Orxan Bahadırsoy Pyeslər Orxan Elsevər oğlu Bahadırsoy



Yüklə 84,18 Kb.
səhifə1/58
tarix25.12.2016
ölçüsü84,18 Kb.
#2852
  1   2   3   4   5   6   7   8   9   ...   58

Orxan Bahadırsoy

Pyeslər

Orxan Elsevər oğlu Bahadırsoy 1993-cü il avqust ayının 4-də, Lerik rayonun Hamarmeşə kəndində doğulmuşdur. Orta təhsilini Bakı şəhəri, Qala qəsəbəsi, 92 saylı tam orta məktəbdə başa vurmuşdur. Həmin il Azərbaycan dövlət Neft Akademiyasının Tibbi texnologiya mühəndisliyi ixtisasına daxil olmuş daha sonra buradakı təhsilini yarımçıq saxlayaraq Azərbaycan dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino və Dram Teatrı aktyorluğu fakültəsinə qəbul olunmuşdur.

Yaradıcılığa 2007-ci ildə, “Gülüş olmasa” adlı şeirlə başlamışdır. Sonralar “Ümid dilənçiləri”, “Qəribə şəhərdir Bakı”, “Görüşərik haçansa”, “Unutmaq öyrət mənə”, “Ağlat məni bu gecə”, “İnsana bənzəyirik”, “Mən insan gəzirəm”, “Özündən qoru məni” kimi çoxlu şeirlər yazır. Şeirlərlə yanaşı poemalar da işləməyə başlayır və “Əmanət Vətən” , “Bir xəyalda Müşfiqlə” , “Qaraçı taleyi” , “Gözü yolda qalanlara” , “Mənim babam”, “Aktyor taleyi” poemalarını qələmə alır.

2009-cu ildə ilk pyesi olan “Bəxtsiz gəlin” faciəsini yazmışdır. Bundan sonra mütəmadi olaraq “Günahkar” , “Ömrün iki dünyası” , “Həyat bizi sınayır” , “Müqəssirin xəyanət tablosu” , “Yeni Tanrının ədaləti” , “Günahsız məhkumlar” , “Sadə ölüm oyunu” , “Səhnə Tanrısı” , “Mənə dəli deyirlər” , “Mənim qadınlarım”, “Qoca sevgililər”, “Böhtan” və başqa pyesləri yazır.

İlk yazdığı roman “Ürək məzara dönəndə” romanıdır. Bundan sonra “Fahişə mələklər”, “İlanlar da sevə bilir”, “İblis mənim sevgilimdir” və “Varlı dilənçi” romanlarını yazır.

Orxan Bahadırsoy çox erkən yaşlarından aktyor kimi fəaliyyət göstərməyə başlayır. Hələ 2007-2008-ci illərdə oxuduğu orta məktəbdə keçirilən tədbirlərdə müxtəlif rollarla səhnəyə çıxmış, aparıcılıq və ssenaristlik etmişdir. Daha sonra xalq teatrında və bir sıra peşəkar səhnələrdə iştrak etmişdir. Səhnəyə olan maraq və sevgisi onu İncəsənət Universitetinə gətirib çıxarmışdır.

Ölülər” (C.Məmmədquluzadə) Kefli İsgəndər, “Sadə ölüm oyunu” (O.Bahadırsoy) Fərid, “Məlikməmməd” (xalq nağılı) Məlikməmməd, “Səni kim unudar” (M.İskəndərzadə) Mikayıl Müşfiq, “Ana” (H.Cavid) Orxan, “Unuda bilmirəm” (İ.Əfəndiyev) Kamran, “Qaçaqlar” (Şiller) Şpigelberq, “Xocalı fəryadı” (M.Dilbazi) Fərhad, “O qızın göz yaşları” (Z.Yaqub) Təvəkkül, “Mənim sevimli dəlim” (E.Əfəndiyev) Ədəbi işçi, “Rəhmə gəl, mələyim” (Q.Rəsulov), “Naməlum qadının məktubu” (S.Sveyq) Kişi və başqa rolları məharətlə oynamışdır.

Yazılarına görə 2013-cü ildə “Qızıl qələm” mükafatına layiq görülmüşdür. Aktyor, aparıcı, ssenarist, şair, yazıçı və dramaturq kimi fəaliyyət göstərir.

MƏNİM


QADINLARIM

İştrak edirlər:




Yüklə 84,18 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin