Zəhər – az dozada müalicəvi, yüksək dozada isə toksiki təsir göstərən kimyəvi birləşmələrdir. Zəhərin orqanizmdə törətdiyi patoloji dəyişikliklər kompleksi zəhərlənmə və ya intoksikasiya adlanır.
Zəhərlənmənin təsnifatı
Kliniki gedişinə görə
1.Kəskin zəhərlənmə – zəhərli maddənin yüksək dozasını birdəfəlik qəbulu.
2.Xroniki zəhərlənmə – zəhərli maddənin az dozada təkrar olaraq uzun müddət qəbulu
Əmələgəlmə şəraitinə görə
1. Peşə zəhərlənmələri
2. Məişət zəhərlənmələri – Bura alkoholizm və narkomaniya da daxildir.
Zəhərli təsiri gücləndirən amillər
Maddənin dozası və qatılığından
Fiziki və kimyəvi xassələrindən
Bədənə daxil olma yolları və sorulma sürətindən
Fərdi həssaslıqdan
Orqanizmin vəziyyətindən
Digər maddələrdən
Maddənin kimyəvi quruluşundan
Maddənin toksikokinetikasından
Zəhərin toksikokinetikası
Zəhərli maddələrin orqanizmə daxil olma yolları
Zəhərli maddələrin orqanizmə sorulması
Zəhərli maddələrin orqanizmdə paylanması
Zəhərli maddələrin orqanizmin tərkib elementləri ilə birləşməsi
Metabolitlərin müəyyən maddələrlə birləşərək konyuqatlar əmələ gətirən reaksiyalar – qlükuron turşusu ilə, sulfatlarla, aminturşularla, asetilləşmə ilə, metilləşmə ilə və ikiqat konyuqasiya
Zəhərli maddələrin təsnifatı Toksikoloji kimyada zəhərlər bioloji materialdan təcridetmə üsuluna görə qruplara bölünürlər:
Su buxarı ilə qovmaqla (distillə etməklə) – sianid turşusu və duzları, bəzi alifatik spirtlər, aldehid, keton, karbon turşuları, alifatik karbohidrogenlərin xlorlu törəmələri, fenol və s.
Turşulaşdırılmış spirt və ya turşulaşdırılmış su ilə çıxarış aparmaqla – alkaloidlər, barbituratlar, bir çox sintetik üzvi maddələr, saponinlər, qlikozidlər və s.
Üzvi həlledicilərlə çıxarış aparmaqla – pestisidlər
Su ilə çıxarış aparmaqla – mineral turşular, yeyici qələvilər və onların bəzi duzları
Minerallaşma (parçalanma) üsulu ilə - metal zəhərləri, arsen birləşmələri
Bilavasitə təcrid etmədən təyin edilənlər – qaz şəklində olan zəhərlər, əsasən karbon2-oksid və hidrogen sulfid