Yəhya ibn Əhməd ibn Hüseyn Dərbəndi
Hədis ravisi idi. Muhəmməd ibn Tahir Tarsusidən hədis dinləmiş və nəql etmişdi.
Hafiz Əbu Tahir əs-Süləfi (öl. 1181) ondan hədis dinləmiş və nəql etmişdi
480
. Ölüm tarixi
məlum deyil. XI-XII əsrlərdə yaşamışdır.
Əbu Əmr Osman ibnü’l-Müsəddid ibn Əhməd Dərbəndi
Şafi’i məzhəbinə mənsub fəqih olan Əbu Əmr Osman Dərbəndi yaşadığı dövrdə
Bağdadın tanınmış hüquqşünaslarından biri idi. O, təhsil almaq üçün Bağdada gəlmiş
və Nizamiyyə mədrəsəsində təhsil almışdı. Şeyxülislam Əbu İshaq İbrahim Şirazinin
481
tələbəsi olmuş, fiqh elmini ondan öyrənmişdi. İbn Nəqur və Şərif Əbü’l-Hüseyn
Muhəmməd ibn Əli ibnü’l-Mühtədi Billah əl-Haşimi kimi Bağdadın qabaqcıl
mühəddislərindən hədis dinləmişdi. Bir müddət Xorasanın Nişapur şəhərində yaşamış,
bu şəhərin tanınmış mühəddislərindən hədis dərsləri almışdı. Abidliyi, zahidliyi və
salehliyi ilə tanınmış Əbu Əmr Osman Dərbəndinin ölüm tarixi h. 500-cü (1107) ildən
sonraya təsadüf edir
482
.
Əbü’l-Həsən Muhəmməd ibn Hişam ibn Vəlid ibn Əbdülhəmid Dərbəndi
Mühəddis idi və İbn Əbu İmran əl-Babi
483
adı ilə məşhur olmuşdu. Əbu Səid Abdullah
əl-Əşca əl-Kindi
484
və İbrahim ibn Müslüm əl-Xarəzmi kimi hədis alimlərindən hədis
479
SEYRƏFİNİ, Müntəxəb, s. 134.
480
BAĞDADİ, Təkmilətü'l-İkmal, C. I, s. 359.
481
İmam Əbu İshaq İbrahim ibn Əli Şirazi (1003-1083). Şafi’i məzhəbinə mənsub böyük alimləridən biri olmuşdur.
Əslən İranın Şiraz şəhəri yıxınlığındakı Firuzabad kəndindəndir. Zöhd və vəra’ sahibi bir alim idi. Böyük Səlcuqlu
sultanlarının vəziri Nizamülmülk ona dərin hörmət və ehtiram bəsləyərdi. Abbasi xəlifəsi Qaim bi-Əmrillah ona
xilafətin qaziülquzatlığı vəzifəsini təklif etmiş, lakin Əbu İshaq Şirazi imtina etmişdi. Nizamülmülkün xahişi ilə 1067-
ci ildə tədrisə açılan Bağdad Nizamiyyə mədrəsəsində ilk dərsi Əbu İshaq Şirazi vermiş, daha sonra da bu
mədrəsənin müdərrisi olmuşdu. Əbu İshaq Şirazi fiqh və fiqh üsuluna dair 10-dan artıq əsərin müəllifidir.
482
ŞƏHRƏZURİ, Təbəqatü’l-Füqəhai’ş-Şafi’iyyə, C. I, s. 591.
483
Məlum olduğu kimi Dərbənd şəhəri orta əsr ərəbdilli mənbələrdə Babü’l-Əbvab adlandırılırdı. ‚əl-Babi‛ nisbəsi
də buna uyğun olaraq verilirdi.
484
Bu ravidən hədis dinləmiş digər bir azərbaycanlı mühəddis də, yuxarıda haqqında ətraflı məlumat verdiyimiz,
İmamü’s-Sibt ləqəbi ilə məşhur olmuş Əbu Bəkr Əhməd Bərdicidir (öl. 914).
dinləmiş və nəql etmişdi. Bir müddət Bərdədə yaşamış və burada hədis dərsləri
vermişdi. Müsə’ər ibn Əli Bərdəi İbn Əbu İmran əl-Babidən hədis dinləmiş
mühəddislərdən biri idi
485
. İbn Əbu İmran əl-Babinin ölüm tarixi məlum deyil. IX-X
əsrlərdə yaşamışdır.
Əbü’l-Həsən Həbib ibn Fəhd ibn Əbdüləziz Dərbəndi
Mühəddis idi. Əbu Əmr Osman ibn Muhəmməd ibn Dost, Əbu Nueym Süleyman
İsfəhani, Əbü’l-Həsən ibn Bəxtuveyh, Asim ibn İsmayıl, Asim əl-Əhvəl kimi
mühəddislərin tələbəsi olmuş, onlardan hədis dinləmişdi. Əbu Bəkr Əhməd əl-İsmaili
onun tələbəsi olmuş ondan hədis dinləmiş və nəql etmişdi. Əbu Bəkr Əhməd əl-İsmaili
həmçinin hafiz Əbu Əli Hüseyn Bərdəi (öl. 1016), Əbu Zur’ə Muhəmməd Bərdəi (öl.
1021) kimi digər azərbaycanlı mühəddislərin də tələbəsi olmuşdu. Əbü’l-Həsən Həbib
Dərbəndinin ölüm tarixi məlum deyil. X-XI əsrlərdə yaşamışdır
486
.
Yusif ibn Muhəmməd Dərbəndi
Mütəkəllim idi. Öz dövrünün fəziləti ilə məşhur alimlərindən idi. Qəznəvi sultanlarını
sarayında xidmət etmişdi. Qəznəvi sultanlarından Xosrov Məlikin (1160-1186) yanında
onun xüsusi hörməti var idi, ali dərəcəyə malik idi. Ömrünün sonlarına doğru dünya
işlərindən əl çəkib Lahor
487
şəhərində inzivaya çəkilmişdi. Lahorda vəfat etmiş və bu
şəhərdə dəfn edilmişdi. Ölüm tarixi məlum deyil. XII əsrdə yaşamışdır
488
.
Hafiz Əbü’l-Vəlid Həsən ibn Muhəmməd ibn Əli ibn Muhəmməd Dərbəndi
Hədis hafizi idi. Hədis dinləmək üçün çox səyahət etmişdi. Orta Asiyadan Şimali
Afrikaya qədər bütün İslam coğrafiyasını gəzmiş və məşhur mühəddislərdən hədis
dinləmişdi. Çox hədis əzbərləmişdi. Buxarada Əbu Abdullah Muhəmməd ibn Əhməd
ibn Muhəmməd Qəncardan və Əbu Bəkr Əhməd ibn Əli əl-Xətibdən hədis dinləmişdi.
485
YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. I, s. 213. Yaqut əl-Həməvi əsərində alimin nisbəsini ‚əl-Babi‛ olaraq
qeyd etmişdi.
486
YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. I, s. 213. Bu alimin də nisbəsi ‚əl-Babi‛ olaraq qeyd edilmişdir.
487
Lahor-indiki Pakistan ərazisində yerləşən şəhər.
488
Əbdülhəyy ibn Fəxrəddin əl-HÜSEYNİ, Nüzhətü’l-Xəvatir və Behcətü’l-Məsami’ və’n-Nəvazir, s. 83, Beyrut 1999.
Nişapurda Əbu Muhəmməd Abdullah ibn Yəhya əs-Səkri Bağdadi və Əbü’l-Qasım
Həsən ibn Muhməməd əl-Ənbarinin dərslərində iştirak etmişdi. Onun hədis dinlədiyi
mühəddislərdən biri də Əbü’l-Hüseyn ibn Buşran idi. Əbu Abdullah Muhəmməd ibn
Fəzl əl-Fəzari, Əbü’l-Qasım Zahir ibn Tahir əş-Şəhami hafiz Əbü’l-Vəlid Həsən
Dərbəndinin tələbəsi olmuş, ondan hədis dinləmişdilər. Hafiz Əbü’l-Vəlid Həsən
Dərbəndi h. 456-cı ilin ramazan ayında (iyun 1064) Səmərqənddə vəfat etmişdi
489
.
Şəmsəddin Zəhəbi nəql silsiləsində hafiz Əbü’l-Vəlid Həsən Dərbəndinin də olduğu
aşağıdakı hədisi öz əsərində qeyd etmişdir: Huzeyfə ibnü’l-Yəman (ا) dedi: Rəsulullah
(م) buyurdular ki: ‚Canım əlində olan Allaha and olsun ki, sizlər ya mə’rufu (yaxşılığı)
əmr edib münkəri (pisliyi) qadağan edəcəksiniz, ya da Allah sizin üzərinizisə elə bir
bəla göndərər ki, sonra ona yalvarsanız da duanız qəbul olmaz‛
490
. Tirmizi, Əhməd ibn
Hənbəl və Nasirəddin Əlbani bu hədisin səhih olduğunu bəyan etmişdirlər.
Şeyx Əbü’l-Əsvar Ömər ibn Münəxxil Dərbəndi
Hədis ravisi idi. Bağdadda yaşamış, yaşının xeyli irəli vaxtlarında burada Əbu Talib ibn
Yusifdən hədis dinləmişdi. Daha sonra h. 510-cu (1116-1126) illərdə Dəməşqə gəlmiş və
burada hədis nəql etmişdi. Ondan çox az ravi hədis dinləmişdi
491
. Ehtimal ki, bunun
səbəbi ravinin artıq xeyli yaşlı olması olmuşdur. Yə’ni hədis nəql etməyə başlayandan
sonra uzun yaşamamışdır. Ölüm tarixi məlum olmasa da 1120-1130-cu illərə təsadüf
etdiyin təxmin etmək olar.
Əbdülməlik ibn Əli ibnü’l-Muni Dərbəndi
Şafi’i məzhəbinə mənsub fəqih və qari idi. Fəzilət sahibi alim kimi tanınmış Əbdülməlik
Dərbəndi Hələbdə yaşamış, burada tədris və elmi tədqiqatla məşğul olmuşdu.
Əbdülməlik Dərbəndi ‚Müxtəsər fi’l-Fiqh‛, ‚Nüzhətü’n-Nazirin‛, ‚Əxlaq və’l-Məvaiz‛,
489
YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. III, s. 238-239; SÜYUTİ, Təbəqatü’l-Hüffaz, s. 160; SEYRƏFİNİ, Müntəxəb,
s. 198.
490
Şəmsəddin Əbu Abdullah Muhəmməd ibn Əhməd ZƏHƏBİ, Siyəru Ə’lamü’n-Nübəla, (Nşr. Ş. Arnavud-Hüseyn
Ə), C. XVIII, s. 99, Beyrut 1983. Bu hədis üçün həmçinin bax: TİRMİZİ, Sünən, Fitən, Nr. 2169.
[
َّٕ ُهُْٓأَرَُ ِِٙكَ٤ِت ٢ٍِْلَٗ ١ِمَُّا َٝ
ٌَُُْْ ُةْ٤ ِعَرٍَْ٣ َلاَك َُُّٚ٘ػْكَرُِ َُّْش ،ِِٙكِْ٘ػ ِْٖٓ اًاتاَمَػ ٌُْْ٤ََِػ َسَؼْثَ٣ َْٕأ الله ٌََِّٖش ُْٞ٤ُ َْٝأ ،هٌَُُْ٘ٔا َِٖػ َََّْٕٜٞ٘ذ َٝ ِف ُْٝهْؼَُٔاِت
]
491
İBN ƏSAKİR, Tarixu-Mədinəti-Diməşq, C. XLV, s. 343.
‚Dəlailü’l-Mənahic‛ kimi əsərlərin müəllifi idi. H. 766-cı (1365) ildə dünyaya gəlmiş
alim h. 839-cu (1436) ildə Hələbdə vəfat etmişdi
492
.
Hüseyn ibn İbrahim Dərbəndi
Təbəi-tabiundan olan hədis ravisi idi. Hafiz Əbu Übeydə Hümeyd ət-Təvil əl-Bəsridən
(688-760) hədis dinləmişdi. Hafiz Əbu Übeydə Hümeyd isə Rəsulullahın (م)
səhabələrindən Ənəs ibn Maliklə (ا) görüşüb ondan hədis dinləmişdi. Hüseyn ibn
İbrahim Babü’l-Əbvabda (Dərbənd) hədis dərsləri vermişdi. İsa ibn Muhəmməd ibn
Muhəmməd əl-Bağdadi ondan hədis dinləmiş mühəddislərdən biridir
493
. Hüseyn
Dərbəndinin ölüm tarixi məlum deyil. VIII-IX əsrlərdə yaşamışdır.
Şeyx Əbu Muhəmməd Əbdan ibn Zərrin ibn Muhəmməd Düveyni
Şafi’i məzhəbinə mənsub fəqih və qari idi. Şeyx İbn Əbi Loqma ləqəbi ilə tanınan alim
gözdən əlil idi. H. 540-cı ildə (1145) vəfat etmişdi
494
.
Əllamə Cəmaləddin Əbu Əmr Osman ibn Ömər ibn Əbu Bəkr ibn Yunis əl-Kürdi
Düveyni
Şafi’i məzhəbinə mənsub fəqih olan Cəmaləddin Osman Düveyni həmçinin ərəb
filologiyası, təcvid
495
, fiqh üsulu kimi elm sahələrində də tanınmış mütəxəssis və bu
sahələrə dair bir çox əsərin müəllifi idi. Alim h. 571-ci (1175) ildə Misirdə hərbiçi
ailəsində dünyaya gəlmişdi və atası əmir İzzəddin Məvsuk Hezbaninin
496
hacibi idi. Bu
səbəbdən o, İbnü’l-Hacib adı ilə tanınmışdı. Onun atası Azərbaycanın qədim
şəhərlərindən Düveyndə anadan olmuşdu. Cəmaləddin Düveyni uşaqlıq və
yeniyetməlik illərində Qahirədə təhsil almış, Qur’ani-Kərimi əzbərləyib hafiz olmuşdu.
O, digər şagirdlərdən fenomenal yaddaşı və parlaq zəkası ilə fərqlənmişdi. Qahirədə
492
Xeyrəddin ibn Mahmud ZİRİKLİ, Ə’lam Qamusü’t-Təracim, C. IV, s. 235-236, Beyrut 1980. Xeyrəddin Zirikli alimin
nisbəsini ‚əl-Babi‛ olaraq qeyd etmişdir.
493
İBN HƏCƏR, Lisanü’l-Mizan, C. II, s. 218; SƏM’ANİ, Kitabü’l-Ənsab, C. I, s. 164; YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-
Büldan, C. I, s. 213. əl-Həməvi alimin nisbəsini ‚əl-Babi‛ kimi qeyd etmişdir.
494
HİMYƏRİ, Nisbə ilə’l-Məvazi’, C. I, s. 314; BAĞDADİ, Təkmilətü'l-İkmal, C. II, s. 623.
495
Təcvid-Qur’ani-Kərimin oxunuş qayda və üsullarını öyrədən elm.
496
Əmir İzzəddin Məvsuk Hezbani Əyyubilər dövləti sultanı Səlahəddin Yusif Əyyubinin (1169-1193) dayısı oğlu və
sultanın əmirlərindən biri idi.
imam Əbu Muhəmməd Qasım Şatibidən
497
Qur’an elmlərinə dair bilikləri öyrənmiş,
onun yanında ‚Təysir‛i
498
oxumuşdu. Qahirədə Əbü’l-Fəzl Muhəmməd ibn Yusif
Qəznəvi, Əbü’l-Cəud, əl-Buseyri, İbn Yasin kimi alimlərdən müxtəlif elm sahələrinə
dair bilikləri öyrənmişdi. Daha sonra Dəməşqə getmiş, burada Qasım ibn Əsakir
499
,
Həmmad əl-Hərrani
500
, mühəddisə Fatimə bint Əbü’l-Həsən Sə’dülxeyr əl-Ənsari, Əbu
Mənsur əl-Əbyaridən fiqh, hədis, təfsir və filologiya dərsləri almışdı. Təhsilini başa
vurduqdan sonra Dəməşqdəki ‚Zaviyətü’l-Malikiyyə‛ mədrəsəsində dərs vermişdi
501
.
Həmin illərdə filologiya, fiqh və fiqh üsulu sahələrində bir neçə risalə qələmə almışdı.
Alim h. 617-ci (1220) ilə qədər Dəməşqdə qalmış, sonra Qahirəyə qayıtmış və bu
şəhərdəki əl-Faziliyyə mədrəsəsində dərs vermişdi. Bir neçə il Qahirədə tədrislə məşğul
olduqdan sonra İsgəndəriyyəyə getmiş və bu şəhərdəki mədrəsələrdə dərs vermişdi.
Onun yetirmələri arasından Cəmaləddin əl-Fazil, Əbu Muhəmməd Əlcəzairi, Əbu Əli
ibnü’l-Cəlal, Əbü’l-Fəzl əl-Ərbili, Əbü’l-Həsən ibnü’l-Baqqal, qaziü’l-quzat Şihabəddin
Əbu Abdullah Muhəmməd Xoyi (öl. 1294) kimi alimlər çıxmışdı. Əllamə Cəmaləddin
Düveyni həm də istedadlı şair idi. İbn Tağrıbirdi onun haqqında məlumat verərkən
şerlərindən nümunələr də nəql etmişdi. Cəmaləddin Osman Düveyni h. 26 şəvval 646-cı
(11 fevral 1249) ildə İsgəndəriyyədə vəfat etmiş, Babü’l-Bəhr qəbristanında, şeyx Saleh
ibn Əbu Şamənin qəbrinin yanında, dəfn edilmişdi
502
.
Alimin ən məşhur əsərləri ərəb dilinin qrammatikasına dair qələmə aldığı ‚Kafiyyə fi’n-
Nəhv‛ və ‚Şafiyyə fi’s-Sərf‛adlı iki əsərdir. Bunlardan birincisi ərəb dilinin sintaksisi
(nəhv), ikincisi isə morfologiyasına (sərf) aid idi. Türkiyənin əlyazma əsər saxlanılan
bütün kitabxanalarında bu iki əsərin bir və ya bir neçə nüsxəsi mövcuddur. Bu da onu
göstərir ki, bu əsərlər uzun müddət Osmanlı mədrəsələrində ərəb dili dərslərdində əsas
497
İmam Əbu Muhəmməd Qasım ibn Firrə Şatibi (1143-1194) Əndəluslu gözdən əlil alim və bütün Qur’an
qiraətçilərin ustadı hesab olunurdu. Başqa bir məşhur qiraət və təcvid alimi ‚ Qayətü’n-Nihayə‛nin müəllifi İbnü’l-
Cəzərinin də müəllimi olmuşdu. Onun müəllifi olduğu ‚Şatibiyyə‛ əsəri uzun illər boyu mədrəsələrdə və
məktəblərdə Qur’an təcvidi və qiraəti sahəsində dərslik kimi istifadə olunmuşdur.
498
‚Təysir fi Qiraəti’s-Səb‘‛ Əbu Əmr Osman ibn Səid əd-Dani (981-1053) tərəfindən qələmə alınmış Qur’ani-Kərimin
təcvid və tilavət qaydalarına dair əsərdir.
499
Tarixçi və mühəddis Əbü’l-Qasım Əli ibn Əsakirin (öl. 1175) oğlu idi.
500
Əbü’s-Səna Həmmad ibn Hibətullah əl-Hərrani (1117-1202) yaşadığı dövrün tanınmış filoloq, şair və ədiblərindən
biri olmuşdu.
501
NUEYMİ, Daris fi Tarixi’l-Mədaris, C. II, s. 1.
502
Cəmaləddin Əbü’l-Məhasin Yusif İBN TAĞRIBİRDİ, Mənhəlü’s-Safi və’l-Müstəvfi bə’də’l-Vafi, (Nşr. M. M. Əmin), C.
II, s. 161, Qahirə 1984; ZƏHƏBİ, Siyəru Ə’lamü’n-Nübəla, C. XXIII, s. 101; İBN XƏLLİKAN, Vəfayatü’l-Əyan, C. III, s.
248-250.
dərslik kimi istifadə olunmuşdur. ‚Kafiyyə fi’n-Nəhv‛ və ‚Şafiyyə fi’s-Sərf‛in
Əbdülqəni əfəndi Nuxavi kolleksiyasından əldə edilmiş birər nüsxəsi AMEA Əİ-nun
fondunda da mövcuddur
503
. Əllamə Cəmaləddin Osman Düveyninin ərəb filologiyasına
dair qələmə aldığı ‚Əmali‛, ‚Qəsidə fi Bəyani’l-Əsmai’l-Müənnəs‛, ‚Risalə fi Təhqiqi’l-
Məf’ulat‛, ‚Vafiyyə fi Şərhi’l-Kafiyyə‛
504
adlı əsərləri Ankara Milli kitabxanasında,
‚Risalə fi’s-Sərf‛ adlı əsəri Türkiyə Çorum Həsən paşa İHK, ‚Qəsidətü’l-Müvəşşəhə
bi’l-Əsmai’l-Müənnəsə‛ və ‚İzah Şərhü’l-Müfəssəl‛ adlı əsərləri Türkiyə Diyarbəkir
İHK, ‚Safiyyə fi Şərhü’ş-Şafiyyə‛ adlı əsəri Ərzurum İHK, ‚Mənzumə fi’l-Müzəkkər
və’l-Müənnəs‛ adlı əsəri İstanbul SYEK, ‚Şərhü’t-Təsrif‛, ‚Muqribü’l-Kafiyyə‛, ‚Şərhu-
Şuzuri’z-Zəhəb‛ adlı əsərləri Türkiyə Kastamonu İHK, ‚Qəvaidü’l-İ’rab‛ adlı əsəri
Kütahya Vahidpaşa İHK, ‚Kafiyyə fi’n-Nəhv‛, ‚Şafiyyə fi’s-Sərf‛, ‚Risalə fi
Müqəddiməti’l-İ’rab və’t-Təsrif‛ adlı əsərləri Konya BYEK, ‚əl-Məsalik‛ və ‚Vafiyə fi
Şərhi’l-Kafiyyə‛ adlı əsərləri Manisa İHK, ‚Şəfa bi Tərifi-hüquqi’l-Mustafa‛ və ‚Şərhü’l-
Kafiyyə‛ adlı əsərləri Türkiyə VGMK-nin Ankara şöbəsində saxlanılır. Alimin ərəb
ədəbiyyatına dair qələmə aldığı ‚Şərhü’l-Qəsidəti’t-Təntəraniyyə‛ adlı əsəri Konya
BYEK, əruz vəzninə dair yazdığı ‚Hidayətü’s-saili’l-qəsdi’l-cəlil fi İlmi’l-xəlil‛ adlı əsər
Kastamonu İHK-də saxlanılır. Cəmaləddin Düveyninin müəllifi olduğu fiqhə dair
‚Müxtəsər fi Zikri Təbəqatü’l-Hənəfiyyə‛ adlı əsərin bir nüsxəsi Amasiya vilayəti
Beyazıd İHK, ‚Müxtəsərü’l-Müntəlai’l-Vüsul‛ adlı əsərin müəyyən etdiyimiz iki
nüsxəsindən biri Konya BYEK-də, digəri isə Qahirədə, Misir Milli kitabxanasında,
‚Üsuli’l-Fiqh‛ adlı əsəri isə Konya Yusifağa kitabxanasında mühafizə olunur. Həmin
kitabxanada ‚Kitab Müntəhai’l-Vüsul və’l-Əməl fi İlmi’l-Üsul və’l-Cədəl‛ adlı əsərinin
də bir nüsxəsi mövcuddur. ‚Müxtəsərü’l-Müntəlai’l-Vüsul‛un Qahirədəki nüsxəsində
Əzudəddin əl-İcinin (öl. 1355) bu əsərə yazdığı şərh də mövcuddur. Alimin fiqh
üsuluna dair ‚Kitab Müntəhai’l-Vüsul və’l-Əməl fi İlmi’l-Üsul və’l-Cədəl‛ adlı əsəri h.
1326-cı ildə (1908) Misirdə Mustafa əfəndi əl-Məkkəvi tərəfindən nəşr olunmuşdur.
Əbu Abdullah Muhəmməd ibn Mahmud ibn Əbi Nəsr ibn Fərəc Düveyni
503
Kamandar ŞƏRİFOV, Əbdülqəni Əfəndi Nuxəvi Xalisəqarızadə Kitabxanasının Kataloqu, C. I, s. 244-245, 308, Bakı 2009.
504
‚Vafiyyə fi Şərhi’l-Kafiyyə‛ uzun müddət Türkiyənin Tokat vilayəti Zilə İHK-də saxlanmışdır.
Mühəddis idi. H. 544-cü ildə (1149) Azərbaycanın Düveyn şəhərində anadan olmuşdu.
Təhsilini davam etdirmək məqsədiylə Misirə getmiş və İsgəndəriyyədə Əbu Tahir əs-
Süləfi İsfəhanidən hədis dərsləri almış, hədis dinləmişdi. Bundan başqa Əbu Abdullah
əl-Məs’udi, Şərif Əbu Əli Muhəmməd ibn Əsəd əl-Cəvvani və Əbu Yaqub Yusif ibnü’t-
Tüfeyl kimi Misirin tanınmış hədis alimlərindən hədis dərsləri almışdı. Əbu Abdullah
Muhəmməd Düveyni h. 628-ci ilin zilqədə ayında (sentyabr 1231) vəfat etmişdi
505
.
Əbdürrəhman ibn Yəhya Düveyni
Hədis ravisi idi. Səbbah ibn Müharib, Cuddar ibn Bəkr Düveynidən hədis dinləmiş və
nəql etmişdi
506
. Ölüm tarixi məlum deyil.
Əbü’l-Xeyr Fəxravər ibn Osman ibn Muhəmməd Düveyni
Mühəddis idi. Əbü’l-Qasım əl-Buseyri, Əbu Yaqub Yusif ibnü’t-Tüfeyl və
başqalarından hədis dinləmiş, hədis dərsləri almışdı. Cəmaləddin İbnü’s-Sabuni (öl.
1282) Əbü’l-Xeyr Düveyni ilə görüşdüyünü və elmi mövzularda fikir mübadiləsi
apardığını qeyd etmişdir. Əbü’l-Xeyr Düveyni h. 18 səfər 652-ci ildə (8 aprel 1254)
Qahirədə vəfat etmişdir
507
.
Şeyx Kəmaləddin Əbü’l-Fütuh Nəsrullah ibn Mənsur ibn Səhl Düveyni
Şafi’i məzhəbinə mənsub fəqih idi. Bağdadda məşhur alim və mütəfəkkir Əbu Hamid
Qəzzalinin tələbəsi olmuş, ondan şafi’i fiqhini öyrənmişdi. Daha sonra təhsilini davam
etdirmək üçün Xorasanın Nişapur, Mərv və Bəlx kimi şəhərlərini gəzmişdi. O, Əbü’l-
Həsən Əli ibn Əhməd əl-Mədyəni, Əbu Bəkr Əhməd ibn Səhl əs-Sərrac və Əbu Səid
Əbdülvahid əl-Quşeyridən hədis dinləmiş və nəql etmişdir. Qazi Kəmaləddin Şəhrəzuri
onun tələbəsi olmuş, onun yanında fiqh və fiqh üsulu oxumuşdu. Əbu Sə’d əs-Səm’ani
və başqaları ondan hədis nəql etmişdilər. Şeyx Kəmaləddin Düveyni Xorasanadakı
mədrəsələrdə tədrislə məşğul olmuşdu. Səm’ani onun Bəlxdəki Nizamiyyə
505
İBNü’s-SABUNİ, Təkmilətü’l-İkmal, s. 54.
506
İBN MAKULA, İkmal, C. I, s. 384.
507
İBNü’s-SABUNİ, Təkmilətü’l-İkmal, s. 54.
mədrəsəsinin müdərrisi olduğunu qeyd etmişdir. Alim h. 546-cı ilin ramazan ayında
(dekabr 1151) Əfqanıstanın Bəlx şəhərində vəfat etmişdi
508
.
Şueyb ibn Muhəmməd ibn Əhməd ibn Bəzyi’ Düveyni
Hədis ravisi idi. Səhl ibn Suqeyr əl-Əxlatidən hədis dinləmiş və nəql etmişdi. Əbu Bəkr
əl-Müfid də ondan hədis dinləmiş və nəql etmişdi
509
. Ölüm tarixini müəyyənləşdirmək
mümkün olmamışdır. Lakin onun hədis dinlədiyi Səhl ibn Suqeyrin tabiundan Süfyan
ibn Üyeynədən (725-813) hədis dinləyib nəql etdiyini nəzərə alaraq Şueyb Düveyninin
IX-X əsrlərdə yaşadığını təxmin etmək olar.
Əmir Əbu Mənsur Fərəc ibn Kişvarə Düveyni
Əyyubilər dövlətinin ordusunda xidmət etmiş hərbi bürokratlardan biri idi. Əyyubi
ordusu komandanlarından birinin müavini olmuş, əmir rütbəsinə yüksəlmişdi. Əmir
Əbu Mənsur Düveyni həmçinin mühəddis idi. O, öz dövrünün məşhur hədis
alimlərindən Hafiz Əbu Tahir əs-Süləfi İsfəhani (1083-1181), Əbu Tahir ibn Əvf və
Əbü’l-Fəth Mahmuddan hədis dərsləri almışdır
510
. Ölüm tarixi məlum deyil. Əbu Tahir
əs-Süləfinin müasiri olduğunu və aşağıda haqqında məlumat verdiyimiz qardaşının
ölüm tarixini nəzərə alaraqa Əmir Əbu Mənsur Düveynin XII-XIII əsrlərdə yaşadığını
söyləmək olar.
Fəridun ibn Kişvarə Düveyni
Mühəddis və əmir Əbu Mənsur Düveyninin qardaşı idi. O, da qardaşı kimi Hafiz Əbu
Tahir əs-Süləfinin tələbəsi olmuş, İsgəndəriyyədə ondan hədis dərsləri almışdı. Fəridun
508
İBNü’l-ƏSİR, Lübab, C. I, s. 517; BAĞDADİ, Təkmilətü'l-İkmal, C. II, s. 263; Əbu İbrahim İsmayıl ibn Cə’fər İBN
KƏSİR əl-ƏNSARİ, Zeyl Təbəqatü’l-Füqəhai’ş-Şafi’iyyə, v. 126a-b,
http://www.way2əannah.com
; YAQUT əl-HƏMƏVİ,
Mu’cəmü’l-Büldan, C. III, s. 757; SƏM’ANİ, Kitabü’l-Ənsab, C. II, s. 218; HİMYƏRİ, Nisbə ilə’l-Məvazi’, C. I, s. 314.
Cəmaləddin Himyəri əsərində ‚Əbü’l-Fütuh Nəsr ibn Mənsur əd-Düveyni‛ (öl. 1132) və ‚Kəmaləddin Nəsrullah ibn
Mənsur əd-Düveyni‛ (öl. 1151) adlı iki ayrı adam haqqında danışır.
509
İBN MAKULA, İkmal, C. I, s. 384.
510
İBNü’s-SABUNİ, Təkmilətü’l-İkmal, s. 54.
Düveyni Misirdə hədis dərsləri vermişdi. Alim h. 4 rəbiəlaxir 617-ci ildə (7 iyun 1220)
Qahirədə vəfat etmişdi
511
.
Əbu Muhəmməd Əbdürrəhman ibn Həməd ibn Həsən əs-Süfyani Düveyni
Yaşadığı dövrün tanınmış mühəddislərindən idi. Azərbaycanın qədim şəhəri
Düveyndə
512
hədis dərsləri vermişdi. Hafiz Əbu Tahir əs-Süləfi (öl. 1181) onunla
Düveyndə görüşüb söhbət etmiş, hədis dinləmişdi. Hafiz Əbu Tahir onun Əbu Nəsr
Əhməd əl-Kəssar Dinəvəridən hədis dinləyib nəql etdiyini qeyd etmişdir. Əbu
Muhəmməd Əbdürrəhman Düveyninin ölüm tarixi məlum deyil, XI-XII əsrlərdə
yaşamışdır. Hafiz Əbu Tahir, Əbu Muhəmməd Əbdürrəhman Düveynidən eşitdiyi
aşağıdakı məşhur hədisi öz əsərində qeyd etmişdir. Əbu Səid əl-Xudri (ا) dedi: Allah
Rəsulu (م) buyurdular ki: ‚Əzanı eşitdiyiniz vaxt siz də müəzzinin dediyini
təkrarlayın‛
513
.
Dostları ilə paylaş: |