Məqsəd – Xızı şəhərində yaşayan məktəblilər arasında oftalmoloji xəstəliklərin yayılma tezliyinin təyini.
Material və metodlar
Tədqiqat 2016-cı ildə Xızı rayonunun Xızı şəhər tam orta məktəbində təhsil alan 180 məktəbli arasında
aparılmışdır. Tədqiqatda iştirak edən məktəblilər 2-11-ci sinif şagirdləri olmuşdur. Onlar 7-17 yaş həddlərində olub,
2009 / 1999-cu il doğum tarixli uşaqlardır. Müayinə Xızı şəhərində yerləşən Xızı Rayon Mərkəzi Xəstəxanasında
həyata keçirilmişdir. Müayinə olunanların hər iki gözünün refraksion və keratometrik göstəricilərinin yoxlanılması
(Nidek ARK-510A,Yaponiya), görmə itiliyinin korreksiyasız və korreksiya ilə təyini, kontaktsız pnevmotonometr
(Nidek NT-510, Yaponiya) ilə gözdaxili təzyiqin ölçülməsi, göz almasının ön hissəsinin biomikroskopiyası, göz
dibinin oftalmoskopik müayinəsi həyata keçirilmişdir. Tədqiqat zamanı məktəblilərdə oftalmoloji xəstəliklərin
yayılma tezliyi təyin olunmuşdur.
Dostları ilə paylaş: |