19 noyabr 2015-ci il tarixində Yaponiya hökümətinin “Ot kökləri və İnsan Təhlükəsizliyi
Qrant Yardımı Proqramı” çərçivəsində Yaponiyanın Azərbaycan Respublikasındakı
Fövqəladə və Səlahiyyətli səfiri cənab Tsuquo Takahaşinin və Qazax rayon İcra Hakimiyyəti
Başçısı cənab Ayaz Əsgərovun iştirakı ilə aşağıdakı layihə üzrə Açılış Mərasimi keçirilmişdir.
“Qazax Rayonunun Daş Salahlı kəndində tibb məntəqəsinin tikintisi” layihəsi
Qazaxın Daş Salahlı kəndində tibbi xidməti və çatdırılma xidmətini yaxşılaşdırmaq məqsədilə
layihə çərçivəsində tibbi məntəqə inşa olunaraq bir sıra tibbi avadanlıqlar ilə təmin
olunmuşdur. Bu layihə üçün Yaponiya Hökümətinin ayırdığı qrant yardımının ümumi
məbləği 102,573 ABŞ dolları təşkil edir.
Səfir yapon dilində nitq söylədi
Daş Salahlı kəndinin yeni tibb məntəqəsi
Lent kəsmə mərasimi
Ümumi şəkil