Otksikoloji Kİmya



Yüklə 1,66 Mb.
səhifə6/6
tarix04.03.2022
ölçüsü1,66 Mb.
#53402
1   2   3   4   5   6
toks (giris)(1)

Təmizləmə üsulları

  • Çökmə
  • Ekstraksiya və reekstraksiya
  • Adsorbsiya
  • Qovma və ya buxarlanma
  • Müxtəlif xromatoqrafiya
  • Dializ
  • Təkrar kristallaşdırma

Aşkar etmə üsulları

  • Damcı reaksiyaları
  • Mikrokristalloskopik reaksiyalar
  • Mikrodiffuziya
  • Xromatoqrafiya
  • Spektroskopiya
  • Bioloji və ya farmokoloji sınaqlar

Miqdari təyinat

Optik üsullar:

  • Nefelorimetriya
  • Fotokolorimetriya
  • Spektrofotometriya
  • Xromatoqrafiya üsulları:

  • Sorbentin nazik təbəqəsi və ya kağız üzərində
  • İonmübadilə
  • Qaz
  • Qazmaye
  • İki və daha artıq üsulun birlikdə tətbiqi:

  • Ekstraksiyalı-fotometriya
  • Xromato-fotometriya
  • Xromato-spektrofotometriya
  • Kütlə-xromatoqrafiya
  • Xromato-densitometriya

Zəhərli maddə və ya zəhər

Zəhər – az dozada müalicəvi, yüksək dozada isə toksiki təsir göstərən kimyəvi birləşmələrdir. Zəhərin orqanizmdə törətdiyi patoloji dəyişikliklər kompleksi zəhərlənmə və ya intoksikasiya adlanır.

Zəhərlənmənin təsnifatı

Kliniki gedişinə görə

1.Kəskin zəhərlənmə – zəhərli maddənin yüksək dozasını birdəfəlik qəbulu.

2.Xroniki zəhərlənmə – zəhərli maddənin az dozada təkrar olaraq uzun müddət qəbulu

Əmələgəlmə şəraitinə görə

1. Peşə zəhərlənmələri

2. Məişət zəhərlənmələri – Bura alkoholizm və narkomaniya da daxildir.

Zəhərli təsiri gücləndirən amillər

  • Maddənin dozası və qatılığından
  • Fiziki və kimyəvi xassələrindən
  • Bədənə daxil olma yolları və sorulma sürətindən
  • Fərdi həssaslıqdan
  • Orqanizmin vəziyyətindən
  • Digər maddələrdən
  • Maddənin kimyəvi quruluşundan
  • Maddənin toksikokinetikasından

Zəhərin toksikokinetikası

  • Zəhərli maddələrin orqanizmə daxil olma yolları
  • Zəhərli maddələrin orqanizmə sorulması
  • Zəhərli maddələrin orqanizmdə paylanması
  • Zəhərli maddələrin orqanizmin tərkib elementləri ilə birləşməsi
  • Zəhərli maddələrin orqanizmdə çevrilməsi (metabolizmi)
  • Zəhərli maddələri orqanizmdən xaric olması

Zəhərin orqanizmə daxil olma yolları

  • Ağız vasitəsilə
  • Tənəffüs yolları
  • Dəri vasitəsilə
  • Parenteral yolla
  • Cift vasitəsilə

Zəhərin orqanizmdən xaric olunması

  • Böyrəklər vasitəsilə
  • Qaraciyər vasitəsilə
  • Ağciyər vasitəsilə
  • Dəri vasitəsilə
  • Süd vasitəsilə

Zəhərlərin orqanizmdə çevrilməsi (metabolizmi)

Orqanizm şəraitində metabolizm reaksiyaları 2 mərhələli olur:

  • Fermentlərin təsirindən metabolitlərə çevirən reaksiyalar – oksidləşmə, reduksiya, hidroliz, dezalkilləşmə və dezaminləşmə
  • Metabolitlərin müəyyən maddələrlə birləşərək konyuqatlar əmələ gətirən reaksiyalar – qlükuron turşusu ilə, sulfatlarla, aminturşularla, asetilləşmə ilə, metilləşmə ilə və ikiqat konyuqasiya

Zəhərli maddələrin təsnifatı Toksikoloji kimyada zəhərlər bioloji materialdan təcridetmə üsuluna görə qruplara bölünürlər:

  • Su buxarı ilə qovmaqla (distillə etməklə) – sianid turşusu və duzları, bəzi alifatik spirtlər, aldehid, keton, karbon turşuları, alifatik karbohidrogenlərin xlorlu törəmələri, fenol və s.
  • Turşulaşdırılmış spirt və ya turşulaşdırılmış su ilə çıxarış aparmaqla – alkaloidlər, barbituratlar, bir çox sintetik üzvi maddələr, saponinlər, qlikozidlər və s.
  • Üzvi həlledicilərlə çıxarış aparmaqla – pestisidlər
  • Su ilə çıxarış aparmaqla – mineral turşular, yeyici qələvilər və onların bəzi duzları
  • Minerallaşma (parçalanma) üsulu ilə - metal zəhərləri, arsen birləşmələri
  • Bilavasitə təcrid etmədən təyin edilənlər – qaz şəklində olan zəhərlər, əsasən karbon2-oksid və hidrogen sulfid

Diqqətinizə görə minnətdaram


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin