1 Firmanın fəaliyyəti və idarə edilməsi



Yüklə 34,18 Kb.
səhifə4/13
tarix13.05.2023
ölçüsü34,18 Kb.
#112697
1   2   3   4   5   6   7   8   9   ...   13
mikroiqtisadiyat imtahan sualları

İstehsal xərcləri müəssisənin (firmanın) məhsul istehsalı üçün zəruri olan bütün xərclərinin cəmindən ibarətdir. Bu, istehsal binasının istismarına, dəzgah, maşın və icarə haqqı, enerji, fəhlələrin əmək haqqı, yanacağa çəkilən və s. xərclərdir. İstehsal xərclərini iki hissəyə bölmək olar: həcmi istehsal olunmuş məhsulun sayından asılı olmayan sabit xərclar və həcmi istehsal olunmuş məhsulun sayından asılı olan dəyişən xərclər. Qısamüddətli və uzunmüddətli dövrləri fərqləndirmək lazımdır.
Qısamüddətli dövr əmək, xammal, yanacaq ehtiyatların miqdarının dəyişdirilməsi üçün zəruri olan kifayət etməyən vaxtdır.
Uzunmüddətli dövr,- istehsal güclərinin dəyişdirilməsi üçün zəruri olan vaxtdır.

12-13. Firmanın gəlirləri
Firmanın gəlirləri – il ərzində pul vəsaitləri və əldə etdiyi məcmuu iqtisadi fayda, götürdüyü xeyirdir.
Daxilolmalar dedikdə pul vəsaitlərinin nağd və nağd olmayan formalarda daxil edilməsi aktlarıdır.
Daxilolmalarla debitor borclarının cəmi, məcmuu isə satışdan pul vəsaitləri adlanır. Ümumi gəlir - firmanın istehsal–kommersiya fəaliyyətinin yekun nəticəsini xarakterizə edən göstəricidir.
Firmanın gəlirləri mənşəyinə görə növləri:
1. Firmanın adi (əsas) fəaliyyətindən daxil olan gəlirlər
2. Firmanın icra etdiyi əməliyyatlardan gələn gəlirlər
3. Məhsulların, göstərilən xidmətlərin və görülən işlərin satılması ilə bağlı olmayan gəlirlər
4. Fövqəladə hallarla əlaqədar daxil olan gəlirlər
G == ∑S
Burada G – məhsulun satışından pul vəsaitidir
Si – satılan məhsulun həcmidir;
Qi – satılan məhsulun qiymətidir;
n – məhsul növlərinin miqdarıdır.

14.Firmanın mənfəəti
Mənfəət aşağıdakı funksiyaları yerinə yetirir:
–firmanın fəaliyyəti nəticəsində əldə edilmiş iqtisadi səmərəni xarakterizə edir;
– firmanın maliyyə resurslarının əsas elementidir;
–müxtəlif səviyyəli büdcələrin gəlir hissəsinin formalaşması mənbəyidir.
Vergilər və büdcəyə digər ödəmələr edildikdən sonra balans mənfəətinin qalan hissəsi xalis mənfəət adlanır. Balans mənfəətinə üç əsas element:
a) məhsulun reallaşdırılmasından, işlərin yerinə yetirilməsindən, xidmətlərin göstərilməsindən mənfəət (zərər),
b)müəssisənin əsas vəsaitlərinin və digər əmlakının reallaşdırılmasından daxil olan mənfəət (zərər), və
c) reallaşdırmadan (satışdan) kənar əməliyyatların maliyyə nəticələri daxildir.

Yüklə 34,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin