ÖZƏL TİBBİ FƏALİYYƏTİN VƏ ÖZƏL TİBBİ PRAKTİKANIN TƏNZİMLƏNMƏSİ
M a d d ə 4 .
Özəl tibb müəssisəsinin yaradılması, fəaliyyəti və ləğv edilməsi
Özəl tibb müəssisəsi qanunvericiliklə müəyyən olunmuş qaydada Azərbaycan
Respublikasının hüquqi və fiziki şəxsləri tərəfindən yaradıla bilər.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə digər qaydalar
nəzərdə tutulmayıbsa, xarici ölkələrin hüquqi və fiziki şəxsləri, eləcə də Azərbaycan
Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər tərəfindən özəl tibb müəssisələri
qanunvericiliklə müəyyən olunmuş qaydada yaradıla bilər.
Özəl tibb müəssisəsi tibbi fəaliyyətin müəyyən növləri üzrə qanunvericiliyə uyğun olaraq
verilən xüsusi razılıq olduqda və tibbi fəaliyyətin hər bir növü üzrə müvafiq ixtisasa malik
mütəxəssislərlə əmək müqaviləsi bağladıqda özəl tibbi fəaliyyətlə məşğul ola bilər.
1
Özəl tibb müəssisəsinin akkreditasiyası tibb işçilərinin peşə birliklərinin iştirakı ilə müvafiq
icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
“Özəl tibb müəssisələrinin tibb işçiləri “Əhalinin sağlamlığının qorunması haqqında”
Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədrisə və sertifikasiyaya cəlb edilirlər.
Sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb fəaliyyətinə
buraxılmasına yol verilmir.
2
Özəl tibb müəssisəsinin yenidən təşkili və ləğv edilməsi qanunvericiliklə müəyyən olunmuş
qaydada həyata keçirilir.
Özəl tibb müəssisəsi ləğv edildikdə tibbi sənədlər müvafiq icra hakimiyyəti orqanının qərarı
ilə bir ay müddətində qanunvericiliklə müəyyən olunmuş qaydada yaradılan ləğvetmə
komissiyasına verilir.
M a d d ə 5 .
Dostları ilə paylaş: |