Əbu Bəkr Ətiq ibn Bədəl Zəncani
Mühəddis idi. Bağdadda Əbü’l-Fəth ibnü’t-Tayidən, Zəncanda Əbu Hənifə əl-Xətibidən
hədis dərsləri almışdı. Əbu Bəkr Muhəmməd Bağdadi onunla Məkkədə görüşdüyünü
və alimin h. 618-ci ildə (1221) Məkkədə vəfat etdiyini qeyd etmişdir
1905
.
Əbu Abdullah Məkki ibn Bəndar ibn Məkki ibn Asim Zəncani
Mühəddis idi. Üsamə ibn Əli ibn Səid ər-Razi, Muhəmməd ibn Zəncveyh əl-Qəzvini,
U’rs ibn Fəhd əl-Məvsili, Muhəmməd ibn Hüseyn əz-Zəfəranidən hədis dinləmiş və
nəql etmişdi. Hədis dinləmək üçün səyahət etmiş, Misir, İraq və Şam diyarını gəzmişdi.
H. 339-cu ildə İsfahana gedərək buradakı mühəddislərdən hədis dinləmişdi. Əbü’l-
Həsən Əli ibn Ömər Darəqutni, Əbü’l-Həsən Muhəmməd ibn Əhməd əl-Bəzzaz, hafiz
Əbu Bəkr Əhməd ibn Musa ibn Mərduyə ondan hədis dinləmişdilər
1906
. Nəql
silsiləsində Əbu Abdullah Məkki Zəncaninin olduğu hədislərdən biri aşağıdakıdır:
Ənəs ibn Malik (ا) dedi: Allah Rəsulu (ا) buyurdular ki: ‚Qadınların hüznü şiddətli olur,
onları (dəfn mərasimi vaxtı) cənazədən uzaq tutun‛
1907
.
1903
İBN ƏSAKİR, yenə orada. Daha ətraflı məlumat üçün bax: Müvəffəqəddin Abdullah ibn Əhməd İBN QUDAMƏ
əl-Muğni, Kitabu’s-Siəm, hədis Nr. 2137,
http://www.islamweb.net/newlibrary/Bookslist.php
)
صلى الله عليه وسلم ٢ثُ٘ا غٓ دععؼ
ٚٔص٣ ِْك ،
-
ّٞ٣ ٢٘ؼ٣
حكهػ
-
غٓٝ
هٌت ٢تأ
غٓٝ ، ٚٔص٣ ِْك
هٔػ
غٓٝ ، ٚٔص٣ ِْك
ٕأصػ
٠ٜٗأ لاٝ ، ٚت هٓآ لاٝ ، ٚٓٞصأ لا اٗأٝ ، ٚٔص٣ ِْك
ٚ٘ػ
(
1904
BAĞDADİ, Təkmilətü'l-İkmal, C. II, s. 754.
1905
BAĞDADİ, Təkmilətü'l-İkmal, C. IV, s. 122.
1906
SƏM’ANİ, Kitabü’l-Ənsab, C. II, s. 328-329; XƏTİB BAĞDADİ, Tarixu-Bağdad, C. XIII, s. 120.
1907
XƏTİB BAĞDADİ, Tarixu-Bağdad, C. XIII, s. 120. Bu hədis üçün bax: İBNü’l-CƏVZİ, İ’lili’l-Mütənahiyə, Kitabu’s-
Sədəqə, C. II, s. 817. Qadınların dəfn mərasimlərində iştirak etməmələrinə dair bax: ƏBU DAVUD , Sünən, Cənaiz
25/3127.
İmam Əbu Abdullah Əhməd ibn Muhəmməd ibn Sakin Zəncani
Şafi’i məzhəbinə mənsub fəqih və mühəddis idi. İraq, Hicaz və Misirə səyahət edərək
dövrün məşhur alimlərindən hədis və fiqh dirsləri almışdı. Bağdadda Əhməd ibnü’l-
Müqəddəm əl-İcli və Yaqub əd-Dəvraqidən, Bəsrədə Nəsr ibn Əli və Əbu Musa
Bəsridən, Kufədə İsmayıl əs-Səviyy və Əbu Kərəb Kufidən, Misirdə Yusus ibn
Əbdüləla, ər-Rəbiy və əl-Muzənidən fiqh və hədis dərsləri almışdı. Hədis elmində onun
ən əsas ustadı Əbu Zur’ə Əbdürrəhman ibn Əmr Dəməşqi (öl. 893) olmuşdu. İmam
Əbu Abdullah Əhməd Zəncani yaşadığı dövrün böyük mühəddisi və fəqihlərindən biri
kimi şöhrət tapmışdı. Ölüm tarixi h. 300-cü (913) ildən əvvələ təsadüf edir
1908
.
Əllamə Şihabəddin Əbü’l-Mənaqib Mahmud ibn Əhməd ibn Mahmud ibn Bəxtiyar
Zəncani
Yaşadığı dövrdə tanınmış şafi’i fəqihlərindən biri idi. Bağdadda təhsil almış, buradakı
mühəddislərdən hədis dinləmişdi. İcazətnaməsini (diplomunu) ona şəxsən xəlifə ən-
Nasir Lidinillah (1180-1225) təqdim etmişdi. Daha sonra xəlifə onu Bağdad şəhərinin və
İraqın baş qaziliyinə (qaziü’l-quzat) təyin etmişdi. Lakin o, bu vəzifəni icra etdiyi altı ay
müddətində çox haqsızlıqlara və ədalətsizliklərə yol vermişdi. Əbu Bəkr Bağdadi onun
haqqında ‚xətası çox, insafı az idi, nəhayət h. 619-cu ilin rəbiələvvəl ayında (1222)
vəzifəsindən azad edildi və beləcə Allah müsəlmanları onun şərrindən qorudu‛
1909
.
Lakin xəlifə sadəcə onu vəzifəsindən azad etməklə kifayətlənməmiş, həmçinin əmlakı
müsadirə edilmişdi. Vəzifəsindən sui-istifadə etməsinə baxmayaraq öz dövrünün
qabaqcıl hüquqşünaslarından olan Əbü’l-Mənaqib Mahmud Zəncani h. 625-ci ildə
(1228) Bağdaddakı Nizamiyyə mədrəsəsinə müdərris təyin edilmişdi. H. 626-cı ildə
(1229) o, yenidən irəli çəkilmiş və Abbasi sarayında məmur olmuşdu. Lakin bu vəzifədə
də uzun müddət qalmamış və azad edilmişdi
1910
. Şəmsəddin Zəhəbi onun həris və
dünya malına düşkün bir insan olduğunu qeyd etmişdi. 633-cü ildə (1236) əllamə
Əbü’l-Mənaqib Mahmud Zəncani Bağdaddakı Müstənsiriyyə mədrəsəsinə müdərris
1908
MƏQRİZİ, Kitabü’l-Müqəffa, C. I, s. 720.
1909
BAĞDADİ, Təkmilətü'l-İkmal, C. IV, s. 144.
1910
İBNü’l-FUVATİ, Həvadisü’l-Camiə’, s. 2.
təyin olunmuşdu. O, ‚Tənqihü’s-Sihah‛ kimi fiqh və fiqh üsuluna dair bir sıra əsərlərin
müəllifi idi. Alim h. 656-cı ildə (1258) Hülagü xanın Bağdadı işğalı vaxtı moğollar
tərəfindən öz oğulları və bir sıra yüksək rütbəli dövlət məmuru ilə birlikdə
Müstənsiriyyə mədrəsəsində qətlə yetirilmişdi
1911
.
İmam Əbu Bəkr Əhməd ibn Muhəmməd ibn Əhməd ibn Zəncuveyh Zəncani
Şafi’i məzhəbinə mənsub fəqih və mühəddis idi. H. 403-cü ildə (1012) Zəncanda
dünyaya gəlmişdi. Qazi Əbu Təyyib ət-Təbərinin tələbəsi olmuş, ondan fiqh dərsi
almışdı. Yaşadığı dövrdə Zəncanın mötəbər və qabaqcıl alimlərindən olan Əbu Bəkr
Əhməd Zəncani fəzilət, vəra’ sahibi, zahid insan idi. O, h. 500-cü ildə (1107) vəfat
etmişdi
1912
. Onun hədis dinlədiyi mühəddislərin arasında qazi Əbu Abdullah Hüseyn
ibn Muhəmməd ibn Hüseyn əl-Fəlaki də var idi. Əbu Tahir Əhməd əs-Süləfi İsfəhani
Zəncanda onunla görümüş və ondan hədis dinləmişdi
1913
. Onun Əbu Bəkr Əhməd
Zəncanidən dinləyib nəql etdiyi hədislərdən biri aşağıdakıdır:
Əbu Hureyrə (ا) dedi: Rəsulullah (م) buyurdular ki; ‚Ölülərinizi saleh insanların
arasında dəfn ediniz. Çünki yaşayan (hər hansı bir şəxs) özünün pis qonşusundan
əziyyət gördüyü kimi ölü də pis qonşusundan əziyyət görür‛
1914
.
Əbü’l-Qasım Yusif ibn Əli ibn Muhəmməd ibn Hüseyn Zəncani
Şafi’i məzhəbinə mənsub fəqih idi. H. 439-cu ildə (1047) anadan olmuşdu. Bağdadda
şeyxülislam Əbu İshaq İbrahim Şirazinin tələbəsi olmuşdu. Təhsilini başa vurduqdan
sonra Bağdadda qalmış və tezliklə bu şəhərin tanınmış fəqihlərindən birinə çevrilmişdi.
O, Bağdada şafi’i məzhəbinə mənsub fətva mərcilərindən biri idi. Alim h. 500-cü ilin
səfər ayında (oktyabr 1106) vəfat etmişdi
1915
.
1911
ZƏHƏBİ, Siyəru Ə’lamü’n-Nübəla, s. XXIII, s. 133.
1912
ƏSNƏVİ, Təbəqatu’ş-Şafi’iyyə, C. I, s. 301-302.
1913
ƏBU TAHİR İSFƏHANİ, Ərbəinü’l-Büldaniyyə, 63.
1914
ƏBU TAHİR İSFƏHANİ, Mu’cəmü’s-Səfər, s. 31. Mühəddis Əbü’l-Həsən Müzəffər ibn Həsən ibn Mihnəd Səlmasi
də bu hədisi (Abdullah ibn Məs’uddan (ا) nəql etmişdi. Bax: s. ???.
1915
ƏSNƏVİ, Təbəqatu’ş-Şafi’iyyə, C. I, s. 306.
Əbü’l-Qasım Yusif ibn Həsən ibn Muhəmməd ət-Təfəkküri Zəncani
Mühəddis idi. Alim, fəzilət sahibi, saleh insan idi. Hafiz Əbu Yə’la Xəlil ibn Abdullah
Qəzvini, Əbu Abdullah Hüseyn ibn Muhəmməd əl-Fəlaki və hafiz Əbu Nueym Əhməd
ibn Abdullah İsfəhaninin tələbəsi olmuş, onlardan hədis dinləmişdi. Əbü’l-Qasım
ibnü’s-Səmərqəndi, Əbü’l-Fərəc Əbdülxaliq ibn Əhməd ibn Yusif, hafiz Əbu Şüca’
Şiruyə ibn Şəhrdar Həmədani ondan hədis dinləmiş və hədis elminə dair bilikləri
öyrənmişdilər. Bağdadda yaşamış, h. 11 rəbiəlaxir 473-cü ildə (28 sentyabr 1080) bu
şəhərdə vəfat etmiş və Babi-hərb qəbristanında dəfn edilmişdi
1916
.
Əbü’l-Fəzail Əbdürrəhim ibn Rüstəm Zəncani
Təfsir, fiqh və fiqh üsulu sahələrində tanınmış mütəxəssis idi. O, həm də istedadlı şair
idi. Bağdadda təhsil almış, İbn Rəzzazın tələbəsi olmuşdu. Əsərləri və çıxışları ilə əhli-
sünnənin Qur’an anlayışına zidd cərəyanlara qarşı şiddətli mübarizə aparmışdı.
Dəməşqdə Mücahidiyyə və Qəzzaliyyə mədrəsəsində dərs vermişdi. Bəəlbək qaziliyinə
təyin olunmuş və bu vəzifəni icra etmişdi. Bəəlbək qazisi ikən h. 563-cü ilin rəbiəlaxir
ayında (yanvar 1168) batini-xaşxaşlərin sui-qəsdinə uğrayaraq şəhid olmuşdu. Cənazəsi
Dəməşqə gətirilərək burada dəfn edilmişdi
1917
.
Əbü’l-Həsən Əbdülmuhsin ibn Abdullah ibn Əbdülmuhsin Zəncani
Alim ailəsində dünyaya gəlmişdi. Atasından və əmisindən fiqh dərsləri almışdı. Daha
sonra Bağdada getmiş və Üseyd əl-Meyhəninin tələbəsi olmuşdu. Bağdad
mühəddislərindən hədis dinləyən Əbü’l-Həsən Zəncani Azərbaycana qayıtmışdı.
Zəncan qaziliyinə təyin edilmiş, bu vəzifəni icra etməklə yanaşı hədis və fiqh dərsləri
vermişdi. Ölüm tarixi h. 580-ci (1184-1194) illərə təsadüf edir
1918
.
Şeyx Zəhirəddin Əbü’l-Məhamid Mahmud ibn Übeydullah ibn Əhməd Zəncani
1916
İBN NÖQTƏ, Təqyid li-Mərifəti-Ruvat, s. 285.
1917
ƏSNƏVİ, Təbəqatu’ş-Şafi’iyyə, C. I, s. 307; NUEYMİ, Daris fi Tarixi’l-Mədaris, C. I, s. 317, 346.
1918
ƏSNƏVİ, Təbəqatu’ş-Şafi’iyyə, C. I, s. 307.
Şafi’i məzhəbinə mənsub fəqih və fütuvvət şeyxi idi. Onun atası qazi Əbu Muaz
Übeydullah Zəncani də yaşadığı dövrün tanınmış alimlərindən biri idi. H. 597-ci (1201)
ildə Dəməşqdə dünyaya gələn şeyx Zəhirəddin Mahmud Zəncani bu şəhərdə
yaşamışdı. O, şeyxü’ş-şüyux Şihabəddin Ömər Sührəvərdinin (öl. 1234) tələbəsi və
yaxın dostu olmuşdu. Şihabəddin Sührəvərdidən onun ‚Əvarifü’l-Məarif‛ adlı əsərini
dinləmişdi. Təsəvvüfə dair digər bir əsəri, Əbu Nəsr əs-Sərracın müəllifi olduğu ‚əl-
Lüma‘‛nı isə h. 623-cü (1226) ildə şeyx Əbdüssəlam əd-Dahiridən dinləmişdi.
Zəhirəddin Zəncani hafiz Bədrəddin Əbü’l-Xeyr Bədəl Təbrizi (öl. 1238), Əbü’l-Məali
Said kimi mühəddislərdən hədis dinləmiş, bu elm sahəsinə dair biliklərə yiyələnmişdi.
O, h. 674-cü ilin ramazan ayında (18 fevral-19 mart 1276) vəfat etmişdi. Şeyx Zəhirəddin
Mahmud Zəncani ilə görüşüb söhbət etmiş Şəmsəddin Zəhəbi ondan eşitdiyi aşağıdakı
hədisi əsərində qeyd etmişdi. Ömər ibn Xəttab (ا) dedi: Allah Rəsulu (م) buyurdular ki:
‚Məscidlərini (qızılla) bəzəyəcək olan millət necə də bəd əməllidir‛
1919
.
Bu hədis İbn Macənin müəllifi olduğu hədis külliyatında, ‚Məscidlər‛ (hədis Nr. 741)
bölümündə də qeyd edilmişdir. İbn Macənin ‚Sünən‛ini türkcəyə tərcümə etmiş
Heydər Xətiboğlu bu hədisi şərh edərkən əl-Heysəminin ‚Məcməü’z-Zəvaid‛ adlı
əsərinə istinadən hədisin nəql silsiləsindəki ravilərdən Əbu İshaqın tədlis
1920
etdiyini,
Cübarə ibnü’l-Muğlisin isə yalan danışdığının eşidildiyini qeyd etmişdir
1921
. Buna
baxmayaraq məscidlərin ifrat bəzədilməsi İslami nöqteyi-nəzərdən bəyənilən bir iş
deyildir. Bu haqda bir çox hədis mövcuddur.
Şəmsəddin Əbü’l-Məkarim Mənsur ibn Həsən ibn Mənsur Zəncani
Şəmsi-Zəncani ləqəbi ilə tanınan Əbü’l-Məkarim Mənsur Zəncani şafi’i məzhəbinə
mənsub fəqih idi. Bağdad Nizamiyyə mədrəsəsində təhsil almışdı. Təhsilini başa
vurduqdan sonra Bağdaddakı əs-Suqtiyyə mədrəsəsində dərs vermişdi. Tədris
fəaliyyəti ilə məşğul olduğu dövrdə Bağdadda əl-Qəsr camesində təşkil olunan elmi
1919
ZƏHƏBİ, Mu’cəmü’ş-Şüyux, C. II, s. 332.
[
َْٛك ِظآٍ اُٞكهْـ َو َّلاا ػه ٍّٞه َٔػ َءاٌَ آ
]
1920
Tədlis etmək-Ravinin nəql etdiyi hədisin gizli bir cəhəti, qüsuru olduğu halda belə bir cəhətinin, qüsurunun
olmadığını düşündürəcək formada həmin hədisi nəql etməsidir. Belə ravilərə müdəllis, yəni tədlisçi deyilir. Tədlisin
10-a yaxın növü var. Bu haqda daha ətraflı məlumat üçün bax: AYDINLI, həmin əsər, s. 152.
1921
İBN MACƏ, Sünən, C. II, s. 549.
diskussiyalarda iştirak edirdi. Əbü’l-Məkarim Mənsur Zəncani h. 599-cu ilin ramazan
ayında (may 1203) Bağdadda vəfat etmişdi
1922
.
Şeyx Əbu Müzəffər Əbdüssəməd ibn Hüseyn ibn Əbdülqəffar Zəncani
Mühəddis, abid və saleh insan idi. Bağdadda Əbü’l-Qasım Hibətullah ibn Muhəmməd
ibnü’l-Husayn əş-Şeybani (öl. 1131) və Əbü’l-Qasım Zahir ibn Tahir əş-Şihamidən hədis
dinləmişdi. Hafiz Əbu Bəkr əl-Hazimi onun tələbəsi olmuş və ondan imam Əhməd ibn
Hənbəlin (/) ‚Müsnəd‛ adlı hədis külliyatındakı hədisləri dinləmişdi. Alim h. 14
ramazan 581-ci ildə (8 dekabr 1185) vəfat etmişdi
1923
.
Əbu Cə’fər Muhəmməd ibn Mənsur ibn Muhəmməd Zəncani
Mühəddis və şafi’i məzhəbinə mənsub fəqih idi. Ömrünün son bir neçə ilini
Əstərabadda
1924
yaşamışdır. Mömin, fəzilət, zöhd və vəra’ sahibi insan idi. Əbu
Abdullah Muhəmməd ibn Cə’fər əl-Qəzai, Əhməd ibn İbrahim ibn Musa əd-Dəqqaq,
Əbu Muhəmməd Əbdürrəhman ibn Muhəmməd ibn Həsən əl-Farisidən hədis
dinləmişdi. Əbu Həfs Ömər ibn Muhəmməd ibn Həsən əl-Fərğuvali Mərvdə, Əbu Nəsr
Əbdülvəhhab ibn Əhməd ibn Əbdüssəlam Əstərabadda ondan hədis nəql etmişdilər.
Alim h. 480-cı (1087-1097) illərdə Əstərabadda vəfat etmişdi
1925
.
Şeyx İmadəddin İbrahim ibn Əbdülvəhhab ibn Əbü’l-Məali Zəncani
İmadi-Zəncani olaraq tanınan İbrahim ibn Əbdülvəhhab Zəncani yaşadığı dövrün
tanınmış fəqih və mühəddislərindən idi. O, h. 594-cü ildə (1198) Mərv şəhərinə gedərək
Fəxrəddin İsmayıl ibn Muhəmməd əl-Faşaninin (öl. 1206) tələbəsi olmuş və onun
yanında hədis elminə dair biliklərə yiyələnmişdi. İbnü’l-Fuvati İmadəddin Zəncanini
‚öz dövrünün yeganəsi, fəziltli insan, ədib, alim və fəqih‛ kimi sözlərlə yad etməkdə
1922
ƏSNƏVİ, Təbəqatu’ş-Şafi’iyyə, C. I, s. 308.
1923
İBN NÖQTƏ, Təqyid li-Mərifəti-Ruvat, s. 218.
1924
Əstərabad-İranın şimali-şərqində, Xəzər dənizinin cənubi-şərq sahilindən bir neçə km aralıda yerləşən şəhər.
1925
SƏM’ANİ, Kitabü’l-Ənsab, C. II, s. 328-329.
idi
1926
. İmadəddin Zəncani, Əbu Hamid Qəzzalinin şafi’i fiqhinə dair ‚əl-Vəciz‛ adlı
əsərinə iki cildlik şərh yazmışdı. Bundan başqa o, Qur’ani-Kərimin bəzi surələrinin
təfsirinə dair ‚Nəqavətü’l-Əziz‛ adlı əsərin də müəllifi idi. Alim h. 625-ci ilin şaban
ayında (iyul 1228) vəfat etmişdi
1927
.
