1 Firmanın fəaliyyəti və idarə edilməsi


Kapitalın dövranı və dövriyyəsi



Yüklə 34,18 Kb.
səhifə7/13
tarix13.05.2023
ölçüsü34,18 Kb.
#112697
1   2   3   4   5   6   7   8   9   10   ...   13
mikroiqtisadiyat imtahan sualları

19.Kapitalın dövranı dövriyyəsi
Kapitalın istehsalı təşkil etmək və investisiyalar qoymaq üçün zəruri olan elementlərinə əsaslı və ya investisiya resursları (əmtəələri) deyilir.
Öz hərəkətini kapital iki sahədə - istehsalda və tədavüldə - həyata keçirir və üç mərhələdən ibarət olur:
I mərhələ - İV və İQ
II mərhələ - İP,„
III mərhələ - Ə' –P
Burada P - pul vəsaitləri;
Ə ■ əmtəə;
İV - istehsal vasitələri;
İQ - iş qüvvəsi;
...İP...- istehsal prosesi;
Ə' - ticarət məhsulu;
P' - məhsul satışından əldə olunan pul
. Kapitalın ardıcıl surətdə bir formadan başqasına çevrilməsinə və üç mərhələ əhatə edən hərəkətinə kapitalın dövranı deyilir. . Birdəfəlik əməliyyat kimi deyil, vaxtaşırı bərpa və təkrar olunan bir proses kimi götürülən dövranına kapitalın dövriyyəsi deyilir. Kapitalın dövriyyəsi vaxtı - istehsal vaxtı ilə tədavül vaxtından ibarətdir. İstehsal vaxtı - kapitalın istehsal dairəsində olduğu vaxtdır. İstehsal vaxtının çox mühüm hissəsini iş dövrü əhatə edir. Tədavül vaxtı - kapital öz pul formasından məhsuldar formaya və əmtəə formasından pul formasına çevrildiyi müddətdir.

20.Əsas və dövriyyə kapitalı
Məhsuldar kapitalın istehsal prosesində bütünlüklə iştirak edən, aşındıqca öz dəyərini məhsulun üzərinə hissə-hissə keçirən ünsürlərinə əsas kapital deyilir. Əmək vasitələri; istehsalat binaları, maşınlar, avadanlıqlardır. Dövriyyə kapitalı məhsuldar kapitalın o hissəsinə deyilir ki, onun istehlakı prosesində dəyəri bütünlükdə məhsulun üzərinə keçir və bir dövr ərzində pul formasında tamamilə kapitalistə qayıdır. əmək cisimləri (xammal, materiallar, yanacaq) və iş qüvvəsidir. Əsaslı təmir üçün vəsait mənbəyi amortizasiya fondudur. Əsas kapitalın aşınmasına müvafiq olaraq onun dəyərinin pul formasında ödənilməsinə amortizasiya deyilir. A' == A/Q x 100%.
21-22.Rəqabət,növləri və rəqabət şəraitdə firmanın davranışı(Rəqabət:növləri və anlayışı)
Rəqabət (latın sözü «sonsurrere* - toqquşmaq) bazar təsərrüfatının ayrı-ayrı subyektləri arasında mübarizədir. Obyektiv şərtləri:
■ çoxsaylı bərabərhüquqlu bazar subyektlərinin olmasmdan;
■ onların hər birinin tam iqtisadi əlahiddəliyindən;
■ bazar subyektlərinin bazar konyunkturasından asılılığı;

Yüklə 34,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin