Основные термины информационной безопасности



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə2/119
tarix16.05.2023
ölçüsü1 Mb.
#114218
1   2   3   4   5   6   7   8   9   ...   119
Az YI İnT terminləri 8

Münd
əricat 
 
Giriş..................................................................................................4 
A……………………………………………………………………7 
B…………………………………………………………………..16 
C…………………………………………………………………..23 
D…………………………………………………………………..44 
E…………………………………………………………………...52 
F…………………………………………………………………...56 
G……………………………………………………………….….61 
H……………………………………………………………….….63 
I……………………………………………………………….…...65 
J……………………………………………………………….…...73 
K……………………………………………………………….….74 
L……………………………………………………………….…..76 
M………………………………………………………………..…78 
N…………………………………………………………….….…82 
O……………………………………………………….….………84 
P……………………………………………………………..…….88 
Q…………………………………………………………….….…96 
R………………………………………………………………..…97 
S……………………………………………………………….…101 
T…………………………………………………………….....…112 
U……………………………………………………................…117 
V……………………………………………………................…118 
W……………………………………………………...........……120 
X………………………………………………………............…124 
Z…………………………………………………….............……125 
Qısaltmalar....................................................................................126 
Ədəbiyyat…………………………………………………..........158 
 
 
 
 



Giriş 
Az
ərbaycan dili milli dövlətçiliyin başlıca rəmzlərindən biridir. 
Az
ərbaycan Respublikası Prezidentinin 9 aprel 2013-cü il tarixli 
s
ərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma 
şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin 
inkişafına dair Dövlət Proqramı” Azərbaycan dilinin zənginləşməsi 
v
ə tətbiqi imkanlarının genişləndirilməsi istiqamətində aparılan 
işlərin yeni səviyyəyə qaldırılmasını tələb edir.
Müst
əqillik illərində Azərbaycan dilinin funksional imkanlarının 
inkişafı istiqamətində məqsədyönlü dövlət siyasəti həyata 
keçirilmişdir və Azərbaycan dili dövlət və cəmiyyət həyatın bütün 
sah
ələrində, o cümlədən ictimai-siyasi və elmi-texniki sahədə geniş 
istifad
ə edilir. Nəticədə müasir Azərbaycan dilinin leksik sistemində 
terminl
ərin xüsusi çəkisi olduqca böyükdür.
Terminl
ərə ümumişlək sözlərdən daha çox ehtiyac var. Elmin və 
texnikanın istənilən sahəsi öz ifadəsini terminlərdə tapır. Terminlər 
informasiya 
əldə etmək və paylaşmaq, bilik qəbul etmək və ixtisası 
m
ənimsəmək alətidir. Terminologiyanı mənimsəmədən heç bir elm 
sah
əsini öyrənmək olmaz. Məlumdur ki, informasiya ana dili 
vasit
əsilə daha sürətlə qəbul edilir (dekodlaşdırma prosesi) və 
ötürülür (kodlaşdırma prosesi). Standartlaşdırılmış terminologiya 
d
əqiq ünsiyyət imkanı yaradır, səhv başa düşülmə və səhv 
interpretasiyadan qaçmağa kömək edir və ünsiyyətin keyfiyyətini 
yüks
əldir.
Müasir dünyada elmi-texniki bilikl
ərin artması nəticəsində 
dill
ərdə meydana çıxan sözlərin 90%-dən çoxunu xüsusi sözlər təşkil 
edir. B
əzi elmlərdə terminlərin sayının artma sürəti ümumişlək 
sözl
ərin sayının artma sürətini qabaqlayır və bəzi elmlərdə 
terminl
ərin sayı qeyri-xüsusi sözlərin sayından çoxdur. 
Terminologiya qloballaşma və sürətli elmi-texniki tərəqqi 
şəraitində xüsusi əhəmiyyət qazanır. Hazırda dünyada 20 mindən 
çox terminoloji standart mövcuddur. Onların əsas hissəsi inkişaf 
etmiş sənaye ölkələrində yaradılmış milli standartlardır. Bundan 



başqa, beynəlxalq standartlar, regional standartlar, şirkətlərin və 
beyn
əlxalq təşkilatların standartları da vardır. Bir sıra böyük şirkətlər 
terminologiyanın menecmetinə şirkətin qloballaşma strategiyasının 
t
ərkib hissəsi kimi baxırlar, şirkətin standart terminologiyasından 
istifad
əni korporativ mədəniyyətin vacib komponenti kimi qəbul 
edirl
ər. 
Qloballaşma şəraitində terminologiya strateji resursdur və ölkənin 
inkişafında vacib rol oynayır. Ölkə vətəndaşlarının səmərəli iqtisadi
texniki v
ə elmi ünsiyyət bacarıqları düzgün və standartlaşdırılmış 
terminologiyadan istifad
ə ilə inkişaf etdirilir. İstənilən ölkənin 
terminologiya t
əcrübəsi müxtəlif sahələrdə ünsiyyəti genişləndirir və 
r
əsmi dilin funksional dil imkanları inkişaf edir. 
Bel
əliklə, terminologiya ölkədə iqtisadi, siyasi, elmi, texniki 
ünsiyy
əti təmin edən vahid informasiya fəzasının yaradılmasına 
imkan ver
ən inteqrasiya faktorlarından birinə çevrilir. Bunu nəzərə 
alaraq, yuxarıda istinad edilən Dövlət Proqramı terminologiya 
sah
əsində kompleks tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
H
ər bir predmet sahəsində inkişafla əlaqədar terminlərin sayı 
artır, bu informasiya təhlükəsizliyi sahəsində daha sürətli və 
dinamikdir. İnformasiya təhlükəsizliyi sahəsində yeni terminlərin 
sür
ətlə meydana çıxması mütəxəssislər qarşısında bir sıra ciddi 
termin
şünaslıq problemləri qoyur. İnformasiya təhlükəsizliyi 
sah
əsində vahid anlayışlar sisteminin (terminlərin və təriflərin) 
yaradılması informasiya təhlükəsizliyi üzrə elmi tədqiqatların 
prioritet probleml
əri sırasına daxil olur. 
İnformasiya təhlükəsizliyi üzrə terminlərin formalaşmasında bir 
c
əhəti xüsusilə vurğulamaq lazımdır. AMEA İnformasiya 
Texnologiyaları İnstitutunda AMEA-nın həqiqi üzvü, akademik 
Rasim Əliquliyevin bilavasitə rəhbərliyi altında informasiya 
t
əhlükəsizliyi sahəsində 20 ildən artıq müddətdə elmi-tədqiqat işləri 
aparılır. Həmin müddət ərzində informasiya təhlükəsizliyi üzrə 10-
dan çox f
əlsəfə doktoru hazırlanmışdır. İnstitutun Tədris-İnnovasiya 
M
ərkəzində bir sıra dövlət təşkilatlarının əməkdaşları üçün 
münt
əzəm kurslar təşkil olunur. Eyni zamanda, institut əməkdaşları 



bir sıra ali məktəblərdə informasiya təhlükəsizliyinin müxtəlif 
istiqam
ətləri üzrə mühazirələr və seminar məşğələləri aparırlar. 
Az
ərbaycan dilində informasiya təhlükəsizliyinin müxtəlif 
istiqam
ətləri üzrə ona yaxın kitab nəşr olunmuşdur. Sadalanan bütün 
prosesl
ərdə müzakirələr azərbaycan dilində aparılmışdır və bunlar 
informasiya t
əhlükəsizliyi üzrə terminlərin formalaşmasında 
əhəmiyyətli rol oynamışdır. 
Qeyd etm
ək lazımdır ki, Rabitə və Yüksək Texnologiyalar 
Nazirliyind
ə (RYTN) fəaliyyət göstərən Standartlaşdırma üzrə 
“İnformasiya-kommunikasiya texnologiyaları” Texniki Komitəsi 
(TK 05) t
ərəfindən mövcud beynəlxalq standartlar əsasında bir sıra 
informasiya t
əhlükəsizliyi standartları işlənmişdir və bu 
standartlarda da 
bir sıra informasiya təhlükəsizliyi terminlərinə 
t
əriflər verilir.
T
əqdim olunan vəsaitdə informasiya təhlükəsizliyi üzrə elmi və 
kütl
əvi ədəbiyyatda rast gəlinən 600-dən çox ingilis dilli termin 
toplanmışdır və onların azərbaycan dilində tərcüməsi variantı 
verilm
işdir. Terminlər informasiya təhlükəsizliyi üzrə elmi və 
praktiki f
əaliyyətin əsas istiqamətlərini əhatə edir. Aydındır ki, bu 
v
əsait çərçivəsində informasiya təhlükəsizliyi üzrə terminlərin kiçik 
bir hiss
əsini əhatə etmək mümkün olmuşdur.

Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin