189
A6
24
79
0,26
0,8
74
18
126
908
25
49,2
46,0
18,7
194
a7
25
43
0,39
1,0
71
22
180
911
14,5
49,2
32,0
12,6
168
a8
25
74
0,45
1,5
88
45
240
916
16,5
66,8
44,8
12,2
95
a9
24
492
0,42
1,7
90
55
150
915
16,5
55,4
43,6
24,7
66
Göründüyü kimi, ən kəskin sərhədlər iki halda qeyd edilir: A1 və A2 arasında V(ro)2 = 36,9 və A8 və A9 arasında V(ro)2 = 34,4. Bu o deməkdir ki, A1 obyekti ilə A2, eləcə də A8 və A9 kompleks parametrlərə görə oxşar deyil və onların gələcəkdə də işlənilməsi ayrıca aparılmalıdır. Belə hal kəsilişin A3-A4, A5-A6, A7 və A8 arasında da qeyd olunur. Yəni həmin obyektlər də müxtəlif xassəlidir V(r2) X2g;m və onların birgə istismarı rasional olmayacaqdır.
Lakin A2 ilə A3 (V(r2)=5,0); A4 ilə A5 ((V(r2)=15,9); A6 ilə A7 (V(r2)=18,2) arasında geoloji mədən göstəricilərinə görə oxşarlıq olduğundan onların birləşdirilərək birgə istismarı təmin olunmalıdır. Bu tədbir neft mədənlərinin işlənilməsində çox vacib tədbirlərdən hesab olunur. Belə ki, kəsilişdə oxşar obyektlərin birləşdirilməsi onların işlək quyu fondundan səmərəli istifadəyə imkan verir (quyularda süzgəc intervalının artırılması əlavə neft hasilatının əldə edilməsinə və qum tıxacının intensivliyinin azaldılmasına gətirir).
Beləliklə, yeni yaradılmış geoloji-riyazi metoddan istifadə etməklə yataqlarda obyektlərin ayrılmasının yeni modeli əsaslandırıldı ki, bu da onlarda işlənilmənin tempinin yüksəltməyə və quyuların istismar göstəricilərini yaxşılaşdırmağa kömək edir.
Bu üsul xeyli sayda quru və dənizdə işlənilən çoxlaylı neft mədənlərinin kəsilişinin istismar obyektlərinə bölünmə sisteminin təkmilləşdirilməsinə imkan vermişdir.
III.4. Ayrılmış yatağın (fərdi istismar obyektinin) işlənilmə sistemləri Qeyd edildiyi kimi, işlənilmə sistemi yatağın neft, qaz, kondensat və digər faydalı komponentlərin hasilatı üçün tətbiq olunan kompleks texniki-texnoloji proseslərin dinamikasını nəzərdə tutur.
Hər hansı bir mədənin kəsilişində ayrılmış istismar obyektində işlənilmə iki variantda aparıla bilər:
- yalnız təbii enerji ilə işlənilmə,
- süni təsir üsulları ilə işlənilmə.
III.4.1. Yalnız təbii enerji ilə işlənilmə Müasir dövrdə neft yataqlarının təbii enerjilərinə istinadən işlənilməsi əsasən iki halda aparılır:
lay enerjisinin aktivliyi şəraitində;
laylara su vurulmasının qeyri-mümkünlüyü şəraitində(kəskin qeyri-bircinslilik, layların pazlaşma formaları və s. səbəblərdən).
Yataqların işlənilməsinin hər iki halının geoloji-mədən xüsusiyyətlərinə baxaq.
Lay enerjisinin aktivliyi şəraiti. Lay enerjisi subasqı və fəal elastik-subasqı rejimlərinin mövcudluğu şəraitində nefti istismar quyularına doğru sıxışdıra bilər. Bu tip rejimlərdə lay təzyiqinin düşküsü minimum olduğundan onlarda təbii ki, suvurma vasitəsilə əlavə enerji tətbiqi tələb olunmur.
Belə yataqların işlənilməsi üçün onun sahəsi su-neft konturuna paralel halqavarı sıralarla quyuların qazılmasını nəzərdə tutur. Sıralar arasında məsafə, həmin sıralarda yerləşən quyular arasındakı məsafədən çox götürülür ki, bu da susuz maye hasilatının müddətini uzadır (şək. III.3).
Şəkil III.3. Aktiv enerji mənbəyi olan yataqlarda işlənilmə sxemi
Bundan əlavə, quyularda süzgəc açarkən kənar suyun layın aşağı hissələrində daha aktiv hərəkət edəcəyi nəzərə alınmalıdır. Bu məqsədlə kontura yaxın sıralardakı quyularda neftli qalınlığın yalnız üst hissəsi, daxili sıralarda isə tavandan dabana qədər perforasiya edilməlidir.
Bəzi hallarda layın daban hissələrində subasqı və elastik-subasqı rejimi mövcud ola bilər. Belə yataqların işlənilmə dövrlərində su-neft konturu tədricən qalxır, quyularda süzgəcin aşağı hissəsinə sular daxil olur. Nəticədə yatağın neftli sahəsi tədricən azalır. Belə şəraitdə istismar quyularının yerləşdirilməsi yatağın hündürlüyündən, lay süxurlarının keçiriciliyindən, neftlərin özlülüyündən və s. amillərdən asılıdır. Belə ki, layın hündürlüyü az olduqda quyular bərabər şəbəkə üzrə qazılır və su-neft konturunun səviyyəsindən bir neçə metrdən yuxarı layın tavanına kimi perforasiya edilir. Yatağın hündürlüyü çox olduqda (yüz metrlərlə) isə, quyular yatağın mərkəzinə doğru sıxlaşan quyu şəbəkəsi ilə işlənilir.
Laylara su vurulmasının qeyri-mümkünlüyü şəraiti.Qeyd edildiyi kimi layların kəskin qeyri-bircinsliliyi və pazlaşması, yatağın tektonik qırılmalarla kəskin mürəkkəbləşməsi və s. səbəblər üzündən yatağa suvurma mümkün olmur: vurucu quyularda ən yüksək təzyiqlərlə laya su yeridilə bilmir. Belə hallarda yataq ətrafındakı su-neft konturunun hərəkəti qeyd olunmur; lay təzyiqi tədricən enir, hər bir istismar quyusu özünün ətraf zonalarında neftdən ayrılmış qazların enerjisi hesabına istismar edilir (şək.III.4). Bu tip yataqlar neftdə həll olmuş qaz rejimi ilə xarakterizə olunur və neftvermə əmsalının yüksək həddə çatdırılmasına imkan vermir. İşlənilmə üçün qənaətbəxş olmayan bu tip yataqlarda, bir qayda olaraq, quyular bərabər formalı şəbəkə ilə qazılır və yatağın bütün qalınlığı bütövlükdə perforasiya edilir.
Azərbaycanda da belə yataqlara rast gəlinir: onlar əsasən məhsuldar qatın alt şöbəsində yerləşən qırməki lay dəstəsi obyektləri ilə əlaqədardır. Müxtəlif mədənlərdə (Balaxanı-Sabunçu-Ramana, Qala, Suraxanı və s.) bu lay dəstəsinə suvurma mümkün olmamışdır ki, bu da işlənilmənin effektli aparılmasına mane olmuşdur.
Şəkil III.4 Passiv enerji mənbəli yataqların işlənilmə sxemi
Bəzi aktiv qaz papağı olan yataqların işlənilməsində də suvurma üsullarından istifadə edilmir. Belə yataqlarda quyular strukturda bərabər şəbəkə ilə qazılır.
Belə hallarda quyulara qazın axımının qarşısını almaq üçün süzgəcin üst hissəsi qaz-neft kontaktı səviyyəsindən xeyli aşağı götürülməlidir (şək. III.5).
Şəkil III.5 Qaz papağı olan yataqlarda quyuların yerləşmə sxemi