1 Firmanın fəaliyyəti və idarə edilməsi



Yüklə 34,18 Kb.
səhifə1/13
tarix13.05.2023
ölçüsü34,18 Kb.
#112697
  1   2   3   4   5   6   7   8   9   ...   13
mikroiqtisadiyat imtahan sualları


İmtahan sualları
1-2.Firmanın fəaliyyəti və idarə edilməsi (İdarəetmənin funksiyaları və onların təsnifatı)
İdarəetmə, çox ümumi şəkildə, fərdin və ya kollektivin öz iradələri, ideya və fikirlərinin həm mümkün olan və, həm də zərurət yaranan yerdə, məqsədəyönlü şəkildə reallaşdırılmasıdır.Planlaşdırma idarəetmənin əsas funksiyası kimi, məqsədlərin müəyyən edilməsi, problemin təhlili, proqnozlaşdırma, alternativ variantların müəyyən olunması, qəbul edilmiş qərarların qiymətləndirilməsi mərhələlərini əhatə edir. İdarəetmənin funksiyalarından biri təşkiletmə funksiyasıdır. Təşkiletmənin vəzifəsi müəssisədə ayrı-ayrı fəaliyyət növlərinə, şəxslərə və maddi vasitələrə münasibətləri elə formalaşdırmaqdan ibarətdir ki, qarşıya qoyulmuş məqsədlərə çatmaq ən az xərclə mümkün olsun. İdarəetmənin funksiyaları içərisində tənzimləmə mühüm əhəmiyyətə malikdir. Tənzimləmə idarəetmə sisteminin müəyyən qaydalı və ahəngdar inkişafının təmin olunması ilə əlaqədardır.
3. İdarəetmənin metodları və onların tətbiqi istiqamətləri
İdarəetmə metodları üç qrupa: iqtisadi, inzibati və sosial-psixoloji metodlara bölünürlər: İdarəetmənin iqtisadi metodları istehsal münasibətlərinin, obyektiv iqtisadi qanunların dərindən dərk olunması, onlardan geniş istifadə edilməsi əsasında həyata keçirilir.
İnzibati metodlardan dövlətin qanunları, habelə sahibkara verilən səlahiyyətə, hüquqa, əmək qanunvericiliyinə və başqa qaydalara əsasən istifadə edilir. Bu metodun təsir vasitələri qərar, əmr, qayda, təlimat, normativlər, göstərişlər və s.-dən ibarətdir. İdarəetmənin sosial-psixoloji metodları öz məzmununa görə işçilərin əməyə maraqlarının və yaradıcılıq təşəbbüslərinin artırılması, müəssisədə istehsalat mədəniyyətinin yüksəldilməsi, işçi heyətinin təsərrüfat fəaliyyətinə və onun təşkilinə təsirindən və başqa bu kimi aspektlərdən ibarətdir.
4.Firmanın idarəetmə mexanizminin təşkilati quruluşu
İdarəetmənin təşkilinə – idarəetmə dövrəsini təşkil edən bütün proseslərin işlənib hazırlanması, əsaslandırılması, idarəetmə qərarlarının qəbulu və həyata keçirilməsi tədbirləri daxildir.İdarəetmə aparatının təşkilati quruluşunun xətti, funksional, xətti-funksional (qərargah), matrisa, proqramlı – məqsədli və çevik növlərini fərqləndirirlər. İdarəetmənin təşkilati quruluşunun matris tipinin bir sıra üstünlükləri vardır: ondan istifadə etdikdə istehsal fəaliyyətinin məzmununu təşkil edən hər üç parametrə – bölmələrə (obyektlərə), idarəetmə funksiyalarına və predmetlərə rəhbərlik təmin edilmiş olur.

Yüklə 34,18 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin