23
2016/3 (22)
ORİJİNAL MƏQALƏLƏR
UOT: 617.735-002:617.735-007.681
Hacıyeva B.X.
ANTİANGİOGEN TERAPİYANiN GÖZüN TOPO-MORFOLOJİ VƏ
FUNKSİONAL PARAMETRLƏRİNƏ TƏSİRİ
Açar sözlər: diabetik makulyar ödem, yaşa bağlı makulyar degenerasiyanın ekssudativ forması, neovaskulyar
qlaukoma, ranibizumab
Diabetik makulyar ödem (DMÖ), ekssudativ yaşa bağlı makulyar degenerasiya (eYBMD) və neovaskulyar
qlaukoma kimi gözün distrofik və damar xəstəlikləri həyat keyfiyyətinin pisləşməsinin, əlillik və korluğun aparıcı
səbəblərindən olaraq, daha böyük tibbi-sosial əhəmiyyətə malikdir. Bu günə kimi, ümumi patogenez həlqəsi ilə
birləşdirilmiş, həmin xəstəliklərin optimal müalicə metodlarının axtarışı davam edir. Belə ki, DMÖ-in qeyri-bioloji
terapiyası üçün bəzi preparatlar klinik sınaqların 3-cü fazasındadır [1]. Ekssudativ YBMD-nın gen terapiyasına
(endogen antiangiogen zülallar genin köçürülməsi) əhəmiyyətli ümid bəslənilir [2]. Dərman preparatlarının yeni
hədəflərinin aşkarlanması üçün YBMD patogenezinin öyrənilməsi davam edir: Bo Tian və həmmüəlliflərinin[3]
nəticələrinə görə, miR-17-3p torlu qişanın piqment epitelinin hüceyrələrində oksidativ zədələnmələrin induksiya
olunması ilə hüceyrə məhvini törədir, bu zaman miR-17-3p inhibitoru antioksidant fermentlərin ekspressiyasının
tənzimi vasitəsi ilə potensial protektor rolunu oynayır. Bundan əlavə, klinik təcrübədə artıq istifadə olunan
preparatların təsir mexanizmi dəqiqləşdirilir:Mamoru Kamoshita və həmmüəlliflərinin [4] işində heyvan (siçan)
modelində lütein, endogen antioksidant fermentlərin induksiyası sayəsində, sıx hüceyrə əlaqələrinin bərpasını
stimullaşdırırdı, iltihab və lokal reaktiv oksidativ stresi yatırdırdı. Lakin, yeni, daha effektiv və təhlükəsiz
preparatların işlənib hazırlanmasına baxmayaraq, həmçinin angiogenez inhibitorlarının (Aİ) bəzi çatışmazlıqları
– baha qiymətli olması, hər ay yeridilməsinə ehtiyac, yan effektlər riski, müalicə nəticəsinin dəyişkənliyi problem
olaraq qalır. Buna baxmayaraq VEGF inhibitorlarının “erası” hələ də bitməyib. Aparılan tədqiqatların təhlili
davam edir, belə ki, bevasizumab, aflibersept və Ranibizumab daha çox araşdırılmış qalır [5]. Ekssudativ YBMD,
DMÖ-in müalicəsində Ranibizumab özünü müsbət cəhətdən göstərmişdir. NVQ zamanı Ranibizumabın tətbiqi
üzrə ümidverici məlumatlar mövcuddur. Azərbaycan Respublikası ərazisində hazırki preparatın tətbiqi haqqında
məlumatlar isə məhduddur.
İşin məqsədi – Azərbaycan Respublikasının regional və milli xüsusiyyətləri nəzərə alınmaqla, DMÖ, eYBMD
və NVQ zamanı antiangiogen terapiyanın effektivliyinin öyrənilməsi və onun gözün topo-morfoloji və funksional
parametrlərinə təsirinin qiymətləndirilməsidir.
Material və metodlar
Tədqiqatlar 156 göz (156 pasiyent) üzərində aparılmışdır. Onlardan 44,2% kişi, 55,8% qadın olmuşdur. Orta yaş
həddi 62,5±9,3 təşkil etmişdir. Pasiyentlər cins və yaş üzrə müqayisə edilə biləcək üç qrupa bölünmüşdür: i qrup
– DMÖ diaqnozu təyin edilmiş pasiyentlər (76 göz); ii qrup – eYBMD ilə pasiyentlər (48 göz); iii qrup – NVQ
ilə pasiyentlər (32 göz). Hər qrup 2 yarımqrupa bölünmüşdür - əsas və kontrol. Əsas yarımqrupda pasiyentlərə
Ranibizumab preparatı (Lüsentis) intravitreal yeridilmişdir, kontrol yarımqrupda isə preparat yeridilməmişdir.
Tədqiqata optik koherent tomoqrafiya (OKT) göstəricilərinə əsasən i və ii qruplar üçün makulyar nahiyyənin
qalınlığı 300 mkm və daha artıq olan pasiyentlər və iii qrup üçün 1-2 mərhələ NVQilə pasiyentlər daxil edilmişdir.
Bütün pasiyentlərə anamnezin və şikayətlərin toplanması, ənənəvi oftalmoloji, həmçinin xüsusi müayinə
metodları: i və ii qruplarda OKT (Spectral Cirrus HD OCT, Carl Zeiss Meditec, ABŞ), flüoressein angioqrafiya
(FAQ) (FF 450 plus, Zeiss, Almaniya), mikroperimetriya (MAiA, Center View Spa, İtaliya), iii qrupda –
qonioskopiya, perimetriya Humphrey Field Analyzer 745i), Heydelberq retinal tomoqrafiyası (HRT ii, Almaniya)
aparılmışdır.
İmmunoloji dəyişikliklərin qiymətləndirilməsi üçün i və ii qrup pasiyentlərin qanında (Cromatest, LiNEAR
CHEMiCALS SL, SPAiN dəsti vasitəsilə Mançini üzrə radial immunodiffuziya metodu ilə) igА və igG, C3 və
C4 səviyyəsi ölçülmüşdür (referans qiymətlər: С3 üçün – 91-156 mq/dl; C4 üçün – 20-80 mq/dl; igA üçün – 90-
450 mq/dl; igG üçün – 800-1800 mq/dl və igM üçün – 60-280 mq/dl). Həmçinin immunoferment analiz metodu
ilə (Stat Fax-2100, AWARENESS TECHNOLOGY NG, ABŞ) eritropoetin (EPO) proangiogen amilin səviyyəsi
ölçülüb (ELiSA, Almaniya dəsti vasitəsilə; referens qiymətlər 3,22-31,9 mе/ml). Lazer koaqulyasiya (LK) iki qat
tezlikli, 532 nm dalğa uzunluqlu fasiləsiz Nd:YAG lazer cihazında (PurPoint, Alcon, USA) aparılıb.
Pasiyentlərə dispanser müşahidənin müddəti hər ay aparılan müayinələrlə 12 ay təşkil edib.i qrupun əsas
yarımqrupda bir ay fasilə ilə 3 dəfəintravitreal Ranibizumab inyeksiyası yeridilib, daha sonra tələb olunduqca,
24
2016/3 (22)
ORİJİNAL MƏQALƏLƏR
Ranibizumabın 3-cü inyeksiyasından sonra 21 gün ərzində lazer koaqulyasiya aparılıb.Kontrol yarımqrupda 1
seans, daha sonra tələb olunduqca LK aparılıb. ii qrupun əsas yarımqrupda bir ay fasilə ilə 3 dəfəintravitreal
Ranibizumab inyeksiyası yeridilib, daha sonra tələb olunduqca, kontrol yarımqrupda Okuvayt Lütein (1 tablet
gündə 2 dəfə, 6 ay) və Trental (100 mq gündə 3 dəfə, 3 ay müddətinə, 12 ay ərzində 2 kurs).iii qrupun əsas
yarımqrupda 1 inyeksiya Ranibizumab və tələb üzrə LK tətbiq edilib, kontrol yarımqrupda – 1 seans LK, daha
sonra isə tələb üzrə LK tətbiq olunub. i və ii qruplarda Ranibizumab müalicəsinin təkrar edilməsi məsələsinin
məqsədə uyğunluğu maksimal korreksiya olunmuş görmə itiliyinin (MKOGİ) 0,3-ə enməsi hallarında hər pasiyent
üçün fərdi olaraq həll edilmişdir. Ayda bir dəfə üç ardıcıl müayinə keçirilməsi ilə sabit MKOGİ nail olunanadək
müalicə davam etmişdir. i və iii qruplarda LK-nın təkrar aparılması məsələsinin məqsədə uyğunluğu, həmçinin
fərdi olaraq həll edilmişdir.Tədqiqat nəticələrin statistik emalı üçün Statistica 7.0 tətbiqi kompüter proqramı
istifadə olunub (StatSoft, inc., ABŞ).
Nəticələr və onların müzakirəsi
Müalicənin başlamasından 12 ay sonra MKOGİ-nin dinamikada nəticələri 1 saylı cədvəldə təqdim olunub.
Cədvəl 1.
Görmə itiliyinin dinamikası
Müalicədən əvvəl
12 ay
Əsas qrup
Kontrol qrupu
Əsas qrup
Kontrol qrupu
i qrup (DMÖ)
0,29±0,06
0,32±0,07
0,40±0,04*
0,33±0,06**,ǂ
ii qrup (eYBMD)
0,39±0,15
0,40±0,18
0,50±0,11*
0,36±0,16**,ǂ
iii qrup (NVQ)
0,14±0,05
0,15±0,07
0,21±0,05 **
0,15±0,06 **
Qeyd: *-р<0,05, **р>0,05 müalicədən əvvəlki qiymət ilə müqayisədə; ǂ - р<0,05 analoji müraciətlər üçün əsas yarımqrup ilə
müqayisədə
Əsas yarımqruplarda MKOGİ-nin daha yüksək olması diqqəti cəlb edir. DMÖ zamanı alınan nəticələr daha erkən
aparılmış (RESOLVE, RESTORE [6,7]) və eləcə də eYBMD zamanı (MARiNA, ANCHOR [8,9]) tədqiqatları ilə
uyğun gəlir. Baxmayaraq ki, NVQ zamanı Ranibizumab üçün göstəriş rəsmən qeydə alınmayıb, antiangiogen
preparatların istifadəsi ilə bir sıra tədqiqatların müsbət nəticələri hazırki işdə Ranibizumabın istifadəsinə imkan
yaratmışdır.i - iii qruplarda reqressiya analizi göstərdi ki, Ranibizumab ilə müalicə alan pasiyentlərdə Ranibizumab
inyeksiyası almayan pasiyentlərlə müqayisədə MKOGİ daha yüksəkdir (12-ci ayda i, ii və iii qruplarda müvafiq
olaraq RƏ=0,16 (rigidlik əmsalı) (р=0,037), RƏ=0,42 (р=0,001) və RƏ=0,19 (р=0,062)).
Müşahidə dövrü ərzində DMÖ və eYBMD ilə pasiyentlərdə GDT statistik etibarlı dəyişilməmişdir. NVQ ilə iii
qrup pasiyentlərin əsas yarımqrupunda 1-ci aydan başlayaraq, kontrol yarımqrupda isə – 2-ci aydan başlayaraq 12
aya kimi GDT-in statistik etibarlı enməsi aşkar edilmişdir (cədvəl 2).
Cədvəl 2.
I - III qruplarda gözdaxili təzyiqin dinamikası, mm.c.st.
Müalicədən əvvəl
12 ay
Əsas yarımqrup
Kontrol yarımqrup
Əsas yarımqrup
Kontrol yarımqrup
i qrup (DMÖ)
18,1±0,1
18,2±0,2
18,1±0,2**
18,3±0,2**
ii qrup (eYBMD)
18,4±0,2
18,2±0,4
18,2±0,5**
18,1±0,4**
iii qrup (NVQ)
32,5±13,8
31,9±13,2
19,1±12,3 *
26,2±13,1*,ǂ
Qeyd: *-р<0,05, **р>0,05 müalicədən əvvəlki qiymət ilə müqayisədə; ǂ - р<0,05 analoji müraciətlər üçün əsas yarımqrup ilə
müqayisədə
DMÖ və eYBMD zamanı antiangiogen terapiyanın müsbət təsir göstərməsi mikroperimetriya məlumatları ilə
təsdiq olunur (cədvəl 3).
Cədvəl 3
I və II qruplarda işıq həssaslığı, dB
Müalicədən əvvəl
12 ay
Əsas yarımqrup
Kontrol yarımqrup
Əsas yarımqrup
Kontrol yarımqrup
i qrup (DMÖ)
17,3±1,4
18,1±1,8
22,5±1,5*
20,0±2,0**,ǂ
ii qrup (eYBMD)
10,7±3,5
11,2±2,7
12,3±2,8**
10,6±3,1**
Qeyd: *-р<0,05, **р>0,05 müalicədən əvvəlki qiymət ilə müqayisədə; ǂ - р<0,05 analoji müraciətlər üçün əsas yarımqrup ilə
müqayisədə
25
2016/3 (22)
ORİJİNAL MƏQALƏLƏR
DMÖ zamanı LK monoterapiyası ilə müqayisədə LK ilə kombinə Ranibizumab müalicəsinin üstünlükləri
mövcuddur, bu da lazerkoaqulyatların endirilməsindən sonra neyrosensor torlu qişanın zədələnməsi nəticəsində
mikroskatomaların formalaşması ilə izah olunur.
MD (mean deviation) orta kənaraçıxma qiyməti və PSD (pattern standart deviation) standart kənaraçıxma ilkin
qiymətlərinin uyğunlaşdırılması zamanı, 12-ci ayda MD əsas yarımqrupda 2,08 dəfə artmışdır, PSD – 1,84 dəfə
enmişdir, bu vaxt kontrol yarımqrupda həmin göstəricilərin statistik əhəmiyyətli dinamikası aşkar edilməmişdir
(cədvəl 4).
Cədvəl 4.
III qrupda MD və PSD perimetriya göstəricilərinin dinamikası, dB
Əsas yarımqrup
Kontrol yarımqrup
Müalicəyə qədər
12 ay
Müalicəyə qədər
12 ay
MD
-12,7±4,5
-6,1±3,8*
-13,2±4,7
-12,6±5,1**,ǂ
PSD
8,3±2,3
4,5±2,1*
8,7±2,5
8,0±2,3**,ǂ
Qeyd: *-р<0,05, **р>0,05 müalicədən əvvəlki qiymət ilə müqayisədə; ǂ - р<0,05 analoji müraciətlər üçün əsas yarımqrup ilə
müqayisədə
İlkin olaraq və 12-ci ayda GDT və MD arasında statistik etibarlı mənfi zəif korrelyasiya əlaqəsi müəyyən
olunub: müvafiq olaraq r= -0,52, р<0,05 və r=- 0,58, р<0,05, eləcə də başlanğıcda və 12-ci ayda GDT və PSD
arasında statistik etibarlı müsbət zəif korrelyasiya əlaqəsi müəyyən olunub: müvafiq olaraq r= -0,34, р<0,05 və
r=- 0,39, р<0,05.
i qrupda pasiyentlərin oftalmoskopik müayinəsi zaman müsbət dinamika müşahidə olunub – DMÖ-in qismən və
ya tam rezorbsiyası, bərk ekssudatların qismən sorulması, mikroanevrizma və hemorragiya ölçülərinin və sayının
azalması. ii qrupda eYBMD ilə əsas yarımqrupun pasiyentlərində həmçinin müsbət dinamika müşahidə olunub –
subretinal və intraretinal mayenin, ödemin tam və ya qismən rezorbsiyası. Kontrol yarımqrupunda, əksinə, mənfi
dinamika qeyd olunub – ekssudasiya ölçülərinin dinamikasının olmaması və ya ocaqların sayının artması, yeni
hemorragiyaların əmələ gəlməsi müşahidə edilib.
iii qrupda biomikroskopiya zamanı ilkin olaraq bütün səthə yayılan müxtəlif dərəcədə ifadə edilmiş (tək-tək
damarlardan tutmuş sıx şəbəkələrədək) qüzehli qişanın rubeozu aşkar olunub. Bəzi hallarda ön kamera bucağında
(ÖKB) açıq profil zamanıyeni yaranan damarlar müəyyən olunub. Ranibizumab ilə müalicədən sonra qüzehli qişada
yeni yaranan damarların sayının xeyli azalması müşahidə olunmuşdur. Nazik divarlı damarlar tamamilə “yox olub”,
boşalmışdlr. Daha iri damarlar nazikləşib, bəzi hallarda isə onların gedişi kəsilmişdir. ÖKB-da nazik divarlı damarların
tamamilə boşalması müşahidə olunmuşdur. Müalicədən əvvəl NVQ-nın 1-ci mərhələsi əsas yarımqrupda 3 gözdə
(20,0%), müalicədən sonra – 9 gözdə olub (60,0%, р>0,05), bu zaman kontrol yarımqrupda həmin göstərici 5-dən
(29,4%) 9-ə qədər (52,9%, р>0,05) artmışdır. Reqressiya təhlili göstərmişdir ki, NVQ 2-ci mərhələsi ilə pasiyentlərdə
MD aşağı, PSD isə yuxarı olmuşdur (12-ci ayda müvafiq olaraq RƏ=-0,48, р<0,05 və RƏ=0,43, р<0,05).
Makulyar nahiyyə qalınlığının (MNQ) və subretinal neovaskulyar membran (SNM) ölçülərinin dinamikası 5
və 6 saylı cədvəllərdə təsvir edilib.
Cədvəl 5.
DMÖ ilə I qrupda və eYBMD ilə II qrupda MNQ-nın dinamikası, mkm
Müalicəyə qədər
12 ay
Əsas yarımqrup
Kontrol yarımqrup
Əsas yarımqrup
Kontrol yarımqrup
i qrup (DMÖ)
430,6±45,9
419,5±39,6
295,8±56,7 *
368,3±56,7*,ǂ
ii qrup (eYBMD)
357,2 ±25,7
342,5 ±21,6
254,3±21,3 *
376,2±34,1**,ǂ
Qeyd: *-р<0,05, **р>0,05 müalicədən əvvəlki qiymət ilə müqayisədə; ǂ - р<0,05 analoji müraciətlər üçün əsas yarımqrup ilə
müqayisədə
Cədvəl 6.
Ekssudativ YBMD ilə II qrup pasiyentlərdə SNM ölçülərinin dinamikası, mkm
Göstəricilər
Müalicəyə qədər
12 ay
Əsas yarımqrup
Kontrol yarımqrup Əsas yarımqrup Kontrol yarımqrup
SNM-nın əhatə etdiyi sahənin ölçüsü
1593,3±121,4
1540,6±123,7
1105,5±101,6*
1630,2±134,2**,ǂ
SNM-nın hündürlüyü
349,5±40,6
320,7±37,5
249,7±39,4*
350,8±51,4**,ǂ
Qeyd: *-р<0,05, **р>0,05 müalicədən əvvəlki qiymət ilə müqayisədə; ǂ - р<0,05 analoji müraciətlər üçün əsas
yarımqrup ilə müqayisədə
26
2016/3 (22)
ORİJİNAL MƏQALƏLƏR
MKOGİ və makula qalınlığı arasında korrelyasiya analizi i və ii qruplarda ilkin olaraq və 12-ci ayda statistik
etibarlı mənfi ifadə edilmiş korrelyasiya əlaqəsini aşkar etmişdir: i qrupda müvafiq olaraq r= - 0,43, р<0,001 və
r= - 0,48, р<0,001; ii qrupda müvafiq olaraq r= - 0,56, р<0,001 və r= - 0,52, р<0,00. MKOGİ və makula qalınlığı
arasında korrelyasiya analizi ii qrupda ilkin olaraq və 12-ci ayda statistik etibarlı mənfi zəif korrelyasiya əlaqəsini
aşkar etmişdir: müvafiq olaraq r= - 0,72, р<0,05 və r= - 0,68, р<0,05; MKOGİ və SNM-in əhatə etdiyi sahənin
ölçüsü arasında korrelyasiya analizi ii qrupda ilkin olaraq və 12-ci ayda statistik etibarlı mənfi zəif korrelyasiya
əlaqəsini aşkar etmişdir: müvafiq olaraq r= - 0,65, р<0,05 və r= - 0,57, р<0,05.Ödemin növü və MKOGİ arasında
reqressiya analizi i qrupda göstərmişdir ki, diffuz ödem ilə pasiyentlərdə fokal ödem ilə müqayisədə MKOGİ daha
aşağıdır (ilkin olaraq RƏ =0,45, р<0,001 və 12-ci ayda RƏ=0,39, р<0,001).
FAQ göstəriciləri əsasında DMÖ zamanı Ranibizumabın müsbət təsiri ödemin tam reqresi olan gözlərin
daha çox faiz və diffuz ödemin sorulduğu gözlərin faizinin enməsi, həmçinin sızmanıntam sorulması ilə təsdiq
edilmişdir; eYBMD zamanı – membran aktivliyinin tam inhibizə edilməsi 95,7% halda müşahidə edilmişdir.
Kontrol yarımqrupunda, əksinə, göstəricilərin pisləşməsi müşahidə olunub: arterial və venoz fazaların pozulması,
sızma, hiperflüoressensiya ocaqları və torlu qişanın piqment epitelinin qüsurları ilə gözlərin payı artıb, SNM
ölçüsü də böyüyüb.
DMÖ ilə i qrupda reqressiya analizi zamanı müəyyən olunmuşdur ki, pasiyentlərdə MKOGİ daha aşağı
olmuşdur: boya maddəsinin sızması mövcudluğu (RƏ=-0,09, р=0,053), hiperflüoressensiya ocaqları (RƏ=-0,06,
р<0,05), işemiya zonaları (RƏ=-0,09, р<0,05) və mikroanevrizmalar (RƏ=-0,07, р=0,052). Ekssudativ YBMD ilə
ii qrupda reqressiya analizi göstərmişdir ki, pasiyentlərdə MKOGİ daha aşağı olmuşdur: boya maddəsinin sızması
mövcudluğu (RƏ=-0,12, р<0,05), hiperflüoressensiya ocaqları (RƏ=-0,09, р=0,058), torlu qişanın piqment
epitelinin qüsurları (RƏ=-0,06, р=0,052).
DMÖ ilə i qrupun əsas yarımqrupda Ranibizumab inyeksiyaların ümumi sayı 273, PLK – 68, orta hesabla
inyeksiyaların sayı 7,1±2,9, PLK – 1,8±0,9 təşkil etmişdir. Kontrol yarımqrupda PLK seanslarının sayı statistik
qeyri etibarlı yuxarı olmuşdur – 80, orta sayı – 2,2±0,8 təşkil etmişdir. Yarımqruplar arasında PLK seansların
sayına görə statistik etibarlı fərq müəyyən edilməmişdir.
Ekssudativ YBMD ilə ii qrupun əsas yarımqrupunda inyeksiyaların ümumi sayı 170, orta hesabla – 7,4±3,2
təşkil etmişdir.
ii qrupun əsas yarımqrupunda LK seanslarının ümumi sayı 23, orta hesabla – 1,5±0,7, nəzarət yarımqrupunda
– müvafiq olaraq 31 və 1,8±0,6 təşkil etmişdir.
Əsas yarımqrupda 1 PLK seansı tələb edən göz daha çox, 2 və daha artıq seans tələb edən göz daha az olub.
Belə ki, əsas yarımqrupda 2-dən artıq PLK seansı tələb edən cəmi 40,0 % göz olub, halbuki nəzarət yarımqrupunda
- 52,9 % olub. DMÖ zamanı Ranibizumab inyeksiyalarının orta sayı digər tədqiqatların məlumatlarına uyğun gəlir
(7-ə yaxın RESTORE; 10-a yaxın RESOLVE tədqiqatlarında). Ədəbiyyat məlumatlarına görə ekssudativ YBMD
zamanı inyeksiyaların sayı 9,9 (PRONTO), 6 (PiER) təşkil edir. Hazırki işdə PRONTO tədqiqatlarında olduğu
kimi, effektiv, təhlükəsiz və iqtisadi cəhətdən daha optimal 3 PRN rejimi seçilmişdir.
Dözümlülük və təhlükəsizlik
Cəmi 458 Ranibizumab inyeksiyası yerinə yetirilib. Preparatın yaxşı dözümlülüyü qeyd olunub. Endolftalmit,
GDT-in yüksəlməsi, travmatik kataraktanın inkişafı, ürək-damar və ya serebro-vaskulyar fəsadlar qeydə alınmayıb.
90 halda (19,7%) inyeksiyanın aparıldığı yerdə konyunktivanın mülayim hiperemiyası, 35 halda (7,6 %) - gözün
qırpılması və göz almasının hərəkəti zamanı ağrı hissi, konyunktivanın hiperemiyası, göz yaşının axması, selikli
ifrazat ilə gözün nəzərəçarpan ekssudativ iltihab reaksiyası müəyyən olunub. Lakin bütün simptomlar 3-7 gün
ərzində ftorxinolonlarla instillyasiya fonunda aradan qaldırılıb. Ranibizumabın yaxşı dözümlülüyü meta-analiz
məlumatları ilə təsdiq edilib, ciddi yan effektlərin tezliyinə görə statistik etibarlı fərq aşkar edilməyib (15 tədqiqat,
2985 pasiyentdə 441 hadisə), arteriyaların tromboemboliyası (14 tədqiqat, 3034 pasiyentdə 129 hadisə) və ümumi
ölüm halları (3562 pasiyentdə 63 hadisə) [10].
Yekun
Beləliklə, hazırki tədqiqat işində DMÖ və ekssudativ YBMD ilə pasiyentlərdə Ranibizumabın effektivliyi
təsdiq edilmişdir, onun Azərbaycan Respublikası ərazisində NVQ ilə pasiyentlərdə işlənib hazırlanmış sxemlər
üzrə istifadəsi perspektivliliyi göstərilmişdir, həmçinin həmin xəstəliklərlə pasiyentlərdə eritropoetin səviyyəsinin
və kompliment sistemi komponentlərinintədqiqinin mühüm olduğu sübut olunmuşdur.
27
2016/3 (22)
ORİJİNAL MƏQALƏLƏR
ƏDƏBİYYAT:
1.
Agarwal A., Parriott J., Demirel S. et al. Nonbiological pharmacotherapies for the treatment of diabetic
macular edema //Expert. Opin. Pharmacother, 2015, v.16(17), p.2625-2635.
2.
Prea S.M., Chan E.C., Dusting G.J. et al. Gene Therapy with Endogenous inhibitors of Angiogenesis for
Neovascular Age-Related Macular Degeneration: Beyond Anti-VEGF // Therapy J. Ophthalmol., 2015,
p. 244-248.
3.
Bo Tian, Maidana D.E., Dib B. et al. miR-17-3p Exacerbates Oxidative Damage in Human Retinal
Pigment Epithelial Cells // Ocular immunology and inflammation, 2016, v.24(5), p. 1242-1254.
4.
KamoshitaM., TodaE., OsadaH. et al. Lutein acts via multiple antioxidant pathways in the photo-stressed
retina //Sci Rep., 2016, v.6, p.30226.
5.
Heier J.S., Bressler N.M., Avery R.L.et al. Comparison of Aflibercept, Bevacizumab, and Ranibizumab for
Treatment of Diabetic Macular Edema: Extrapolation of Data to Clinical Practice //JAMA Ophthalmol.,
2016, v.134(1), p.95-99.
6.
Massin P., Bandello F., Garweg J.G. et al. Safety and efficacy of ranibizumab in diabetic macular edema
(RESOLVE Study): a 12-month, randomized, controlled, double-masked, multicenter phase ii study //
Diabetes Care, 2010, v.33(11), p.2399-2405.
7.
Mitchell P., Bandello F,. Schmidt-Erfurth U.et al. RESTORE study group. The RESTORE study:
ranibizumab monotherapy or combined with laser versus laser monotherapy for diabetic macular edema//
Ophthalmology, 2011, v.118(4), p.615-625.
8.
Kaiser P.K., Blodi B.A., Shapiro H. et al. MARiNA Study Group. Angiographic and optical coherence
tomographic results of the MARiNA study of ranibizumab in neovascular age-related macular
degeneration //Ophthalmology, 2007, v.114(10), p.1868-1875.
9.
Brown D.M., Michels M., Kaiser P.K. et al. ANCHOR Study Group: Ranibizumab versus verteporfin
photodynamic therapy for neovascular age-related macular degeneration: Two-year results of the
ANCHOR study// Ophthalmology, 2009, v.116, p.57–65.
10. Virgili G., Menchini F., Casazza G. et al. Optical coherence tomography (OCT) for detection of macular
oedema in patients with diabetic retinopathy // Cochrane Database Syst Rev., 2015, v. 1, p.14-18.
гаджиева Б.х.
ВлиЯНие АНтиАНгиОгеННОй терАпии НА тОпО-
МОрФОлОгичеСКие и ФуНКЦиОНАльНЫе пАрАМетрЫ глАЗА
Национальный Центр Офтальмологии имени акад.Зарифы Алиевой, г. Баку, Азербайджан
Ключевые слова: диабетический макулярный отек, влажная форма возрастной макулярной дегенера-
ции, неоваскулярная глаукома, ранибизумаб
реЗЮМе
Цель – оценить эффективность антиангиогенной терапии и ее влияние на топо-морфологические и
функциональные параметры глаза при данных заболеваниях с учетом региональных и национальных осо-
бенностей Азербайджанской республики.
Материал и методы
исследования были проведены на 156 глазах (156 пациентов, 44,2% мужчин, 55,8% женщин, средний
возраст 62,5±9,3 лет). пациенты были разделены на три сопоставимые по полу и возрасту группы: группа
i – больные с установленным диагнозом ДМО (76 глаз); группа ii – с установленным диагнозом вВМД (48
глаз); группа iii – с установленным диагнозом НВг (32 глаза). Каждая группа была разделена на 2 под-
группы - основную и контрольную (подгруппы достоверно не различались по указанным параметрам). В
основной подгруппе больным вводился рБ (луцентис), в контрольной подгруппе - препарат не вводился. В
28
2016/3 (22)
ORİJİNAL MƏQALƏLƏR
исследование включались пациенты с тМО от 300 мкм, по данным ОКт, для групп i и ii и с 1-2 стадиями
НВг для группы iii. Всем пациентам было выполнено комплексное обследование, включающее сбор анам-
неза и жалоб, стандартное офтальмологическое обследование, а также специальные методы исследования:
в группах i и ii - ОКт (на аппарате SpectralCirrusHDOCT, CarlZeissMeditec, USA), ФАг (на аппарате FF 450
plus, Zeiss, Germany), микропериметрии (на приборе MAiA, CenterViewSpa, италия), в группе iii- гонио-
скопия, периметрия (на аппарате HumphreyFieldAnalyzer 745i), гейдельбергская ретинальная томография
(на аппарате гейдельберг ретинотомограф HRTii, германия).
Результаты
при сочетании антиангиогенной терапии и лК в сравнении с монотерапией лК у больных с ДМО на
территории Азербайджанской республики на 12 месяце удалось добиться достоверно более значимого по-
вышения МКОЗ, уменьшения толщины макулярной области (по данным ОКт) и снижения частоты ликед-
жа, очагов гиперфлюоресценции, микроаневризм и геморрагий (по данным ФАг).
при применении антиангиогенной терапии в сравнении с консервативной терапией у больных с влаж-
ной формой ВМД на 12 месяце удалось добиться достоверно более значимого повышения МКОЗ, умень-
шения толщины макулярной области (по данным ОКт), а также достоверно более частого полного пода-
вления активности мембраны, снижения количества очагов гиперфлюоресценции и дефектов пигментного
эпителия сетчатки (по данным ФАг).
результаты исследования ВгД, биомикроскопии и периметрии у больных с НВг свидетельствуют о том,
что на 12 месяце при сочетании лК с антиангиогенной терапией в сравнении с монотерапией лК удалось
добиться достоверно более значимого снижения ВгД, повышения MD и снижения PSD. разработана и вне-
дрена в практику оптимальная по количеству инъекций рБ схема лечения ДМО и влажной формы ВМД (3
инъекции в дозе 0,5 мг (0,05 мл) с интервалом 1 месяц, затем PRN, в среднем, 7 инъекций за 12 месяцев), а
также НВг (1 инъекция в дозе 0,5 мг (0,05 мл) с последующим наблюдением).
Заключение
таким образом, настоящее исследование подтвердило эффективность рБ у больных с ДМО и вВМД,
показало перспективность его применения у больных с НВг на территории Азербайджанской республики
по разработанным схемам лечения, а также показало важность исследования уровня эритропоэтина и ком-
понентов системы комплемента у больных с данными заболеваниями.
Gadjieva B.Kh.
İNFLUENCE OF THE ANTiANGiOGENiC THERAPY ON THE TOPO-
MORPHOLOGiCAL AND FUNCTiONAL PARAMETERS OF THE EYEN
Key words: diabetic macular edema, wet age-related macular degeneration, neovascular glaucoma,
ranibizumab
SUMMARY
Aim – to value the efficiacy of the antiangiogenic therapy (AT) and its influence on the topo-morphological and
functional eye parameters in diabetic macular edema (DME), wet form of the age-related macular degeneration
(wAMD) and neovascular glaucoma (NVG) taking into consideration the regional and national peculiarities of
Azerbaijan Republic.
Material and methods
156 patients were examined (44,2% men, 55,8% women, men age 62,5±9,3 years). The patients were divided
into 3 comparable by sex and age groups: group i – patients with established diagnosis of DME (76 eyes); group
ii – with wAMD (48 eyes); group iii –with NVG (32 eyes). Each group was subdivided into 2 subgroups– themain
and control. (The subgroups reliably didn’t differ due to the pointed parameters) in the main subgroup the RB
(Lucentis) was introduced to the patients, in the control subgroup – the preparation wasn’t injected. The research
included the patients with TMO from 300 mkm, according to the OCT data, for groups i, ii with 1-2 stages of NVG
for the group iii. All patients were subjected to the complex examination including anamnesis and complaints,
29
2016/3 (22)
ORİJİNAL MƏQALƏLƏR
standard ophthalmological examination and also the special methods of investigations: in groups i and ii – OCT / on
apparatus spectral Cirrus HD OCT, Carl Zeiss Meditec, USA, PHAG (on apparatus FF 450 plus, Zeiss, Germany),
microperimetry (on device MAiA, Center View Spa, italy), in group iii – gonioscopy, perimetry (on apparatus
Humphrey Field Analyzer 745i), Heidelberg retinal tomography (on apparatus Heidelberg retinotomograph HRT
ii, Germany. LC was performed with apparatus SL 1000 (Ellex Medical Pty Ltd, Australia)).
Results
Results of investigation of DME patients demonstrated that on the 12th month in association of AT and
lasercoagulation (LC) as compared with LC monotherapy, we tried to get the reliably more important increase of
maximal corrigated visual acuity (MCVA), decrease of the thickness of macular zone (OCT) hyperfluorescence
foci.
The results of investigations of patients with wAMD witnesses that using AT as compared with conservative
therapy, we achieved the reliably more important increase of MCVA, decrease of the thickness of macular (OCT)
zone, the full suppression of the membrane activity, decrease of the hyperfluorescence foci nember and defects
of pigment epithelium of retina (according to the FAG data). The results of iOP, biomicroscopy and perimetry
investigations in NVG patients witnesses that at 12 th month in association with LC with antiangiogenic therapy
as compared with LC monotherapy, we have got the reliably more important decrease of iOP, increase of MD and
lowering of PSD. The results of measure of eritropoetin of blood serum indicated the increase of its level in DME
and wAMD. The role of activation of complement system in the pathogenesis of neovascular diseases confirms the
increase of CZ level in wAMD, NVG and DME. The optimal scheme of DME, wAMD and NVG treatment due
to the number of ranibizumab injections was elaborated and inculcated to the practice (3 injections by 0,5 mg (0,5
ml) with interval 1 month, then PRN 7 injections for 12 months in average) and also NVG (1 injection by 0,5 mg
(0,05 ml) with the following examination).
Conclusion
So, the present investigation confirmed the efficiacy of RB in DME andwAMD patients, indicated the
perspectivity of its use in patiens with NVG at the Azerbaijan Republic according to the scheme of treatment, and
also showed the importance of investigation of erythropoietin level and components of complement system in
patients with the given diseases.
Для корреспонденции:
Кязимова Бановша Хагани гызы, врач-офтальмолог отдела глазных осложнений сахарного диабета и
витреоретинальной хирургии Национального Центра Офтальмологии имени академика Зарифы Али-
евой
Адрес: AZ1000, г.Баку, ул. Джавадхана, 32/15.
Тел.: (99412) 569-91-36, (99412) 569-91-37
Email: administrator@eye.az; www.eye.az
Dostları ilə paylaş: |