Şeyx İzzəddin Əbü’l-Fəzail Əbdülvəhhab ibn İbrahim ibn Əbdülvəhhab ibn Əbü’l-
Məali Zəncani
XIII əsrin tanınmış filoloq və ədəbiyyatşünaslarından biri olan şeyx İzzəddin
Əbdülvəhhab Zəncani yuxarıda haqqında bəhs etdiyimiz İmadi-Zəncaninin (öl. 1228)
oğlu idi. Şeyx İzzəddin Zəncani Bağdaddan cənubda yerləşən Mədain şəhərində
dünyaya gəlmişdi. O, ‚Mə’ribu-İ’ma fi’s-Sihah‛, ‚Məğrib fi’l-Lüğə‛, ‚Me’yarü’ş-Şe’r‛,
‚Hadi fi’n-Nəhv və’s-Sərf‛, ‚Mübadi’ fi’t-Təsrif‛ və ‚Kitabü’l-İzz fi’t-Təsrif‛ adlı
əsərlərin müəllifi idi. Alim həmçinin İbnü’l-Hacib Düveyninin əsərinə də ‚Şərhü’l-
Kafiyyə‛ adlı şərh yazmışdır. Bunlardan ərəb dilinin qrammatikası sahəsində qələmə
alınmış ‚Kitabü’l-İzz fi’t-Təsrif‛ adlı əsər uzun müddət bütün İslam coğrafiyasındakı
mədrəsələrdə dərslik kimi istifadə olunmuşdur. Türkiyədəki əlyazma əsər
kitabxanalarında ‚Kitabü’l-İzz fi’t-Təsrif‛in yüzlərlə nüsxəsi mövcuddur. Bu əsər daha
çox ‚Təsrifü’l-İzzi‛ adı ilə tanınmışdır. ‚Kitabü’l-İzz fi’t-Təsrif‛in əlyazma
nüsxələrindən biri AMEA Əİ-nun fondunda mövcuddur
1928
. Bu əsərin əlyazma
nüsxələrindən biri də Qahirə Milli kitabxanasında saxlanılır. ‚Me’yarü’n-Nizar fi
İlmü’l-Əş’ar‛ da alimin qələmindən çıxmış əsərlərdəndir. Şeyx İzzəddin Zəncani h. 654-
cü ilin zilqədə ayında (dekabr 1256) Bağdadda vəfat etmişdi
1929
.
Hafiz Əbü’l-Qasım Sə’d ibn Əli ibn Muhəmməd Zəncani
Hədis hafizi, mühəddis idi. Təqribən h. 380-ci ildə (990) anadan olmuşdu. Şeyxü’l-
Həram adı ilə tanınan Əbü’l-Qasım Sə’d Zəncani Məkkədə məskunlaşmış, bu şəhərdə
1926
İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 652.
1927
ƏSNƏVİ, Təbəqatu’ş-Şafi’iyyə, C. I, s. 309.
1928
ŞƏRİFOV, Əbdülqəni Əfəndi..., s. 95.
1929
KATİB ÇƏLƏBİ, Kəşfü'z-Zünun, C. II, s. 213, 744, 918, 923, 1058; BAĞDADLI, İzahü’l-Məknun, C. II, 330;
BÜNYADOV, ‚Vidnıye Deyateli Azerbaydjana v Soçinenii İbn al-Fuvati‛, s. 61-67.
yaşamışdı. Hədis dinləmək və hədis dərsləri almaq üçün səyahət etmişdi. Doğma şəhəri
Zəncanda Muhəmməd ibn Əbu Übeyddən, Misirdə Əbu Abdullah Muhəmməd ibn
Nəzif əl-Fərra, Hüseyn ibn Maymun əs-Sədəfidən, Qəzzədə Əli ibn Səlamədən,
Dəməşqdə Əbdürrəhman ibn Yasir əl-Cəvbəri və Əbü’l-Qasım ibnü’t-Tubəyyizdən
hədis dinləmişdi. İmam Əbü’l-Müzəffər Mənsur ibn Əbdülcəbbar əs-Səm’ani, Əbu Bəkr
əl-Xətib, Məkki ibn Əbdüssəlam ər-Rumeyli, Hibətullah ibn Faxir, Əbü’l-Fəzl
Muhəmməd ibn Tahir əl-Məqdisi, Əbdülmün’im ibn Əbü’l-Qasım əl-Quşeyri, Əbu
Cə’fər Həmədani ondan hədis dinləmiş və nəql etmişdilər. Böyük hədis alimi kimi
onun şöhrəti sadəcə Məkkədə deyil, Misir və Şam diyarına da yayılmışdı. Məkkə əmiri
hafiz Əbü’l-Qasım Sə’d Zəncani haqqında ‚onun əlini öpənlərin sayı, hacərü’l-əsvədi
öpənlərdən çoxdur‛ demişdi. Alim h. 471-ci ildə (1078) Məkkədə vəfat etmişdi
1930
.
İzzəddin Əbu Muhəmməd Əbdülvəhhab ibn İbrahim ibn Muhəmməd əl-Xəraci
Zəncani
Yaşadığı dövrün tanınmış ədiblərindən idi. O, Zəncandan köçüb Təbrizdə
məskunlaşmışdı. Daha əvvəl (ehtimal ki, tələbəlik illərində-E.N) bir müddət Mosulda
yaşamış və burada şeyx Şəmsəddin ibn Xubbazın
1931
şəxsi katibi olmuş, onun diktə
etdiyi elmi və ədəbi əsərləri qələmə almışdı. İzzəddin Əbdülvəhhab Zəncani ümumi
dilçilik, ərəb dilinin qrammatikası, xitabət (ritorika), qafiyə (stilistika) haqqında bir sıra
əsərlərin müəllifi idi. Bunlardan biri də ‚Təzkirətü’l-Məcdiyyə‛ adlanır. Əvvəl
Xorasana, sonra isə Mavəraünnəhrə səyahət edən alim bir müddət Buxarada yaşamış,
sonra yenidən Təbrizə qayıtmışdı. İzzəddin Əbdülvəhhab Zəncani h. 660-cı (1262) ildə
vəfat etmişdi
1932
. Yuxarıda onun oğlu İmadəddin Əbü’l-Məkarim Muhəmməd Təbrizi
haqqında məlumat vermişik
1930
Əbü’l-Fərəc Əbdürrəhman ibn Əli İBNü’l-CƏVZİ, Sifətü’s-Səfvə, (Hzr. M. Dəfaxuri), C. II, s. 266-267, Beyrut 1985;
ZƏHƏBİ, İbər fi Xəbər mən Ğəbər, C. II, s. 48; SƏM’ANİ, Kitabü’l-Ənsab, C. II, s. 328-329. İBN ƏBDÜLHADİ, Təbəqatu-
Üləma, C. III, s. 367-368.
1931
Şeyx Şəmsəddin Əbu Abdullah Əhməd ibn Hüseyn ibn Əhməd ibn Xubbaz əl-Ərbili (öl. 1273) yaşadığı dövrün
tanınmış filoloq və ədəbiyyatşünaslarından biri olmuşdu. O, ‚Nihayə fi’n-Nəhv‛, ‚Fihristü’l-Kitabü’n-Nəhvi’l-
Mutəbəvvi’ə‛ adlı əsərlərin müəllifi idi.
1932
BÜNYADOV, həmin məqalə.
NƏTİCƏ
Bilindiyi kimi qədim yunan mifologiyasında Prometey politeist yunanların tanrılarına
qarşı silah kimi istifadə etmələri üçün insanlara odu vermişdi. İnsanlar bu od sayəsində
qaranlıqdan aydınlığa çıxmış, onları əsir etmək istəyən qara qüvvələrlə mübarizə
aparmışdılar. Maddi (elm-düşüncə) və mənəvi (vəhy-din) alovların işığının birgə
aydınlatdığı yol bəşəriyyəti uğura, yeniliklərə və sonsuz səadətə aparan yoldur. Bu
mənada hər bir yenilikçi insan müəyyən mənada Prometeydir, qaranlıqları aydınladan
alovu yandırandır. Muhəmməd (م), İsa (×), Musa (×), İbrahim (×) və digər
peyğəmbərlər, Farabi, İbn Sina, Biruni, İbn Teymiyyə, İbn Rüşd, Konfiçus, Solon,
Kopernik, Nyuton, Eynişteyn, Edison və daha kimlər, kimlər. Ziyalılar tarixin bütün
dövrlərində millətlərin və cəmiyyətlərin düşünən beyni, lokomotivi, aparıcı qüvvəsi
olmuşdurlar. Hər bir mütəfəkkir, alim yaşadığı cəmiyyətin, mənsub olduğu millətin və
mədəniyyətin tərəqqisinə öz töhfəsini verməklə əslində bəşər mədəniyyəti
adlandırdığımız nəhəng binaya bir qızıl kərpic qoymuşdur. Təfəkkürləri ilə aid
olduqları sivilizasiyaya nəfəs verən nadir şəxslər təfəkkürlərinin məhsulu olan əsərlər
sayəsində həm də əsrlər boyu yaşamağa müvəffəq olmuşdurlar. Bu əsərdə biz orta
əsrlərdə Azərbaycanın, eləcə də İslam coğrafiyasındakı bir sıra ölkələrin dini, elmi və
mədəni həyatında mühüm rol oynamış, düşüncələri və əsərləri ilə keçmişdən
günümüzə səslənə bilmiş insanların tərcümeyi-hallarını qələmə aldıq. Haqqında
məlumat verdiyimiz şəxslər arasında Azərbaycanda, eləcə də bütün cənubi Qafqazda
İslamın yayılmasında mühüm rol oynamış alimlər də mövcuddur. Bu baxımdan orta
əsrləri siyasi baxımdan olduğu kimi elmi-mədəni tərəqqi baxımından da Azərbaycan
tarixinin ən parlaq dövrü hesab etmək olar. Düşünürəm ki, bu sahədə hələ görüləcək
işlər kifayət qədər çoxdur.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏLƏR
Əlyazma Əsərlər
ANONİM, Həyakilü’n-Nur Müəllifi Şeyx Sührəvərdi Həzrətlərinin Fəlsəfəsi, KBYEK, Nr.
1792.
ANONİM, Mu’cəmü’ş-Şüyux minə’r-Rical və’n-Nisa, KSU Library, Nr: 3065.
BEYHƏQİ, Zəhirəddin Əli ibn Zeyd, Tətimmət Səuanü’l-Hikmə, AMEA Əİ Fondu, Nr:
Fp-744.
İBN KƏSİR əl-ƏNSARİ, Əbu İbrahim İsmayıl ibn Cə’fər, Zeyl Təbəqatü’l-Füqəhai’ş-
Şafi’iyyə,
http://www.way2wannah.com
ŞUŞTƏRİ, Qazi Seyyid Nurullah, Məcalisü’l-Mu’minin, AMEA Əİ Fondu, Nr. D
106/10083.
XINALIZADƏ, Əlaəddin Əli ibn Əmrullah, Təbəqatü’l-Hənəfiyyə, Hacı Mahmud Əfəndi
Kitabxanası, Nr: 4662.
Nəşr Olunmuş Əsərlər
AHMADOV, Shahı, Azerbaycan’da Şiîliğin Yayılma Süreci, Ankara 2005.
ANONİM, Əcaibü’d-Dünya, (Trc. L. Smirnova), Moskva 1993.
ANONİM, Hüdudü’l-Aləm minə’l-Məşriq ilə’l-Məğrib, (Nşr. Y. əl-Hadi), Qahirə 1999.
ANONİM, Tuhfətü’l-İxvan dər Bəyani-Üsuli-Fütuvvət və Adabi-Fityan, (Nşr. M. Damadi),
Tehran 1351.
AQSARAYİ, Kəriməddin Mahmud, Müsamərətü’l-Əxbar və Müsayərətü’l-Əxyar, (Nşr. O.
Turan), Ankara 1944.
ARTAMONOV, Mixail, İstoriya Xazar, Leninqrad 1962.
ASİMİ, Əbdülməlik əl-Məkki, Səmtü’n-Nücumu’l-Əvali fi Ənbai’l-Əvail və’t-Təvali, (Hzr.
A. Ə. Əbdülmövcud-Əvəz Ə. M), Beyrut 1998.
AŞURBƏYLİ, Sara, Şirvanşahlar Dövləti, VI-XVI əsrlər, Bakı 2006.
AYDINLI, Abdullah, Hadis Istılahları Sözlüğü, İstanbul 1987.
BAĞDADİ, Əbu Bəkr Muhəmməd ibn Əbdülqəni, Təkmilətü'l-İkmal, (Nşr. Ə.
Əbdülqəyyum), C. I-VI, Məkkə 1410.
BAĞDADİ, Xətib Əhməd ibn Əli, Əsmai’l-Mübhəmə fi’l-Ənbai’l-Məhkəmə,
www.almeshkat.net
.
____________, Tarixu-Mədinətü’s-Səlam Bağdad, C. I-XIV, Qahirə 1931.
BAĞDADLI, İsmayıl Paşa, Hədiyyətü’l-Arifin Əsmai’l-Müəllifin və Asarü’l-Müsənnifin,
(Hzr. R. Bilge-İnal M. K),C. I, İstanbul 1951.
____________, Hədiyyətü’l-Arifin Əsmai’l-Müəllifin və Asarü’l-Müsənnifin, (Hzr. R. Bilge-
İnal M. K), C. II, İstanbul 1955.
____________, İzahü’l-Məknun fi’z-Zeyli ələ Kəşfü’z-Zünun, (Nşr. M. R. Kilisli-Yaltkaya Ş),
C. I, II, İstanbul 1945.
BAKIXANOV, Abbasqulu ağa, Gülüstani-İrəm, Bakı 1951.
BAKUVİ, Əbdürrəşid ibn Saleh ibn Nuri, Təlxisü’l-Asar və Əcaibü’l-Məlikü’l-Qəhhar, (Trc.
Z. Bünyadov), Bakı 1992.
BARANOV, X. K., Arabsko-Russkiy Slovar, Moskva 2007.
____________, Soçineniya, C. II/1, Moskva 1963.
____________, Soçineniya, C. III, Moskva 1965.
BAYRAM, Mikail, Ahi Evren ve Ahi Teşkilatının Kuruluşu, Konya 1991.
____________, Şeyh Evhaü’d-Din El-Kirmânî ve Menâkıb-Nâmesi, Konya 2006.
BƏLAZURİ, Əbü’l-Abbas Əhməd ibn Yəhya, Fütuhü’l-Büldan, (Nşr. A. ət-Təbba),
Beyrut 1987.
BEYHƏQİ, Əbu Bəkr Əhməd ibn Hüseyn, Məvsusətu-Ricali’s-Sünəni’l-Kübra, Qahirə
(trz).
BİDLİSİ, Şərəfxan ibn Şəmsəddin, Şərəfnamə, (Trc. Y. Vasilyeva), C. II, Moskva 1976.
____________, Şərəfnamə, (Trc. Y. Vasilyeva), C. I, Moskva 1969.
BİRUNİ, Əbu Reyhan Muhəmməd ibn Əhməd əl-Xarəzmi, Asarü’l-Baqiyə əni’l-Qüruni’l-
Xaliyə, Leipzig 1878.
BROCKELMANN, Carl, Geschıchte der Arabıschen Lıtteratur, E.S, C. I-II, Leiden 1937.
BURSALI, Mehmed Tahir, Osmanlı Müəllifləri, C. I-II, İstanbul 1333.
____________, Osmanlı Müəllifləri, C. III, İstanbul 1342.
BUXARİ, Muhəmməd ibn İsmayıl, Ədəbü’l-Müfrəd, C. I-II, (Nşr. A. F. Yavuz), İstanbul
1974.
BÜNYADOV, Ziya, Azərbaycan Atabəyləri Dövləti, Bakı 1985.
____________, Azərbaycan VII-IX Əsrlərdə, Bakı 1989.
____________, İzbrannıye Soçineniya, C. III, Bakı 1999.
CAHEN, Claud, Osmanlılardan Önce Anadoluda Türkler, (Trc. Y. Moran), İstanbul 1994.
CAMİ, Əbdürrəhman, Nəfəhatü’l-Üns min Həzəratü’l-Qüds, İstanbul 1279.
CANAN, İbrahim, Kutubi-Sitte, Tercüme ve Şerhi, C. I-XVIII, Akçağ Yayınları 2004
CƏNDİ, Bəhaəddin Muhəmməd ibn Yusif, Süluk fi Təbəqati’l-Üləma və’l-Müluk, (Nşr. M.
Həvali), C. I, Səna 1995.
ÇAĞATAY, Neşet, Bir Türk Kurumu Olan Ahilik, Ankara 1974.
____________, İslam Dönemine Dek Arap Tarihi, Ankara 1989.
ÇƏHARDEHİ, Mürtəza Müdərris, Tarixi-Fəlsəfeyi-İslam, C. I, Tehran 1347.
DAVUDİ, Şəmsəddin Muhəmməd ibn Əli, Təbəqatü’l-Müfəssirin, C. I, Qahirə (trz).
DE SLANE, Mac Guckin, Catalogue des Manuscrits Arabes, Paris 1883-1895.
DƏVADARİ, Əbu Bəkr ibn Abdullah ibn Aybək, Kənzü’d-Dürər və Camiü’l-Ğürər, (Nşr.
S. Ə. Aşur), C. I-VIII, Qahirə 1972.
DEYLƏMİ, Əbu’ş-Şüca Şiruyə ibn Şəhrdar əl-Həmədani, Firdəvsu’l-Əxbar, C. I, Dəməşq
1997.
DİMƏŞQİ, Şəmsəddin Əbu Abdullah Muhəmməd əl-Ənsari, Nuxbətü’d-Dəhr fi Əcaibü’l-
Bərr və’l-Bəhr, (Nşr. A. Mehren), Leipzig 1923.
ƏBBADİ, Muhəmməd ibn Əhməd, Zeyl Təbəqatü’l-Füqəhai’ş-Şafi’iyyə, (Nşr. Ə. Haşim-
Əzb M), Qahirə (trz).
ƏBDİZADƏ, Hüseyn Hüsaməddin, Tarix-i Amasya, C. I, İstanbul 1327-1330.
____________, Tarix-i Amasya, C. III, İstanbul 1927.
ƏBÜ’L-FİDA, İmadəddin İsmayıl ibn Əli, Kitabü’t-Tibrü’-Məsbuk fi Təvarixi’l-Müluk,
(Nşr. M. Əzəb), Qahirə 1990.
____________, Təqvimü’l-Büldan, (Nşr. M. Reinaud-De Slane McG.), Paris 1840.
ƏDNİRƏVİ, Əhməd ibn Muhəmməd, Təbəqatü’l-Müfəssirin, Beyrut (trz).
ƏFLAKİ, Əhməd, Ariflerin Menkıbeleri, (Trc. T. Yazıcı), C. I-II, İstanbul 1989.
ƏHƏRİ, Əbu Bəkr əl-Kutubi, İstoriya Şeyxa Uveysa, Bakı 1984.
ƏHMƏDOV, Qara, Qədim Beyləqan, Bakı 1997.
ƏKFANİ, Hibətullah ibn Əhməd, Zeylu-Zeyl Tarixi-Məvlidi’l-Üləma və Vəfayatihim, (Nşr.
A. Həməd), Riyad 1409.
ƏLİ, Cavad, Müfəssəl fi Tarixü’l-Ərəb Qəblə’l-İslam, C. I, II, Bağdad 1993.
ƏNDƏLÜSİ, Əbü’l-Həsən ibn Abdullah ən-Nəbahi, Tarixu Quzatu’l-Əndəlus, Beyrut
1983.
ƏNSARİ, Əbu Muhəmməd Abdullah ibn Muhəmməd, Təbəqatu’l-Mühəddisin bi-İsbəhan
və’l-Varidin Əleyha, Beyrut 1989.
EROĞLU, Cengiz-Murat BABUÇOĞLU-KÖÇER, Mehmet, Osmanlı Vilayet
Selnamelerinde Halep, Anrara 2007.
ƏSNƏVİ, Cəmaləddin Əbdürrəhim ibn Həsən, Təbəqatu’s-Şafi’iyyə, C. I-II, Beyrut 1987.
ƏYNİ, Bədrəddin Mahmud, İqdü’l-Cüman fi Tarixi Əhlü’z-Zəman, Qahirə 1987.
FAHRİ, Macit, İslam Felsefesi Tarihi, İstanbul 1998.
FAZİLİ, Abdulla, Atropatena er.əv. IV-er. VII əsri, Bakı 1992.
FƏHMİ, Əbdüssalam Əbdüləziz, Tarixu’d-Dövləti’l-Moğoliyyə fi İran, Qahirə 1981.
GÖLPINARLI, Abdülbaki, Mevlana Celaleddin, İstanbul 1959.
____________, Mevlana Müzesi Yazmalar Kataloğu, C. I, Ankara 1967.
____________, Yunus Emre ve Tasavvufu, İstanbul 1992.
GÖYÜŞOV, Rəşid, Azərbaycan Arxeologiyası, Bakı 1983.
HACIYEV, Qasım, Bərdə Şəhəri, Coğrafi, Siyasi və Mədəni Tarixi, Bakı 2008.
HƏLƏBİ, Əli Əsğər, Tarixi-Fəlasifəyi-İran, Əz Ağaze-İslam ta İmruz, Tehran (Trz).
HƏMƏVİ, Şihabəddin Yaqut ibn Abdullah ər-Rumi, İrşadü’l-Ərib, Dəməşq 1980.
____________, Mu’cəmü’l-Büldan, C. I-VII, Beyrut (trz).
HƏMİDULLAH, Muhəmməd, Vəsaiqü’s-Siyasiyyə, Beyrut 1985.
HƏNBƏLİ, Əbdürrəhman ibn Əlməd ibn Rəcəb, Zeyl Təbəqatu’l-Hənabilə, C. I, Qahirə
1952.
HİDAYƏT, Rzaqulu Xan, Riyazü’l-Arifin, Tehran 1305.
HİMYƏRİ, Cəmaləddin Abdullah Təyyib ibn Abdullah ibn Əhməd, Nisbə ilə’l-Məvazi’
və’l-Büldan, C. I, Beyrut (trz).
HOCAZADE, Ahmed Hilmi, Seyyid Yahya eş-Şirvani, İstanbul 1319.
HÜSEYNİ, Əbdülhəyy ibn Fəxrəddin, Nüzhətü’l-Xəvatir və Behcətü’l-Məsami’ və’n-
Nəvazir, Beyrut 1999.
İBN BATTUTA, Muhəmməd ibn Abdullah, Rıhlə, C. I-II, Qahirə 1322.
İBN BİBİ, Hüseyn ibn Muhəmməd, Əvamirü’l-Əlaiyyə fi Umuri’l-Əlaiyyə, (Nşr. A. S.
Erzi), Ankara 1956.
____________, Əxbari-Səlacuqe-Rum, (Nşr. M.C.Məşkur), Tehran 1971.
İBN ƏBDÜLHADİ, Əbu Abdullah ibn Muhəmməd ibn Əhməd əd-Diməşqi, Təbəqatu-
Üləmai’l-Hədis, C. I-IV, (Nşr. Ə. Buşi-Zeybəq İ), Beyrut 1997.
İBN ƏBİ ÜSEYBİYƏ, Müvəffəqəddin Əbü’l-Abbas, Üyunü’l-Ənba fi Təbəqatü’l-Ətibba,
Beyrut (trz).
İBN ƏBİ YƏ’LA, Əbü’l-Hüseyn Muhəmməd ibn Muhəmməd, Təbaqatü’l-Hənabilə,
Qahirə 1952.
İBN ƏBÜ’l-VƏFA, Muhyəddin Əbu Muhəmməd Əbdülqadir əl-Quraşi, Cəvahirü’l-
Muziyyə fi Təbəqatü’l-Hənəfiyyə, C. I-V, Beyrut 1993.
İBN ƏRƏBŞAH Şihabəddin Əhməd, Əcaibü’l-Məqdur fi Tarixi-Teymur, (Trc. H.
Bababekov), Daşkənd 2007.
İBN ƏSAKİR, Əbü’l-Qasım Əli ibn Həsən, Mu’cəmü’ş-Şüyux, (Nşr. S. əş-Şihabi), Dəməşq
1980.
____________, Tarixu-Mədinəti-Diməşq, (Nşr. M. Əmrəvi), C. I-LXXX, Beyrut 1995-2000.
İBN FƏQİH, Əhməd ibn Muhəmməd əl-Həmədani, Kitabü'l-Büldan, (Nşr. M. De Goeje),
Leiden 1885.
İBN FƏRHUN, Əbu Muhəmməd Fərhun ibn Muhəmməd Tunisi, Dibacü’l-Müzəhhəb fi
Mə’rifəti Ə’yani-Üləmai’l-Məzhəb, Qahirə 1972.
İBN FƏZLAN, Əhməd, Səyahətnamə, (Nşr. R. Şeşen), İstanbul 1995.
İBN HƏCƏR, Əhməd ibn Əli əl-Əsqəlani, Dürərü’l-Kaminə fi Əyanü’l-miəti’s-saminə, C. I-
III, Heydərabad 1929.
____________, İbnai’l-Ğumr bi Əbnai’l-Umr, C. II, Heydərabad 1968.
____________, Lisanü’l-Mizan, C. I-VII, Beyrut 1986.
____________, Nüzhətü’l-Əlbab fi’l-Əlqab, (Nşr. Ə. Sudeyri), Riyad 1989.
____________ , Rəfi‘ü’l-İsr ən Quzat Misir, London 1908.
İBN HİBBAN, Əbu Hatim Muhəmməd ət-Təmimi əl-Busti, Kitabu’s-Suqat, C. I-IX,
Heydərabad 1975.
İBN KƏSİR, İmadəddin İsmayıl ibn Ömər, Bidayə və'n-Nihayə, (Trc. M. Keskin), C. I-XIV,
İstanbul 1994.
İBN MACƏ, Əbu Abdullah Muhəmməd ibn Yəzid əl-Qəzvini, Sünən, (Trc. H.
Hatipoğlu), C. I-IX, İstanbul 1983.
İBN MAKULA, Əbu Nəsr Əli ibn Hibətullah, İkmal, C. I-II, Qahirə 1976.
İBN MİSKƏVEYH, Əbu Əli Muhəmməd ibn Muhəmməd, Təcaribü’l-Üməm, (Trc. H.
Amedroz), C. IV, V, London 1921.
İBN MÜLQİN, Siracəddin Ömər ibn Əli, Təbəqatü’l-Əvliya,
www.balligho.com
.
İBN NƏZİF, Əbü’l-Fəzl Muhəmməd əl-Həməvi, Təlxisü’l-Kəşf və’l-Bəyan fi Həvadisü’z-
Zaman, (Hzr. Ə. Dəvdəv), Dəməşq 1981.
İBN NÖQTƏ, Əbu Bəkr Muhəmməd ibn Əbdülqəni Bağdadi, Təqyid li-Mə’rifəti-
Ruvatü’s-Sünən və’l-Əsanid, Beyrut 2001.
İBN QAZİ ŞUHBƏ, Əbu Bəkr ibn Əhməd ibn Muhəmməd əd-Diməşqi, Təbəqatü’ş-
Şafi’iyyə, (Nşr. H. Əbdüləlim Xan), C. I-III, Heydərabad 1978.
İBN QUDAMƏ, Müvəffəqəddin Abdullah əl-Muğni, Kitabu’s-Siəm,
www.islamweb.net
İBN QUTLUBUĞA, Zeynəddin Əbü’l-Ədl Qasım əl-Misri, Tacü’t-Tərcim fi Təbəqatü’l-
Hənəfiyyə, Bağdad 1962.
İBN RAFİ’, Təqiyyəddin Muhəmməd, əl-Vəfayat, Dəməşq 1986.
İBN ŞAKİR, Səlahəddin Muhəmməd əl-Kutubi, Fəvatü’l-Vəfayat, (Nşr. M. Əbdülhəmid),
C. I-II, Qahirə, 1951.
İBN ŞƏDDAD, Bəhaəddin Yusif ibn Rafi, Sirətü’s-Sultanü’l-Malikü’n-Nasir Səlahəddin,
(Nşr. A. Schultens), Leiden 1755.
İBN TAĞRIBİRDİ, Cəmaləddin Əbü’l-Məhasin Yusif, Mənhəlü’s-Safi və’l-Müstəvfi bə’də’l-
Vafi, (Nşr. M. M. Əmin), C. I-II, Qahirə 1984.
____________, Nücumu’z-Zahirə fi Müluki-Misr və’l-Qahirə, C. I-IV, Qahirə 1930.
İBN TEYMİYYƏ, Təqiyəddin Əbü’l-Abbas Əhməd, Hüseyn b. Mansur el-Hallac, (Trc. M.
Bayram), Konya (trz).
____________, Kitabü’l-İman, (Trc. S. Uçan), İstanbul 1994.
İBN TOLON, Şəmsəddin Muhəmməd ibn Əli əs-Sahili, Səğru’l-Bəssam fi Zikri mən Vəlyə
Qəza‘u’ş-Şam, Beyrut 1956.
İBN XƏLDUN, Vəliyəddin Əbdürrəhman, Kitabü’l-İbər və Divanü’l-Mübtəda və’l-Xəbər,
C. I, Beyrut 1979.x
İBN XƏLLİKAN, Şəmsəddin Əhməd, Vəfayatü’l-Əyan və Ənba Əbnaü’z-Zaman, C. I-VII,
Beyrut 1974.
İBN XORDADBEH, Əbü’l-Qasım Übeydullah ibn Əhməd, Məsalikü’l-Məmalik, Leiden
1889.
İBNü’l-ADİM, Kəmaləddin Ömər ibn Əhməd, Buğyətü’t-Tələb fi Tarixi-Hələb, (Nşr. S.
Zəkkar), C. I-III, Beyrut 1987.
İBNü’l-CƏVZİ, Əbü’l-Fərəc Əbdürrəhman ibn Əli, İ’lili’l-Mütənahiyə, C. II, Beyrut (trz).
____________, Müntəzəm fi’t-Tarixi’l-Müluk və’l-Üməm, (Nşr. M. Ə. Əta-Əta M. Ə), C. I-
XIX, Beyrut 1992-1993.
İBNü’l-CƏVZİ, Əbü’l-Fərəc Əbdürrəhman ibn Əli, Sifətü’s-Səfvə, (Hzr. M. Dəfaxuri), C.
II, Beyrut 1985.
İBNü’l-CƏZƏRİ, Şəmsəddin Muhəmməd, Qayətü’n-Nihayə fi Təbəqatü’l-Qurra, Beyrut
2006.
İBNü’l-Ə’SƏM, Əhməd əl-Kufi, Fəthlər Kitabı, (Trc. Z. Bünyadov), Bakı 1995.
İBNü’l-ƏNBARİ, Kəmaləddin Əbü’l-Bərəkat Əbdürrəhman, Nuzhətü’l-Əlba fi Təbəqatü’l-
Üdəba, Zərqa 1985.
İBNü’l-ƏSİR, İzzəddin Əli, Kamil fi’t-Tarix, (Trc. A. Ağırakça-Özaydın A), C. I-XII,
İstanbul 1987.
____________, Lübabfi Təhzibü’l-Ənsab, C. I-III, Bağdad (trz).
İBNü’l-ƏZRAQ, Əbu Abdullah Muhəmməd, Bidai’s-Sülk fi Təbai’l-Mülk, (Nşr. Ə.
Nəşşar), C. I, Dəməşq 2006.
İBNü’l-FUVATİ, Kəmaləddin Əbü’l-Fəzl Əbdürrəzzaq ibn Əhməd, Həvadisü’l-Camiə’
və’t-Təcaribü’n-Nafiə’, (Nşr. M. Cavad), Bağdad 1351.
____________, Məcməü’l-Adab fi Mu’cəmü’l-Əlqab, C. IV/2, (Nşr. M. Cavad), Dəməşq
1963.
____________, Məcməü’l-Adab fi Mu’cəmü’l-Əlqab, C. IV/3, (Nşr. M. Cavad), Dəməşq
1965.
İBNü’l-İBRİ, Əbü’l-Fərəc Qriqoriy, Tarixu Müxtəsərü’d-Düvəl, Beyrut 1992.
İBNü’l-İMAD, Əbdülhəyy ibn Əhməd, Şəzəratü’z-Zəhəb fi Əxbari mən Zəhəb, (Nşr. Ə.
Arnavud), C. I-X, Dəməşq 1986-1991.
İBNü’l-QEYSƏRANİ, Əbü’l-Fəzl, Ənsabü’l-Müttəfiqə, Bağdad 1970.
İBNü’l-VERDİ, Siracəddin Əbü’l-Həfs Ömər, Xəridətü’l-Əcaib və Fəridətü’l-Qəraib, (Nşr.
A. Bədravi), Beyrut 1970
İBNÜ’n-NƏDİM, Muhəmməd ibn İshaq, əl-Fihrist, (Nşr. R. Təcəddüd), Beyrut 1978.
İBNü’s-SABUNİ, Cəmaliddin Muhəmməd, Təkmilətü’l-İkmalü’l-İkmal fi’l-Ənsab, (Nşr. M.
Cavad), Bağdad 1957.
İBNü'l-MÜRTƏZA, Əhməd ibn Yəhya, Kitab Təbəqatü’l-Mu’təzilə, Beyrut 1987.
İDRİSİ, Şərif Əbü’l-Həsən Muhəmməd, Nüzhətü’l-Müştaq fi İxtiraqi’l-Afaq, Riyad 1989.
İRAQİ, Əbü’l-Fəzl Əbdürrəhim ibn Hüseyn, Zeyl Mizanü’l-Etidal, (Nşr. M. Müəvvəz-
Əbdülmövcud A. Ə), Beyrut 1995.
İSBƏHANİ, Əbu Nueym Əhməd ibn Abdullah, Hilyətü’l-Əvliya və Təbəqatü’l-Əsfiya, C.
I-XII, Beyrut 2007.
____________, Zikr Əxbaru-İsbəhan, C. I-II, Leiden 1934.
İSFƏHANİ, Əbu Bəkr Muhəmməd ibn İbrahim, Mu’cəmü’ş-Şüyux, C. I-III,
www.balligho.com
.
İSFƏHANİ, Əbu Tahir Əhməd ibn Muhəmməd əs-Süləfi, Ərbəinü’l-Büldaniyyə, (Hzr. A.
Rabih), Dəməşq 1992.
____________, Mu’cəmü’s-Səfər, Məkkə (trz).
İSTƏXRİ, İbrahim ibn Muhəmməd, Məsalikü’l-Məmalik, Leiden 1927.
İZMİRLİ, İsmayıl Hakkı, İslam’da Felsefe Akımları, (Nşr. N.A. Özalp), İstanbul 1995.
KAFESOĞLU, İbrahim, Harezmşahlar Devleti Tarihi, Ankara 1992.
KALANKATUKLU, Moisey, Albaniya Tarixi, (Trc. Z. Bünyadov), Bakı 1993.
KALLEK, Cengiz, Asrı-Saadette Yönetim Piyasa İlişkisi, İstanbul 1997.
KANAR, Mehmet, Büyük Farsça-Türkçe Sözlük, İstanbul 1993.
KATİB ÇƏLƏBİ, Hacı Xəlifə, Kəşfü’z-Zünun ən Əsami’l-Kütb və’l-Fünun, C. I-II, İstanbul
1311.
KƏHHALƏ, Ömər Rza, Mu’cəmü’l-Müəllifin, C. I-IV, Beyrut 1993.
KƏTTANİ, Əbu Muhəmməd Əbdüləziz, Zeyl Tarixi-Məvlidi’l-Üləma və Vəfayatihim, (Nşr.
A. Həməd), Riyad 1409.
KİNANİ, Əbü’l-Həsən Əli ibn Muhəmməd, Tənzihü’ş-Şəri’ətü’l-Mərfuə, C. I, Beyrut 1982.
KLEVTSOVA, S., Russko-Persidskiy Slovar, Tehran 1374.
KONYALI, İbrahim Hakkı, Konya Tarihi, Konya 1964.
KUTALMIŞ, Orhan Güdül, Türkçe İnsan Adları ve Anlam-kökenleri,
www.kitablar.org
.
MAHMUDOV, Malik, Ərəbcə Yazmış Azərbaycanlı Şair və Ədiblər VII-XII Əsrlər, Bakı
2006.
MATTHİEU D’ÉDESSE, Chronique, (Nşr. E. Dulaurier), Paris 1858.
MAY, Timothy, Chormaqan Noyan: The First Mongol Military Governor in the Middle East,
Indiana 1996.
MƏMMƏDOV, Zakir, Orta Əsr Azərbaycan Filosof və Mütəfəkkirləri, Bakı 1986.
MƏQDİSİ, Şəmsəddin Muhəmməd əl-Bəşşari, Əhsənü’t-Təqasim fi Mərifəti’l-Əqalim,
Tehran 2006.
MƏQDİSİ, Şihabəddin Əbu Şamə Əbdürrəhman ibn İsmayıl, Rəvzəteyn fi Əxbari’d-
Dövləteyn, (Nşr. İ. Zeybəq), Beyrut 1997
____________, Təracim Ricali’l-Qərneynü’s-Sadis və’s-Sabi’, Beyrut (trz).
MƏQRİZİ, Təqiyəddin Əhməd ibn Əli, Dürərü’l-Uqudu’l-Fəridə fi Təracimü’l-Ə’mali’l-
Müfidə, (Hzr. A. Dərviş-əl-Misri M), C. I, Dəməşq 1995.
____________, Kitabu’s-Süluk fi Mərifəti-Düvəl və’l-Müluk, C. I-III, Beyrut 1997.
____________, Kitabü’l-Müqəffai’l-Kəbir, (Nşr. M. ibn Təlhə), C. I-VIII, Beyrut 1991.
MƏS’UDİ, Əbü’l-Həsən Əli, Mürucü’z-Zəhəb və Mə’adini’l-Cəvhər, (Nşr. M.M.
Əbdülhəmid), C. I-II, , Beyrut 1973.
MƏS’UDİ, Əbü’l-Həsən Əli, Tənbih və’l-İşraf, Beyrut 1981.
MICHEL le SYRIEN, Chronique, (J.B. Chabot), C. II, III, Paris 1905.
MİNORSKİY, Vladimir, İstoriya Şirvana i Derbenta X-XI vekov, (Trc.A.Əlizadə), Moskva
1963.
____________, Tarixi-Təbriz, (Trc. Ə. Karəng), Tehran 1337.
MİRXOND, Hamidəddin Muhəmməd ibn Xondşah, History of the Early Kings of Persia,
(Trc. D. Shea), London 1832.
MURADİ, Muhəmməd Xəlil, Sülukü'd-Dürər fi Əyanü'l-Qərni's-Sani Əşər, C. I-II, Beyrut
1997.
MÜDƏRRİS, Mirzə M. Əli, Reyhanətü’l-Ədəb, C. I, Təbriz (Trz).
MÜNZƏVİ, Əli Təqi, Fərhəngnaməyi Ərəbi bə Farsi, Tehran 1337.
MÜSLİM, Əbü’l-Hüseyn ibnü’l-Həccac əl-Quşeyri Nişapuri, Səhih, (Trc. A. Davutoğlu),
C. I-IX, İstanbul 1968.
MÜŞTƏRƏK, A Title Catalogue of Persian Manuscripts in the National Library Till 1963, C. I,
Kahire 1966.
MÜŞTƏRƏK, Azərbaycan Tarixi, Bakı 1994.
MÜŞTƏRƏK, Fehriste-Kitabxaneyi-Astanqüdse-Rezəvi, C. XI, Tehran 1926.
MÜŞTƏRƏK, Fihris Mahtutat-ı Mektebet-i Köprülü, (Nşr. E. İhsanoğlu), C. II, İstanbul
1986.
MÜŞTƏRƏK, İstoriya İrana s Drevneyşix Vremyon do Kontsa XVIII veka, Leninqrad 1958.
MÜŞTƏRƏK, Qarabağnamələr, C. I, Bakı 1989.
MÜŞTƏRƏK, Qarabağnamələr, C. II, Bakı 1991.
MÜŞTƏRƏK, Türk ve İslam Ansiklopedisi, C. II, Tercuman Tarih ve Kültür Yayınları 1979.
NƏFİSİ, Səid, Tarixi-Nəzm və Nəsr dər İran və dər Zebane-Farisi, C. I-II, Tehran 1344.
NƏSƏVİ, Muhəmməd ibn Əhməd, Siyrətü’s-Sultan Cəlaləddin Məngübərti, (Nşr. Ə.
Həmdi), Qahirə 1952.
NƏSİROV, Elnur, Raşidi Xəlifələr Dövründə Azərbaycanın Fəthi, Bakı 2006.
____________, XIII Yüzyıl Başlarında Anadolu-Azerbaycan İlişkileri, Konya 2003.
NƏVAYİ, Əlişir, Nəsayimü’l-Məhəbbə min Şəmayimü’l-Fütuvvə, (Nşr. K. Eraslan), İstanbul
1979.
NİŞANCI, Mehmed paşa, Hadisat, İstanbul 1983.
NUEYMİ, Əbdülqadir ibn Muhəmməd əd-Diməşqi, Daris fi Tarixi’l-Mədaris, C. I-II,
(Nşr. Ş. İbrahim), Beyrut 1990.
ONULLAHİ, Seyidağa, XIII-XVII Əsrlərdə Təbriz Şəhəri, Bakı 1982.
ORMANIAN, Malachia, The Church of Armenia, (Trc. M. Gregory), London 1910.
ÖVLİYA ÇƏLƏBİ, Mehmed Zılli ibn Dərviş, Səyahətnamə, (Nşr. Ə. Cəvdət), İstanbul
1314.
PARMAKSIZOĞLU, İsmet, Türkiye Yazmaları Toplu Kataloğu, C. III, İstanbul 1984.
PARMAKSIZOĞLU, İsmet-Abdullah UYSAL, Türkiye Yazmaları Toplu Kataloğu, C. IV,
İstanbul 1984.
PEÇEVİ, İbrahim, Tarixi-Peçevi, C. I-II, İstanbul 1281.
PETRUŞEVSKİY, İlya P., Oçerki po İstorii Feodalnıx Otnoşeniy v Azerbaydjane i Armenii v
XVI-XIX vv, Leninqrad 1949.
PİRİYEV, Vaqif, Azərbaycanın Tarixi-Siyasi Coğrafiyası, Bakı 2006.
QANZAKETSİ, Kirakos, İstoriya Armenii, (Trc. L. Xanlaryan), Moskva 1976.
QARAYEV, Elçin, Azərbaycan XVIII Əsr Rus və Qərbi Avropa Səyyahlarının Təsvirində,
Bakı 2005.
QAZİ ƏBDÜLCƏBBAR, İmadəddin Əbü’l-Həsən ibn Əhməd Əstərabadi, Təbəqatü’l-
Mu’təzilə, Tunis 1974.
QAZİ İ’YAZ, Əbü’l-Fəzl ibn Musa əs-Səbti, Tərtibü’l-Mədarik və Təqribü’l-Məsalik, (Nşr.
M. S. Naşim), Beyrut 1998.
QƏZVİNİ, Həmdullah Mustəvfi, Tarixi- Qozidə, (Trc. E. G. Browne), London 1913.
___________, Tarixi-Qozidə, (Nşr. A. Nəvayi), Tehran 1364.
___________, Nüzhətü’l-Qülub, (Trc. G. Le Strange), London 1919
QƏZVİNİ, Zəkəriyya Muhəmməd, Asarü’l-Bilad və Əxbarü’l-İbad, (Nşr. S.M.Şahmuradi),
Tehran 1373.
QƏZZİ, Nəcməddin Muhəmməd, Kəvakibü’s-Sairə bi Əyani’l-Miətü’l-Aşirə, Beyrut 1997
QIFTİ, Cəmaləddin Əbü'l-Həsən Əli ibn Yusif əl-, Tarixü’l-Hükəmayi-Qıfti, (Nşr. B.
Dayayi), Tehran 1347.
___________, İnbahu’r-Ruvat ələ Ənbahi’n-Nuhat, (Nşr. M. Ə. İbrahim), C. II, III, Beyrut
1986.
QIRNATİ, Əbu Hamid Muhəmməd ibn Əbdürrəhman, Nuxbətü’l-Əlzan fi Əcaibü’l-
Büldan, (Trc. O. Bolşakov), Moskva 1971.
QLİNKA, Sergey, Opisaniye Pereseleniya Armyan Azerbaydjanskix v Predelı Rossii, Moskva
1831.
QOŞ, Mxitar, Alban Salnaməsi, (Trc. Z. Bünyadov), Bakı 1993.
QÜŞEYRİ, Əbü’l-Qasım Əbdülkərim, Risalə fi İlmü’t-Təsəvvüf, Qahirə 1986.
RAFİ’İ, Əbdülkərim ibn Muhəmməd əl-Qəzvini, Tədvin fi Əxbari Qəzvin, (Nşr. Ə.
Utaridi), C. I-IV, Beyrut 1978.
RƏŞİDƏDDİN Fəzlullah, Cəmiü’t-Təvarix, (Trc. L. Xetaqurov), C. I, Leninqrad 1952.
REZƏVİ, Muhamməd Təqi, Əhval və Asar Xacə Nasirəddini-Tusi, Tehran 1354.
RIHTIM, Mehmed, Seyid Yəhya Bakuvi və Xəlvətilik, Bakı 2005.
RUMİ, Mövlana Cəlaləddin, Mektuplar, (Trc. Ə. Gölpınarlı), İstanbul 1963.
SAMİ, Şəmsəddin, Qamusi-Türki, (Nşr. Ö. F. Akün), İstanbul 1998.
SARI, Mevlüt, Arapça-Türkçe Lugat, İstanbul 1982.
SCHİMMEL, Annamarie, İslamın Mistik Boyutları, (Trc. E. Kocabıyık), İstanbul 2001.
SƏFA, Zəbihullah, Tarixi-Ədəbiyyat dər İran, C. II, Tehran 1339.
___________, Tarixi-Ülume-Əqli dər Təməddüne-İslami, C. II, Tehran 1329.
SƏFƏDİ, Səlahəddin Xəlil ibn Aybək, Ə’yanü’l-Əsr və Ə’vanü’n-Nəsr, C. I-VI, Dəməşq
1998.
___________, Tuhfətü’z-Zəviə’l-Əlbab, (Nşr. İ. S. Xülusi-Səmsam Z. H), C. I-II, Dəməşq
1991.
___________, Vafi bi'l-Vəfayat, (Nşr. Z. Mustafa-Arnavut Ə), C. I-XXIX, Beyrut 2000.
SƏLMASİ, Əbu Zəkəriyya Yəhya ibn İbrahim, Mənazili’l-Əimməti’l-Ərbəə’, (Nşr. M. Ə.
Qədəh), Mədinə 2002.
SƏM’ANİ, Əbu Səid Əbdülkərim ibn Muhəmməd, Kitabü’l-Ənsab, (Nşr. A. əl-Barudi),
C. I-IV, Beyrut 1988.
SƏXAVİ, Şəmsəddin Əbü’l-Xeyr Muhəmməd ibn Əbdürrəhman, Tuhfətü’l-Lətifə fi
Tarixi’l- Mədinətü’ş-Şərifə, C. I-II, Qahirə 1958.
___________, Zəvu’l-Lami’ fi Üləmai’l-Qərnü’t-Tasi’, C. I-V, Əmman 1992.
SEYRƏFİNİ, Təqiyəddin Əbu İshaq İbrahim ibn Muhəmməd, Müntəxəb min Kitabi’s-
Siyaqi’t-Tarixi-Nişabur, (Nşr. X. Heydər), Beyrut 1414.
SİPEHSALAR, Feridun ibn Ahmed, Menâkıb-ı Hazreti Hüdavendigâr, (Çev. M. Biharî),
İstanbul 1331.
SİVASİ, Muhəmməd, Mənaqibi-şeyx Əvhədəddini-Kirmani, Tehran 1369.
SMBAT SPARAPET, Letopis, (Trc. Qlastyan), İrəvan 1974.
SPULER, Berthold, Vierter Band Iranistik Zweiter Abschnitt Literatur, Leiden 1968.
STOREY, Charles Ambrose, Persian Literature, A Bio-Bibliographical Survey, C. II/2,
London 1971.
SULTAN VƏLƏD, Divan, (Nşr. F.N.Uzluk), Uzluk Basımevi 1941.
SÜBKİ, Tacəddin Əbdülvəhhab ibn Əli, Təbəqatü’ş-Şafi’iyyə əl-Kübra, (Nşr. M. ət-
Tənnahi-əl-Hülv Ə), C. I-X, Qahirə 1964-1976.
SÜHRƏVƏRDİ, Şihabəddin Yəhya, Məcmuate-Asari-Farisi Şeyx İşraq, C. II, (Nşr.
S.H.Nasr-Corbin H), Tehran 1970.
_____________
, Məcmuate-Müsənnifati-Şeyx İşraq, C. II, (Nşr. H. Corbin), Tehran 1373.
SÜLƏMİ, Əbu Əbdürrəhman Muhəmməd, Təbəqatü’s-Sufiyyə, (Hzr. Ə. Şərbas), Qahirə
1998.
SÜMER, Faruk, Oğuzlar, İstanbul 1999.
SÜREN, Arzu, Şükrullah-i Şirvani’nin Nahlistan Adlı Eserinin Metni ve Metin
İncelemesi, İstanbul 2006.
SÜREYYA, Mehmed, Sicil-i Osmani, (Hzr. N. Akbayar), C. I-VI, İstanbul 1996.
SÜYUTİ, Cəlaləddin Əbdürrəhman ibn Əbu Bəkr, Hüsnü’l-Mühazirə fi Əxbari-Müluk
Misr və’l-Qahirə, Beyrut 1997.
_____________
, Lübbü’l-Lübab fi Təhrir’l-Ənsab, (Nşr. M. Əbdüləziz), Beyrut 1991.
___________, Nəzmü’l-İqyan fi İ’yanü’l-Əyan, Beyrut 2001.
___________, Təbəqatü’l-Hüffaz, Qahirə 1973.
___________, Təbəqatü’l-Müfəssirin, Qahirə 1972.
ŞƏ’RANİ, Əbdülvəhhab, Təbəqatü’l-Kübra, (Trc. A. Akçiçek), C. I, İstanbul 1968.
ŞƏHRƏZURİ, Təqiyəddin Əbu Əmr Osman ibnü’s-Səlah, Təbəqatü’l-Füqəhai’ş-Şafi’iyyə,
(Hzr. M. Ə. Nəcib), C. I-II, Beyrut 1992.
ŞƏHRİSTANİ, Muhəmməd ibn Əbdülkərim, Miləl və’n-Nihal, (Trc. M. Öz), İstanbul
2008.
ŞƏLBİ, Mahmud, Həyatü’l-Məlikü’l-Müzəffər Qutuz, Beyrut 1992.
ŞƏRİFLİ, Kamandar, Əbdülqəni Əfəndi Nuxəvi Xalisəqarızadə Kitabxanasının Kataloqu, C. I,
Bakı 2009.
ŞEŞEN, Ramazan, Müslümanlarda Tarih-Coğrafya Yazıcılığı, İstanbul 1998.
ŞİRAZİ, Əbu İshaq İbrahim ibn Əli, Təbəqatü’l-Füqəha, Beyrut 1970.
ŞİRVANİ, Hacı Zeynəlabdin, Riyazü’s-Səyahə, Tehran 1339.
ŞOPEN, İvan, İstoriçeskiy Pamyatnik Sostoyaniya Armyanskoy Oblasti v Epoxu Yeyo
Prisoyedineniya k Rossiyskoy İmperii, St.Peterburq 1852.
ŞÜKRİ, Əyman Ömər, Sultan Bərquq-Müəssis Dövlətü’l-Məmalikü’l-Cərakizə, Qahirə 2002.
TAŞKÖPRÜZADƏ, İsaməddin Əhməd, Mövzuatü’l-Ülum, C. I-III, Beyrut 1985.
___________, Şəqaiqü’n-Numaniyyə fi Üləmai-Dövləti’l-Osmaniyyə, Beyrut 1985.
TƏBƏRİ, Əbu Cə’fər Muhəmməd ibn Cərir, Camiü’l-Bəyan fi Təfsiri’l-Qur’an, C. VIII,
İstanbul 1996.
