Disleksiya nədir?
Disleksiya yunan sözüdür və mənası "sözlərlə çətinlik çəkmək" deməkdir.
Disleksiya bir öyrənmə problemidir və bu, dinləmə, danışma, oxu, yazı, fikir irəli
sürmə və riyazi qabiliyyətlərin qazanılması və istifadə edilməsi zamanı yaranan
çətinliklərlə özünü göstərir. Disleksiya ilk dəfə 1881-ci ildə Dünya Nevrologiya
Federasiyası tərəfindən müəyyən edilmişdir. 47 İnsanların bir qismi disleksiyanı
xəstəlik hesab edir, bir qismi isə zəka səviyyəsinin aşağı olması ilə əlaqələndirir.
Lakin bunların heç birini doğru hesab etmək olmaz. Çünki zəka səviyyəsi yüksək
olan bir çox məşhurlarda da disleksiya olub. Onların zəka səviyyələri aşağı olmadığı
və hətta xüsusi istedadları da olduğu sübut olunub. Məsələn, nisbilik nəzəriyyəsinin
əsasını qoyan böyük alim Albert Enşteyn, Kalipso musiqisinin kralı Harry Belafonte,
böyük memar, heykəltəraş və “Mona Lisa”nı rəsm dünyasına bəxş edən rəssam
Leonardo da Vinçi, irlandiyalı yazıçı Yeats, "Düşünən adam" başda olmaqla bir çox
məşhur əsərlərin müəllifi heykəltəraş Roden, aktyor Tom Kruz, müğənni və aktyor
Şer disleksiyalı məşhurlardandır. Disleksiyalı uşaqlarda diqqətsizlik də olur. Buna
görə də disleksiyalı uşaqlarla mütəxəssis köməyi ilə diqqətin davamlılığı üçün iş
aparılmalıdır. Sözlə, səslə, vizual təlim metodları seçilməlidir. İmtahan suallarını tez
oxuya və cavabları yaza bilmədikləri üçün bu uşaqlardan şifahi imtahan götürmək
daha effektiv olar. Disleksiya anadangəlmə və sonradan qazanılmaqla (inkişaf
pozğunluğu və zədələnməyə görə) iki qrupa ayrılır. Anadangəlmə disleksiya
doğuşdan əvvəl, doğuş zamanı və doğuşdan sonrakı fəsadlara görə üç yerə bölünür.
Anadangəlmə disleksiyaya zəif və rejimsiz qidalanma, hamiləlikdə keçirilən
infeksiyalar və yanlış dərmandan istifadə səbəb ola bilər. Uzun və çətin doğuş zamanı
uşağın nəfəs almasındakı gecikmə və sonradan keçirdiyi qızdırmalı xəstəliklər də
disleksiyanın səbəblərindəndir. Bu, irsi faktorlarla da bağlı ola bilər. Disleksiya
aşağıdakı əlamətlərlə özünü göstərir:
● Dilin açılması gecikir;
● Yeni sözləri gec öyrənir;
● Hərəkət və koordinasiya pozuqluğu olur;
● İstiqaməti (sağ, sol, yuxarı, aşağı) və vaxtı (bu gün, sabah, əvvəl, sonra) təyin
etməkdə çətinlik çəkir;
● Danışarkən fikrini düzgün ifadə etmək üçün uyğun sözlərdən yerində istifadə
edə bilmir;
● Qafiyələnən sözləri öyrənməkdə çətinlik çəkir. 48 Bəzən valideynlər bu
əlamətləri normal hesab edir və heç bir problem olmadığını düşünürlər. Lakin bu cür
uşaqlar məktəbə başladıqdan sonra qeyd edilən əlamətlər daha kəskin formada özünü
göstərir. Məktəb vaxtı görünən əlamətlər:
● Hərfləri öyrənmədə çətinlik çəkir;
● Sözləri hecalamaqda və hərfləməkdə çətinlik çəkir;
● Sözləri və obyektlərin adını xatırlamaqda çətinlik çəkir;
● Yazıları oxumaqda çətinlik çəkir;
● Oxşar səsləri və hərfləri fərqləndirə bilmir;
● Oxuyarkən sözləri, sətirləri tez-tez ötürür;
● Ləng oxuyur;
● Yazı yazmaqda (52 əvəzinə 25, “kitab” əvəzinə “batik” yazmaq və s.) çətinlik
çəkir;
● Sözlərin mənasını düzgün bilmir;
● Yazı yazmağı və oxumağı bacarır, ancaq yazıda çoxlu imla səhvləri buraxır və
çox gec oxuyur. Disleksiya diaqnozu psixoloq və ya mütəxəssis tərəfindən
qoyulmalıdır. Problemi vaxtında müəyyən etmək və lazımi tədris metodları seçmək
problemin həllinə kömək edə bilər. Uşaqlara vaxtında diaqnoz qoymaq və onlara
lazımi yardım göstərmək vacibdir. Disleksiyanın xüsusi müalicə üsulu yoxdur, ancaq
aşağıdakılar onun müalicəsində böyük rol oynayır:
● Düzgün qidalanma;
● Ailədə və cəmiyyətdə bu cür insanlara qarşı düzgün münasibət;
● Özəl dərslər (burada bu cür uşaqların öyrənmə qabiliyyətinin artması üçün
daha maraqlı və əyləncəli öyrənmə metodlarından istifadə edilir).
Əlavə oxu Materialı; F. Yusibov “ İfadəli oxu” . Bakı 2014.
Dostları ilə paylaş: |