18
2016/3 (22)
ORİJİNAL MƏQALƏLƏR
UOT: 617.7-053.5(479.24)
Feyziyeva K.V.
XiZi ŞƏHƏRİNDƏ YAŞAYAN MƏKTƏBLİLƏR ARASiNDA OFTALMOLOJİ
XƏSTƏLİKLƏRİN RASTGƏLMƏ TEZLİYİ
Xızı Rayon Mərkəzi Xəstəxanası, Xızı şəh., Azərbaycan
Açar sözlər: refraksiya qüsurları, miopiya, astiqmatizm, məktəblilərdə gözün xəstəlikləri
Korluğun profilaktika qaydaları səhiyyə sahəsinin ən vacib üsullarından biri sayılır. Aparılan profilaktik
tədbirlər göz xəstəliklərinin qarşısının alınmasına yönəlir. Gecikmiş diaqnostika və vaxtında aparılmamış müalicə
korluğun səviyyəsini artırır [1]. üST-ün hesablamalarına görə dünyada 285 mln. insan görmə pozulmalarından
əziyyət çəkir [2].
Oftalmoloji xəstəliklər artmaqda davam edib, əhalinin bütün yaş qruplarını, o cümlədən məktəbliləri də əhatə
edir. Bu da aparılan tədqiqatın aktuallığını göstərir. Belə ki, profilaktik müayinələrin, xəstəlikləri vaxtında aşkar
edib, aradan qaldırılmasında böyük faydası var.
Müasir məktəblilərdə görmənin pisləşməsinin əsas səbəbi miopiyadır. üstəlik, onun rastgəlmə tezliyi ildən-
ilə artır [3]. Hesablamalara görə 19 mln. uşaqda görmə pozulmaları vardır, onlardan 12 milyonunu refraksiya
qüsurları təşkil edir [2]. Məlumdur ki, genetik faktorlardan asılı olmayaraq, refraktogenez ətraf mühit şəraitinə və
xüsusən də görmə yüklənmələrinin təbiətinə adaptasiya olur [4, 5].
Görmə sisteminin həddindən artıq yüklənməsi zamanı akkomodasiyanın pozulmaları baş verir, onların
ağırlıq dərəcəsi isə əlavə yüklənmələrin təsir müddətindən asılıdır. Akkomodasiya pozulmaları bütün növ kliniki
refraksiyalarda (emmetropiya, hipermetropiya, miopiya) baş verir [6].
Azərbaycan Respublikasında yaşlı əhali arasında görmə patologiyaları nəticəsində olan xəstəliklər, həmçinin,
gözün müxtəlif növ xəstəlikləri son onilliklərdə əsaslı surətdə artması ilə xarakterizə olunur. Bu da respublikada son
zamanlar göz xəstəliklərinin geniş yayılması ilə yanaşı bu patologiyaların daha ciddi diaqnostikasını göstərir [7].
Refraksiya qüsurları Azərbaycanda da uşaqlar arasında yayılmasına, görmə zəifliyinə və əlilliyə səbəb olan
ciddi problemdən biri olaraq qalmaqda davam edir. İndiyədək Azərbaycanın bir sıra rayon və şəhərlərində uşaqlar,
məktəblilər arasında görmə qüsurlarının öyrənilməsi ilə əlaqədar müxtəlif tədqiqatlar aparılsa da, Xızı şəhərinin
məktəbliləri arasında belə bir araşdırma ilk dəfə həyata keçirilmişdir [8].