___________, Tarixi-Təbəri, C. V, Tehran 1383.
TƏBRİZİ, Şəmsəddin Muhəmməd, Məqalati-Şəmsi-Təbrizi, (Nşr. Ə. Xoşnüvis), Tehran
1349.
TEHRANİ, Ağa Bozorg, Təbəqatü’l-İ’lami’ş-Şafi’iyyə, (Hzr. Ə. T. Fənrəvi), Beyrut 1971.
TƏMİMİ, Təqiyəddin ibn Əbdülqadir əl-Qəzzi, Təbəqatü’s-Səniyyə fi Təracimü’l-
Hənəfiyyə, (Nşr. Ə. Muhəmməd), Riyad 1989.
TƏRBİYƏT, Məhəmməd Əli, Danişməndani Azərbaycan, (Trc. İ. Şəms-Kəndli Q), Bakı
1987.
TİFLİSİ, Kəmaləddin Əbü’l-Fəzl Hübeyş, Bəyanü’s-Sənə‘ət, (Nşr. Q. Mixaleviç), Moskva
1976.
UZLUK, Feridun Nafız, Fatih Devrinde Karaman Eyaleti Vakıfları Fihristi, Ankara 1958.
UZUNÇARŞILI, İsmail Hakkı, Anadolu Beylikleri ve Akkoyunlu, Karakoyunlu Devletleri,
Ankara 1988.
ÜLKEN, Hilmi Ziya, İslam Felsefesi, Kaynakları ve Tesirleri, İş Bankası Yay. 1967.
ÜNVER, Ahmed Süheyl, Selçuklu Tababeti, Ankara 1940.
___________, Tıb Tarihi, İstanbul 1943.
VAQİDİ, Əbu Abdullah Muhəmməd ibn Ömər, Fütuhü’ş-Şam, (Nşr. Ə. Əbdürrəhman),
C. II, Beyrut 1997.
VARDAN, Araveltsi, Vseobşaya İstoriya, (Trc. M. Emin), Moskva 1861.
VƏLİXANLI, Nailə, Ərəb Xilafəti və Azərbaycan, Bakı 1993.
XACƏ SƏ’DƏDDİN Mehmed, Tacü’t-Təvarix, C. I, İstanbul 1279.
XANSARİ, Muhəmməd Bağer, Rəvzətü’l-Cənnat fi Əhvali’l-Üləma və’Sə’adat, C. I, Tehran
1306.
XORENATSİ, Movses, İstoriya Armenii, (Trc. Q. Sarkisyan), İrəvan 1990.
YAFİ’İ, Abdullah ibn Əsəd, Miratü’l-Cənan və İbrətü’l-Yəqzan, C. I-III , Beyrut 1997.
YEĞİN, Abdullah, Yeni Lugat, İstanbul 1992.
YEPİSKOP SEBEOS, İstoriya, (Trc. Ct. Malxasyants), İrəvan 1939
ZƏHƏBİ, Şəmsəddin Əbu Abdullah Muhəmməd ibn Əhməd, İbər fi Xəbər mən Ğəbər, C.
I-IV, Küveyt 1966.
___________, Kitab Təzkərətü’l-Hüffaz, Beyrut (trz).
___________, Mə’rifəti’l-Qurrai’l-Kibar, Qahirə 1967.
___________, Mizanü'l-E'tidal fi Nəqdü’r-Rical, C. I-IV, Qahirə 1964.
___________, Mu’cəmü’l-Muxtəs bi’l-Mühəddisin, Taif 1408.
___________, Mu’cəmü’ş-Şüyuxü’l-Mu’cəmi’l-Kəbir, (Nşr. M. H. Heylə), C. I-II, Taif 1988.
___________, Müştəbih fi Əsmai’r-Rical, Leiden 1881.
___________, Müxtəsər Tarixi-İbnü’d-Dübeysi,
www.balligho.com
___________, Siyəru Ə’lamü’n-Nübəla, C. XV, XVIII, XX, XXIII, (Nşr. Ş. Arnavud-Hüseyn
Ə), Beyrut 1983.
ZƏKKAR, Süheyl, Əxbaru’l-Qəramitə, Qahirə 1982.
ZƏNCANİ, Seyyid İbrahim, Tarixi-Zəncan; Üləma və Danişməndan, Tehran 1352.
ZİRİKLİ, Xeyrəddin ibn Mahmud, Ə’lam Qamusü’t-Təracim, C. II, IV, VI, Beyrut 1980.
Məqalələr
AKDOĞAN, Bayram, ‚Fethullah Şirvani’ye Göre Makamların Tesirleri ve İcra Edileceği
Vakitler‛, AÜİFD, C. XLVIII/1, Ankara 2007, ss. 77-82.
ARUTYUNYAN, Varazdat, ‚Arxitekturnıye Pamyatniki Dvina‛, ErmSSR EA
Xəbərləri. Nr. 8, İrəvan 1947, ss. 39-47.
BARTOLD, Vasiliy, ‚Azerbaycan ve Ermenistan‛, (Trc. İ. Aka), AÜTAD, VIII/14,
Ankara 1963, ss. 77-87.
BAYRAM, Mikail, ‚Selçuklu Veziri Kadı İzzeddin Tarafından Düzenlenen bir Vakıf-
Name‛, Ata Dergisi, S. 8, Konya 1997, ss. 48-49.
___________, ‚Selçuklular Zamanında Anadolu’da Bazı Yöreler Arasındaki Farklı
Kültürel Yapılanma ve Siyasi Boyutları‛, SÜTAD, S. 1, Konya 1994, ss. 79-92.
BÜNYADOV, Ziya, ‚Novıye Materialı o Vidnıx Deyatelyax Azerbaydjana ve Epoxu
Srednevekovya‛, AzSSR EA Xəbərləri. Nr. 2, Bakı 1980, ss. 59-67.
______________
, ‚Novıye Materialı o Vidnıx Deyatelyax Azerbaydjana‛ , AzSSR EA
Xəbərləri. Nr. 3, Bakı 1980, ss. 62-68.
______________
, ‚Vidnıye Deyateli Azerbaydjana v Soçinenii İbn al-Fuvati‛, AzSSR EA
Xəbərləri. Nr. 2, Bakı 1979, ss. 61-66.
CİHAN, Ahmet Kamil, ‚Şihabeddin Sühreverdî’nin Eserleri‛, EÜSBED, S. 11, Kayseri
2001, ss. 56-66.
DƏDƏYEV, Bilal, ‚Osmanlı Eğitimine Katkıda Bulunan Bazı Azerbaycan
Müderrisleri‛, Journal of Qafqaz University, S. 26, Bakı 2009, ss. 215-223.
DƏVSƏRİ, Tərhib ibn Rübey’an, ‚Keşfü’z-Zünun, İzahu’l-Meknun ve Hediyyetü’l-
Arifin’de Zikri Geçen Maliki Usul Eserleri‛, (Trc. M. Gökalp), FÜİFD, C. XIII/1, Elazığ
2008, ss. 319-344.
DOSTİYEV, Tarix, ‚Orta Əsr Şabran Şəhərinin Arxeoloji Təqdimatının Bə’zi Nəticələri‛,
Azərbaycan Arxeologiyası, C. I, S. 3-4, Bakı 1999, ss. 60-72.
ƏLƏKBƏRLİ, Fərid, ‚Məşhur Orta Əsr Azərbaycan Həkimləri‛,
http://www.alakbarli.aamh.az
İBRAHİMOV, Bəhlul, ‚Qorodishe Xaraba-Qilan‛, İRS Jurnalı, № 1 (19), Bakı 2006, ss.
24-27.
İZGİ, Cevat, ‚Hubeyş et-Tiflisî‛, İA (TDV), C. XVIII, İstanbul 1998, ss. 298-299.
KÖPRÜLÜ, Mehmed Fuad, ‚Anadolu Selçukluları Tarihinin Yerli Kaynakları‛, TTK,
Belleten, C. VII, S. 27, Ankara 1943, ss. 456-483.
ÖNGÜL, Ali, ‚Selçuklularda Eğitim Faaliyetleri ve Yetişen İlim Adamlarına Genel Bir
Bakış‛, CBÜSBED, C. I, S. 2, Manisa 2003, ss. 67-78.
ÖNKAL, Ahmet, ‚Araplarda Ensab İlmi ve İslam Tarihi Açısından Önemi‛, SÜİD, S. 3,
Konya 1990, ss. 117-132.
ÖZDEMİR, Mehmet Nadir, ‚Abbasi Halifeleri İle Büyük Selçuklu Sultanları Arasındakı
Münasebetler‛, SÜTAD, S. 24, Konya 2008, ss. 315-369.
ÖZKÖSE, Kadir, ‚Anadolu’nun Türkleşmesi ve İslamlaşmasında Tasavvuf Zümre ve
Akımlarının Rolü‛, CÜİFD, C. VII/1, Sivas 2003, ss. 249-279.
ÖZÖNDER, Hasan, ‚Mevlana Türbe ve Külliyesinin Tamir ve İlaveler Kronolojisi‛,
Selçuk Dergisi, S. 2, Konya 1988, s. 11-19.
SAĞLAM, Osman F., ‚Şimdiye Kadar Görülmeyen Cimri Sikkesi‛, TTK, Belleten, C.
IX, S. 35, Ankara 1945, ss. 296-308.
SEYİDOV, Fazil, SSRİ EA AzF Xəbərləri. Nr. 9, Bakı 1944, ss. 40-45.
STRECK, Maximilian, ‚Dvin‛, İA (MEB), C. IV, İstanbul 1977, ss. 682-683.
ŞƏRİFOV, Kamandar, ‚Mahmud Şirvani‛, AMEA Əİ, Filologiya Məsələləri, Bakı 1999,
ss. 56-67.
TANERİ, Aydın, ‚Büyük Selçuklu İmparatorluğu’nda Vezirlik‛ , AÜTAD, C. V/8,
İstanbul 1967, ss. 75-187.
ULUDAĞ, Süleyman-Nurettin BAYBURTLUGİL, ‚Aynü’l-Kudat Hemedanî‛ , İA
(TDV), C. IV, İstanbul 1991, ss. 280-282.
UYAR, Mustafa, ‚Hinduşah Nahçıvani’ye Ait Düstur el-Katib fi Ta’yin el-Meratib Adlı
Eserde Casusluk Anlayışı‛, AÜTAD, XXIV/39, Ankara 2005, ss. 281-289.
YANİÇ, Sema, ‚Hace Hatib Mahmud er-Rumi, Eserleri ve Osmanlı İlim Hayatındaki
Yeri‛, SÜTAD, S. 17, Konya 2005, ss. 411-423.
Document Outline
Dostları ilə paylaş: |